"Torqovı"dakı obyektlərin sahibləri stolları çölə qoymaq üçün 10 min ödəyir - Müflis olan gənc biznesmen
Onunla şəhərin mərkəzində, Torqovıdakı obyektində, kofe kafesində görüşdük. Səliqəli sakit, əsl ailəvi məkan. «Əla şərait yaratmısız» sözünə «onsuz da bağlayırıq, demək olar müflis olmuşam» cavabını verir.
Ofisianta «bizim təzə şirniyyatı gətir», sonra mənə «bunu həyat yoldaşımla özümüz fikirləşmişik, əladır, siz də dadına baxın» deyir.
Kiçik və deyəsən, artıq keçmiş sahibkar Nicat Kazımov, Azərbaycanda biznes üçün yaradılan şəraitdən və turizm bumundan həvəslənib ailə biznesi qurmağa çalışan minlərlə sahibkardan biridir. 3 il əvvəl xaricdəki tanışlarının kofe biznesindəki uğurlarını görərək həyat yoldaşı ilə eyni sahədə ailə biznesin yaratmağı qəhvəxana açmağı qərara alıb.
Amma üzləşdiyi çətinliklər səbəbindən artıq müflis olmaq həddinə çatıb və cəmi iki ildən sonra biznesini bağlamağı qərara alıb.
Nicat gənc olsa da, savadlıdır və çox gəzib görməyə macal tapıb. İdarəçilik Akademiyasını bitirib, tələbə olanda «Work and Travel» proqramı ilə Amerikaya səyahət edib, işləyib pul qazanıb. Yeri gəlmişkən, ABŞ-da Nicat yaşayış kompleksinin hovuzlarında xilas edici də işləyib, üzməyi bacarmasa da. Bəxti gətirib, ona tapşırılan hovuzun cəmi 90 santimetr olub, batan olmayıb. Bakıdakı biznesini isə batmaqdan qurtara bilməyib, deyir ki, xilas edən olmamağı bir tərəfə, az qala hamı onun batmasına kömək edib. Artıq müflis olması barədə sənədləri müvafiq qurumlara təqdim edib.
- Əslində ailə qurandan sonra xaricə, Kanadaya köçmək istəyirdik. Amma baxdıq ki, çox adam gedib sonra qayıdır. Həm də ölkə başçısı islahatlara başlamışdı. Mənim də əlimdə bir az vəsait vardı, dedim biznesə elə burda başlayım, pulu da ölkəyə yatırım. Çünki ölkə başçısının islahatlarını görürdüm, hər şey dəyişirdi, yəni bu pozitiv dəyişiklikləri, tendensiyanı gördüm, dedim, mən də töhfəmi edim, iqtisadiyyata bir dəstək olum.
Ən əsası da prezidentin bir sözü vardı, indiyədək yadımdadır, dedi sahibkarlara dost olun, sahibkarların yanında olun, kömək edin, cənab prezident belə dedi.
- Siz də arxayın oldunuz ki, dövlət başçısı belə deyən kimi bütün məmurlar sahibkarlarla, sizinlə dost olacaqlar?
- Hə də, mən hesab edirəm ki, cənab prezident dedisə, bu bizim üçün qanundur. Fikirləşdim, bunlar (yəni məmurlar, dövlət qurumları) üçün də qanun olar. Amma türklər demiş maləsəf...
Yeri gəlmişkən, əslində Nicat biznesə başlayanda üzləşəcəyi çətinliklərə hazır olub. Deyir: «əgər maşın alırsansa, onun benzin pulunu ödəməyə, məsələn əyləcini və təkərini təmir etməyə hazır olmalısan. Biznes də onun kimi – çətinliklər olacaq. Problem olanda normal baxırsan, özünü öldürmürsən. Mən də özümü sakitləşdirirdim ki, sahibkarlıq yolunda addımlayırsansa, bunlar olmalıdır. Bu da işin bir hissəsidir». Amma problemlər gözləniləndən böyük olub.
- Deməli, həyat yoldaşınızla qərara gəldiniz ki, ailə biznesinizi qurasınız?
- Bəli, qərara gəldik ailə biznesinə başlayaq, bu da bizim biznesimiz olsun. Bir evimiz vardı, onu da satdıq, üstünü düzəldib biznesə yatırdıq.
- Deməli evi satıb bu biznesi qurmusunuz?
- Bəli, evi satdıq, bura yatırdıq. Obyekti götürdük, 3 ay təmir etdik və 2019-cu ilin fevralında, fevralın 22-də işə başladıq.
