Qazi: "Rüşvət istədilər, vermədim, obyektimi dağıtdılar" - VİDEO
Birinci Qarabağ müharibəsi qazisi tikdirdiyi obyekti icra nümayəndələrinin dağıtdığını bildirir.
Bu barədə qazinin özü - Yevlax rayon Xaldan qəsəbə sakini 3-cü qrup əlil, Xəlilov Elbrus Ağakişi oğlu məlumat verib.
Məsələni yerində araşdırmaq üçün Xaldan qəsəbəsinə, daha sonra Yevlax Şəhər İcra Hakimiyyətinə üz tutduq.
E.Xəlilov bildirir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O deyir ki, mağaza tikmək üçün Xaldan qəsəbəsində şəhid ailəsi ilə ortaq 25 kvadratmetrlik torpaq sahəsi alıblar:
"Bankdan 5 min manat kredit götürüb həmin mağazanı tikdirməyə başladıq. Lakin gecə saatlarında mənə xəbər gəldi ki, tikdirdiyim obyekt traktorla dağıdılıb. Hadisə yerinə gələndə gördüm ki, Xaldan kəndinin icra nümayəndəsi, Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hüseynov Anar Fazil oğlu, sahə rəisi, polis kapitanı İsmayılov Yunis Xanlar oğlu, Yevlax polisi hadisə yerindədirlər".
Vətəndaş E. Xəlilov iddia edir ki, obyektinin sökülməsi ilə bağlı mübahisə zəminində adı çəkilən şəxslər ona müqavimət göstəriblər. Qazi deyir ki, ona bildiriblər ki, torpağın sənədi düz deyil:
"Amma onlar məndən 1000 manat rüşvət istədilər, mən vermədim. Ona görə də obyekti dağıtdılar. Biz ümumiyyətlə kənddə heç bir iş görə bilmirik. Torpaqlarımız var, kəndçiyik, kəndçi torpaqda əkib, becərib dolanmalıdır. Əkin əkməyə qoymurlar ki, su yoxdur. Bizim problemlərimizə baxan yoxdur. Mən də mağaza tikdirdim ki, dolanım. İndi mən nə ilə dolanmalıyam?! 44 günlük Vətən Müharibəsində də orduya 1800 manat vəsait köçürmüşəm, dəfələrlə cəbhə bölgəsinə yardımlar da aparmışam".
Məsələ ilə bağlı Xaldan kəndinin icra nümayəndəsinə müraciət etdik. O bildirdi ki, vətəndaşın sözügedən ərazidə tikinti aparmağa ixtiyarı yoxdur:
"O, həmin ərazidə tikinti apararkən xəbərdarlıq etdik. Həmin ərazidə ancaq dəmir konstruksiya ilə quraşdırılmış mövsümə uyğun balaca butka qoyula bilər".
Vətəndaşın döyülməsi ilə bağlı Xaldan sahə polisi Yunis İsmayılova müraciət etdik. O, bu barədə açıqlama verməkdən imtina etdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-10-2021, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-10-2021, 13:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11