Məmurların Almaniyadakı restoranları üzə çıxdı - Fotolar
Muradovla Qaçqın və məcburi Köçkünlərlə İşü üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Almaniyada şərikli biznesi var.
Bu barədə jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində yazı paylayıb.
Onun sözlərinə görə, söhbət "Karabach" və "Old Baku" restoranlarından gedir:
"Qeyd olunur ki, Fuad Muradov Diaspor Komitəsinə sədr seçildikdən sonra Berlində əvvəldən onların obyektlərinə nəzarət edən şəxslər yeni yaradılan diaspor birliklərində də önə çəkiliblər. Bunlardan biri "Karabakh” restoranı işlədən Zaur Ağakazımovdur.
Hətta mətbuatda adıçəkilən dövlət məmurlarının həmin restoranların birində görüntüləri də yayılıb.
İlginc mövzu olduğu üçün sözügedən restoranlarla bağlı kiçik araşdırma aparmalı olduq.
Məlum oldu ki, restoranın rəsmi sahibi Zaur Ağakazımov yox, Zaur Ağakazım oğlu Spiwakdır. Həmin şəxsin həqiqətən Fuad Muradov və Rövşən Rzayevlə sıx bağlantıları var.
Adıçəkilən məmurlar həmin restoranlara sıx-sıx baş çəkirlər və hakimiyyətin Almaniyada təşkil etdiyi tədbirlərdə Zaur Spiwak yaxından iştirak edir, Fuad Muradovun bu ölkədəki ən etibarlı adamıdır.
Zaur Ağakazım oğlu Berlində 3 şirkəti və həmin şirkətlər üzərindən sözügedən restoranları idarə edir. Bunlar 2013-cü ilin mayın 8-dən fəaliyyət göstərən LENURO REAL ESTATE GMBH, 2013-cü ilin iyulun 9-dan fəaliyyət göstərmiş GEA CAPITAL PARTNERS GMBH və 2013-cü ilin martın 18-də qeydiyyatdan keçmiş DUZAS REAL ESTATE GMBH-dir. Hər üç şirkət hər biri 25 min avro nizamnamə kapitalı olmaqla Berlinin Charlottenburg ədliyyəsində qeydiyyatdan keçib və daşınmaz əmlak alış-satışı, idarəçiliyi ilə məşğul olub.
GEA CAPITAL PARTNERS GMBH Berlində Onkel-Tom-Straße 2 ünvanındakı ERPEL otelində yerləşir və bu otelə sahibdir. Şirkətə müxtəlif vaxtlarda Elmar Əliyev və Cavid Ağayev adlı şəxslər rəhbərlik edib. Aktivləri yeni fəaliyyətə başladığı dövrdə 400 min avro civarında olub.
LENURO REAL ESTATE GMBH qeydiyyatdan keçirildiyi il 700 min avro aktivlərə sahib olub. Şirkəti bir müddət Nurlan Şükürzadə adlı şəxs idarə edib.
DUZAS REAL ESTATE GMBH əvvəllər Berlində (Königsallee 27B), hazırda Bremerhavendə fəaliyyət göstərir bir müddət Lyiba Atanasova və Şəmsi Əliyev adlı şəxslər tərəfindən idarə olunub. Şəmsi Əliyev Berlində tikinti, daşınmaz əmlak, ticarət və xidmətlə məşğul olan şirkətlərə sahibdir.
Zaur Ağakazım oğlu Spiwakın Fuad Muradovla və Rövşən Rzayevlə sıx münasibətlərinə baxmayaraq, sözügedən şirkətlərin rəsmi sənədlərində məmurların adı keçmir. Yəni onların bu şirkətlərlə bağlılığı istisna olunmasa da rəsmi sənədlərlə təsdiq olunmur.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-06-2019, 22:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-06-2019, 22:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti