Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil-Kommunal Təsərrüfat Departamentinin keçmiş sədri Rəfail Mehralıyev və onun şəriki olduğu bildirilən, Azərbaycanda təmir-tikinti fəaliyyəti ilə məşğul olan “Məmmədoğulları Holdinq”in sahibi Hacı Ramazan Mirzəyevin dövlətin milyonlarla manat vəsaitini mənimsədiyi haqda ötən saylarımızda məlumat vermişdik. “Mehralıyev-Mirzəyev "cütlüyü"nün dövlətdən oğruladığı milyonlar haqda şok sənədlər” sərlövhəli yazımızda qeyd etmişdik ki, Bakı şəhər sakini Əkbərov Arif Niftulla oğlunun “Hürriyyət”ə təqdim etdiyi sənədlərdə məlum yeyinti faktları bütün çılpaqlığı ilə öz təsdiqini tapır.
Belə ki, onların təkcə iki “əməliyyat”da - Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikintisi və Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 263 nömrəli məktəbin əsaslı təmiri zamanı nə az, nə çox, düz 5 milyon manat dövlət əmlakını mənimsədikləri məlum sənədlərlə sübuta yetirilir. Üstəlik, onu da qeyd etmişdik ki, şəriklər hər iki işin icrasını yüksək səviyyədə həyata keçirən Arif Əkbərova da yarım milyon manat “atıblar”. Hansı ki, bunun nəticəsində Arif Əkbərov evini, maşınlarını və ailə üzvlərinə məxsus zinət əşyalarını sataraq, çalışdırdığı fəhlələrin pulunu ödəmək məcburiyyətində qalıb.
Arif Əkbərov deyir ki, Mehraliyev-Mirzəyev “cütlüyü” onun kimi çox sayda insanla çalışdıqları üçün bu adamların dövlətin hər ay milyonlarla deyil, on milyonlarla, hətta yüz milyonlarla manat vəsaitini talan etdiyi şübhə doğurmur. Xatırladaq ki, oxucularımızı bu haqda apardığımız kiçik hesablamanın nəticəsi ilə ötən yazımızda tanış etdiyimiz üçün, yenidən həmin mövzuya qayıtmırıq. Lakin yazımızda “Əlbəttə, ilk baxışdan elə düşünmək olar ki, bu pulları R.Mehralıyev və R.Mirzəyev öz aralarında bölüşdürblər. Xeyr! A.Əkbərovla söhbətdən belə məlum olur ki, bu “cütlüyün” arxasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov dayanıb. Deyilənə görə, büdcədən oğurlanan pulların bir hissəsi məhz H.Abutalıbova ötürülüb”, - deyərək, bütün bunlarla bağlı daha geniş məlumat verəcəyimizi bildirmişdik.
Beləliklə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, Hacıbala Abutalıbovun “krışalığı” altında fəaliyyət göstərən Hacı Ramazan Mirzəyev təkcə BŞİH-in milyonluq tenderlərinə sahib olmayıb. Korrupsioner məmurların “oyun qaydalarına” yaxşı bələd olan Hacı, himayədarı Abutalıbovun və biznes ortağı Mehralıyevin də dəstəyi ilə, əksər nazirliklər və dövlət idarələrinin də tenderlərinə əl qoya bilib. Hətta onu bir çox məmurlar və iş adamları Hacıbala Abutalıbovun şəriki kimi də tanıyıblar. Bu səbəbdən də onun istənilən dövlət idarəsinin tenderini “udmaq”la bağlı heç bir problemi olmayıb. Təbii ki, bunların qarşılığında həmin idarələrə ödənilən faizlər (rüşvət) də öz yerində.
İddia olunur ki, məhz bu ortaqlıq hesabına Hacı Ramazanın paytaxtda sahib olduğu obyektləri və tikinti şirkətləri sadalamaqla bitən deyil. Onun sahib olduğu onlarla binanın hər birinin dəyəri on milyonlarla manatla ölçülür. "Məmmədoğulları” MMC, mebel mağazaları, "Memmedoğulları" servis, Bakının mərkəzində hündürmərtəbəli ofislər binası və s...
H.Abutalıbovun dönəmində R.Mirzəyevin adı Bakı Şəhər İcra Hakimiyyətinin "pulyuyan maşını" kimi də çəkilib. Məsələn, milyonluq tenderlərdən əlavə, BŞİH-in bütün avtomobillərinin təmiri ilə "Məmmədoğulları” MMC məşğul olub. Yəni meriyanın balansında olan maşınların təmiri, yenidən qurulması üçün Ramazan Mirzəyevin şirkətinə hər il milyonlarla manat vəsaitlər köçürülüb. Bundan başqa, "Bakı Şəhər İcra Hakimiyyəti "Məmmədoğulları” MMC-dən müxtəlif işlərin görülməsi adı altında, yüksək kirayə haqları ödəməklə, avtomobillər götürərək istifadə edib.
