Pensiya yaşı artır, pensiyaçılar AZALIR... - Azərbaycan REALLIĞI...
Dünyada, eləcə də ölkəmizdə hər il orta ömür uzunluğu azalır. İstifadə olunan qidalar, sosial problemlər və son iki ildə koronavirusun həyatımıza “daxil olması” bu prossesi daha da sürətləndirir.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası almaq hüququ var. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq, 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq, 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Beləliklə, Azərbaycanda həm kişilər, həm də qadınlar 65 yaşda pensiyaya çıxa bilirlər.
Ölkədə tətbiq olunan qanuna əsasən, pensiya yaşının hər 6 ay artırılması heç də hamının pensiya almasına xidmət etmir. Bu səbəbdəndir ki, bir çoxları pensiya yaşına çatmadan vəfat edir. Son iki ildə isə insanların koronavirus səbəbi ilə pensiya yaşına çatmadan vəfat etməsi pensiya yaşının azaldılması məsələsinin müzakirə olunmasına zəmin yaradır.
Yeni qayda özünü doğrultmur...
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dəfələrlə parlamentdə məsələ qaldırdığını və pensiya yaşının artırılmasını doğru hesab etmədiyini bildirib:
“Çünki yaş, ömür müəyyən zamandan sonra azalır, nəinki artır. Ona görə də 77 yaşa qədər yaşayan insanlar kifayət qədər azdır. Yəni, pensiya yaşına qədər qanuna görə 12 il yaşamaq lazımdır. Hesab edirəm ki, pensiya yaşı ilə əlaqədər əvvəlki qaydaya qayıtmaq və o səviyyədə saxlamaq lazımdır. Həm həyat şəraiti, həm də xəstəliklərin peyda olması insanların yaş həddini kifayət qədər azaldır və bunları nəzərə almaq lazımdır. Bunlar mənim subyektiv fikirlərimdir ”.
“Təqaüd yaşının artırılması kökündən yanlış idi”
V. Əhmədov dövlətin sosial paketlər hazırladığını, büdcədə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün sosial layihələrdə təxminən 20 faiz artımın gözlənildiyini qeyd edib.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda pensiya yaşının artırılmasının özü səhv yanaşmadır:
“Dünya ölkələrində pensiya yaşının artırılması o zaman lazım olur və barədə qərarlar verilir ki, aşağıdan demoqrafik basqı olur. Yəni, doğuş sayı kifayət qədər az olur, iş yerləri ilə bağlı problemin olduğu görünür. Bu basqıya mane olmaq üçün pensiya yaşı artırılır. Bizdə belə bir demoqrafik problem yox idi. Ona görə də təqaüd yaşının artırılması kökündən yanlış yanaşma idi”
“Fonda yığılmış vəsaitlər varislərinə verilməlidir”
Ekspert vurğulayıb ki, hazırda ölkədə təqaüd yaşı kişilərdə 65, qadınlarda isə 63-dür:
“Azərbaycada orta ömür yaşı çox aşağıdı. Ona görə də bunu nəzərə alaraq pensiya yaşının artırılması doğru qərar deyildi. Digər bir məsələ isə ondan ibarətdir ki, bizdə təqaüd yaşına çatmamış insanların həyatdan köçmə sayı artır. Onların Sosial Müdafiə Fondunda yığılmış vəsaitlərinin varislərinə verilməsi mexanizmi işlənib hazırlanmalıdır. Qanun bunu qadağan etmir, amma həyata keçirmə mexanizmi yoxdu. Bu da ciddi problemdir və bununla bağlı ciddi maneələr var”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-10-2021, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-10-2021, 12:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01