"İcra başçısı məni həbslə hədələyir..." – İş adamından Qubanın rəhbərinə yeni ittihamlar
“Siz nomenklatur rəhbər işçilərə həmişə insanlarla xoş rəftar etməyi, hər gün, hər saat vətəndaşları qəbul etməyi, onların ərizə, şikayət və təkliflərinə həssas yanaşmağı tövsiyə etdiyiniz halda mən bir ildən artıqdır ki, bütün səylərimə baxmayaraq, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin başıma gətirdiyi haqsızlığın və zorakılığın səbəblərinə aydınlıq gətirmək üçün qəbuluna düşə bilmirəm”.
Bu fikirlər Quba rayonundan olan iş adamı Yusif Piriyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı və bir nüsxəsi “AzPolitika.info”ya daxil olmuş şikayət məktubundan götürülüb.
Yusif Piriyev Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevi onun əmlakını ələ keçirməyə çalışmaqda, xeyli sayda insanı işsiz qoymaqda ittiham edir. Ancaq bundan əvvəl sahibkar Birinci vitse-prezidentin fəaliyyətindən məmnunluğunu ifadə edərək, yazır: “Hörmətli Mehriban xanım, Sizin Heydər Əliyev Fondunun prezidenti olaraq 2004-cü ildən başlayaraq bu günlərimizə qədər vətən, xalq qarşısında xidmətləriniz önündə yalnız baş əyməli olursan. Siz həyatımızın bütün sahələrinə nüfuz edir və aramsız uğurlara imza atırsınız. Avropanın ən mütərəqqi ideyalarını, yeniliklərini Azərbaycana gətirir və uğurla tətbiq edirsiniz. Fəaliyyətinizdə ən yaddaqalan məqamlardan başlıcası Sizin ədalət, humanizm, mərhəmət və insanpərvərlik ideyalarını həmişə rəhbər tutmağınızdır.
Ölkə başçımız İlham Əliyev cənablarının və şəxsən Sizin tapşırığınızla nazirlər, komitə sədrləri, habelə hüquq-mühafizə orqanlarının rəhbərləri vaxtaşırı bölgələrə gedir, vətəndaşlarla görüşür və istənilən haqlı şikayətlər və təkliflər elə yerindəcə öz müsbət həllini tapır. Məqamı çatmışkən vurğulamaq yerinə düşər ki, Siz nomenklatur rəhbər işçilərə həmişə insanlarla xoş rəftar etməyi, hər gün, hər saat vətəndaşları qəbul etməyi onların ərizə, şikayət və təkliflərinə həssas yanaşmağı tövsiyə etdiyiniz halda mən bir ildən artıqdır ki, bütün səylərimə baxmayaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin başıma gətirdiyi haqsızlığın və zorakılığın səbəblərinə aydınlıq gətirmək üçün qəbuluna düşə bilmirəm. Onun müavinlərinin və yaxınlarının da vasitəçiliyindən istifadə etmişəm, lakin heç nəyə nail ola bilməmişəm.
Bir vaxtlar mətbuat səhifələrində Ziyəddin Əliyevin adı tez-tez hallanır, onun Çexiyada, Ukraynada, eləcə də Avropanın bir çox ölkələrində biznesinin və nəhəng obyektlərinin olması barədə məlumatlar səsləndirilirdi. Açığını desək, mən inanmırdım. Amma onun talançılığının, acgözlüyünün və tamahkarlığının şahidi olduqdan sonra məndə deyilənlərə və yazılanlara tam inam yaranır”.
İş adamı daha sonra müraciətində icra başçısını onun obyektini ələ keçirmək cəhdində ittiham edir: “Hörmətli Mehriban xanım, qısaca məlumat verim ki, ötən illər ərzində manat-manat yığdığım, əlavə olaraq 300.000 (üç yüz min) manat bankdan kredit götürüb və bir çox hissəsini də qohum-əqrəbadan borc alaraq topladığım vəsaitlə Quba Qəçrəş turizm bölgəsində müasir tələblərə uyğun Otel qurub yaratmışam və 16 nəfəri işə cəlb etmişəm. Otel ilk illər mənfəətlə işləyirdi, heç kim narazılıq etmirdi. Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk gündən mənim obyektimə “gözü düşdü”, obyekti əlimdən alıb özününküləşdirmək üçün bütün mümkün variantlardan maksimum istifadə etməyə başladı. Bizi təqib, təzyiq məngənəsinə saldı. Onun tapşırığı əsasında rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları tez-tez otelə gəlir, işlərimizə müdaxilələr edir, işimizin normal keçməsinə maneələr yaradırdılar. Quba rayon Reklam Agentliyinə 2 dəfə otelin ünvanını, məkanını əks etdirən lövhələrin hazırlanması üçün lazım olan sənədlər təqdim etmişəm. Lakin başçının tapşırığına əsasən sifarişim icra olunmayıb.
Ən sonda işləməyin mümkün olmadığını görüb otelin fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışam və beləliklə də özüm də daxil olmaqla 16 nəfər işsiz, çörəksiz qalmışıq. Hörmətli” Ziyəddin Əliyev təkcə bu əməli ilə 16 ailənin ocağını-çırağını söndürmüşdür. Düz il yarımdır otelin qapıları bağlıdır”.
Sahibkar icra başçısının onu həbslə, rayondan deportasiya etməklə hədələdiyini bildirir: “Mehriban xanım, təkcə bir faktı qeyd etmək kifayətdir ki, başçı vəzifə səlahiyyətlərindən istifadə edərək bu kimi hiylə və ya zorakılıq yolları ilə çox-çox obyektləri ələ keçirib. Əgər maraq üçün rayonda sosioloji sorğu keçirilməsinə göstəriş versiniz, bunun şahidi olarsınız. Quba sakinlərinin 95 faizi Ziyəddin Əliyevi başçı kimi yox, makler kimi tanıdıqlarını bildirirlər.
Mən bir müddət öncə üzləşdiyim haqsızlıqla əlaqədar ölkə başçısı İlham Əliyev cənablarına müraciət ünvanladım və şikayətimi mətbuat səhifələrində ictimailəşdirdim. Gözləmək olardı ki, icra başçısı özündə məsuliyyət hiss edəcək, Prezidentin adını uca tutaraq əməllərini islah edəcəkdir. Ancaq heç də gözlədiyim kimi olmadı. Əksinə, Ziyəddin Əliyevin mənə qarşı olan anormal münasibəti daha da aqressivləşdi. İndi onun məni həbs, rayondan deportasiya hədələri gəlməkdə davam edir.
Lakin Ziyəddin Əliyev bilsin və agah olsun ki, mən həbsdən yox, heç ölümdən də qorxmuram. O ki qaldı deportasiyaya, mənim özüm də, babam da, babamın babası da Qubalıyıq. Ziyəddin Əliyev qoy, onu da bilsin ki, məni tutduğum mübarizə yolundan heç kim göndərə bilməz. Onun vəzifəsi, var-dövləti var, mənim də Prezidentim, Mehriban xanım kimi qətiyyətli, zəhmli rəhbərim var”.
İş adamı müraciətinin sonunda Mehriban xanımın ona kömək edəcəyinə ümid etdiyini bildirir: “Hörmətli Mehriban xanım, əlavə edim ki, sızan məlumatlara görə əgər icra başçısı obyektimi zorla əlimdən alarsa bu zaman baş verə biləcək qarşıdurmada hər hansı bir xoşagəlməz olaya və obyekt bağlandığından bankdan götürdüyüm krediti qaytara bilmədiyimə görə bütün məsuliyyət və cavabdehlik Ziyəddin Əliyevin üzərində qalacaqdır. Başçı sahibkarlara, iş adamlarına zülm edib varlanır, həm də sahibkarlığın, turizmin inkişafını ləngidir. Həzrəti Əli Əleyhüssalam buyurub ki, “Zülm ilə abad olanın axırı bərbad olar”.
Hörmətli Mehriban xanım, mən ümid edirəm ki, heç kimdən əsirgəmədiyiniz köməkliyinizi məndən də əsirgəməyəcəksiniz, talançı başçının zərərsizləşdirilməsi istiqamətində qətiyyətli tədbir görəcəksiniz.
Verdiyim zəhmətə görə üzrxahlıq edirəm”.
Qeyd olunan ittihamlarla bağlı Quba Rayon İcra Hakimiyyətinin və şəxsən Ziyəddin Əliyevin mövqeyini işıqlandırmağa hazırıq./azpolitika.info/
Paylaş:
Müəllif : Yazar
Tarix:20-06-2019, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-06-2019, 11:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11