Ramazan Mirzəyev Bakının keçmiş meri ilə şərikli münasibətlərindən yararlanaraq «Məmmədoğulları” MMC adı ilə təkcə bir ildə – 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin 9 Regional İdarəsinə bərk inventarların satın alınması üzrə keçirilən 417821 manatlıq tenderin “qalibi” olub. 2009-2017-ci illərdə paytaxt meriyasına müxtəlif işlərin görülməsi adı altında üst-üstə 1 milyarda yaxın vəsait ayrılıb ki, bu fantastik məbləğin yuyulmasında məhz Hacı Ramazan Mirzəyevin böyük payı olduğu iddia edilir.
Maraqlıdır ki, Ramazan Mirzəyevin sahibi olduğu şirkətlər Təhsil Nazirliyindən, Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyi və Dövlət Turizm Agentliyindən də müxtəlif vaxtlarda tenderlər “udub”. Əsasən, təmir-tikinti, abadlıq işləri və inventarların satınalınması üzrə keçilən 23 tenderdən şirkətə 12 milyon 51 min 299 manat 89 qəpik ödənilib.
"VEST-LTD” bir ildə 22 tender qazanıb
Gerçək sahibi R.Mirzəyev olan, 2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2050 manat olan "Vest -LTD” (Cəmiyyətin qanuni təmsilçisi Şahin Verdəliyevdir – red.) təkcə tenderlərdə deyil, katirovka sorğularında da fəal olub. Şirkət 1№-li Bakı Tibb Kollecinin elan etdiyi katirovka sorğusunun da qalibi olub. 22.09.2020-ci il tarixdə tərəflər arasında 3 lot üzrə müqavilə bağlanıb:
1) Cari təmirlə bağlı 44608 manat.
2) Əsaslı təmirlə bağlı 48729 manat.
3) Abadlaşdırma ilə bağlı 9766 manat.
Maraqlıdır ki, tenderləri "qazanmaq”da peşəkar olan şirkətin nə saytı, nə də sosial şəbəkələrdə səhifəsi var.
Mediada “tender mafiyası”nın lideri kimi təqdim olunan Ramazan Mirzəyev və onun daxil olduğu şəbəkənin ən məşhur şirkətlərindən biri də "İnpeks.N” MMC-dir. "İnpeks.N” şirkəti 28.03.2019 – 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 milyon manat gəlir əldə edib.
"İnpeks.N” şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, "İnpeks.N” Bakı şəhəri ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalayıb.
İki il əvvəl Bakı Şəhər İcra Hakimiyətinin tabeliyində olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi "İnpeks.N” şirkətilə 15 milyon 713 milyon manat məbləğində 10 müqavilə bağlayıb.
"İnpeks.N” şirkəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün) də qalibi olub.
Maraqlıdır ki, son aylar "İnpeks.N” MMC tenderləri qazanan şirkətlərin siyahısından çıxıb. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, məşhur "İnpeks.N” MMC-ni indi "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC və "VEST-LTD” QSC şirkətləri əvəzləməkdədir.
Qeyd edək ki, "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC ötən il dekabrın 7-də keçirilən dövlət satınalmalarında 2 qurumdan 5 tender udub. Bu şirkət 14 ayda 39 tender qazanıb ki, bu satınalmaları da Bakı şəhərindəki İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyinin müvafiq qurumları keçirib.
Şirkət 2015-ci ilin mart ayının 18-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47, qanuni təmsilçisi isə Əbilov Elçin İslam oğlu göstərilib.
Göründüyü kimi, Hacı Ramzanın şirkətləri hələ də bütün idarələrin tenderlərini qazanmaqda davam edir. Bunun üçün ancaq şirkətlərin adını dəyişmək kifayət edir…
Daha bir maraqlı fakt isə odur ki, Abutalıbovun “pulyuyan maşını” Ramazan Mirzəyevin həm də Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun yaxın dostu, şəriki olduğu vurğulanır. Hətta onun V.Zeynalovla qohumluq əlaqələrinin olduğu haqda iddialar da var.
Mətbuatda Hacı Ramazan Mirzəyevin keçmiş MTN-nin işçisi olmuş kürəkəni Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən “Kontakt Home” mağazasının və “Emiliana Parati” oboy evinin binasını hədiyyə etdiyi də bildirilib. Bu və yuxarıda qeyd olunan iddialara isə R.Mirzəyev tərəfindən heç bir açıqlama verilməyib.
Redaksiydan: Qeyd olunan fikirlərlə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq. //hurriyet.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:19-10-2021, 13:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-10-2021, 13:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11