Elə təmir vaxtı, yerli qurumlarla «tanış olduq». İcra hakimiyyətinin işçiləri, polis, JEK, bütün günü burda idilər. Deyirdilər, təmiri dayandırın, qanunsuzdur filandır..
- Məsələn polis gəlib nə deyirdi sizə?
- Mən indiyə qədər anlamıram ki, bu işlərin polisə nə aidiyyatı var. Ancaq gəlib deyirdi ki, qanunsuzdur, nə qanunsuzdur, niyə qanunsuzdur bilinmirdi. JEK və icra da onun kimi, hamısı gəlib deyirdi ki, qanunsuzdur, işi dayandırın.
Bunlar elə bil əlbir, dəstə şəklində işləyirlər. Təzə obyekt olan kimi hamısı gəlirlər, başlayırlar mane olmağa, nəsə tələb etməyə. Biz də nə tələb olunduğunu bilmirik. Baxın, ola bilər ki, mən yeni sahibkaram, nəyi isə bilməyə bilərəm, amma bu qədər işçi heyəti nə üçündür?! Gəlin, izah eləyin, bir qaynar xətt yaradın, zəng eləyək soruşaq, bir əlçatan nə isə yaradın ki, sahibkar öyrənsin. Təbii ki, heç kim heç nə anlatmır, izah eləmir, ancaq cəzalandırmağa gəlirlər. Polis gəlir: «Bağlayın», İcra Hakimiyyətindən gəlirlər: «Bağlayın», JEK gəlir: «Filan sənəd», o sənədi verirsən, başqasını istəyir. Özü də vəziyyəti bilirlər, belə deyim: sistemə bələddirlər.
- Hansı sistemə?
- Məsələn, bunlar yaxşı bilir ki, hər açılan obyektin hazırlıq üçün 1-2 ay vaxtı olur. Yəni obyektin sahibi, icarəçiyə vaxt verir ki, obyekti təmir etsin, həmin dövr üçün icarə haqqı almırlar. Həmin vaxtadək çatdırıb təmiri bitirib işə başlamalısan, çünki vaxt başa çatan kimi icarə pulunu ödəməyə başlayırsan, fərqi yoxdur obyekt işə düşüb, ya yox.
Ona görə də mümkün qədər təmir işini ləngidirlər ki, obyektin sahibi gəlib onlarla razılaşsın və işi vaxtında bitirsin. Vaxt başa çatan kimi, polis gəlir ki, işi dayandır, əks halda hədələyir ki, ustaları bölməyə aparacağıq. Hamını belə qorxudurlar. Açığı, mən heç bilmirəm, polisin belə etməyə səlahiyyətləri var, yoxsa yox. Amma işçi heyətinə dərhal gəlirlər ki, gedirsiz bölməyə. Guya qanunsuz nə iləsə məşğuldurlar bunlar, adam öldürüblər. Halbuki, köhnə bir binanı abadlaşdırıram, burada nə ola bilər? Hələ JEK-lər...
- JEK-lər nə problem yaradırdı?
- Onlar gəlirlər, problem yaradırlar, filan sənəd yoxdur, pul ver, o biri sənəd yoxdur, yenə pul ver. Bura yeni açıqlanda, təmirə başlayanda JEK işçiləri gündə burda idilər, filan sənəd yoxdur o yoxdur, bu yoxdur. Elə sənədllər istəyirdilər ki, onu istəməyə bilər.
Təmir gedir, gəliblər ki, yoxlamalıyıq, bəlkə əsas divarları sökürsünüz. Deyirəm ki, əsas davarları söksəm bina mənim başıma uçacaq, onu niyə söküm ki? Deyirəm şübhən varsa, keç içəri bax, deyir, yox baxmıram, ya sənəd ver, ya da pul.
- Nə qədər pul istəyirdi?
– Əvvəlcə 3 min manat istəyirdilər, axırda min manata düşdülər. Bir tanış tapdıq xahiş elədi, o da telefonda məlumat verdi, mənə dedi ki, «dobro» verildi, işində ol...
Bütün Torqovıda belədir: təzə obyekt olan kimi tökülüşüb gəlirlər – JEK, polis, icra, nəsə edək, pul qoparaq. Gələn kimi də başlayarlır, filan icazə varmı, o varmı, bu varmı. Obyektin sahibi bilməyən adam oldusa, pulun alıb icazə verirlər ki, bəs işləyin.
- Nəhayət, 2019-cu ilin fevralda işə başladınız...
- Bəli, axır ki, əziyyətlə, zülmlə işləməyə başladıq. Bütün günü buradaydıq, bütün pullarımızı bura yatırmışdıq, ona görə də bütün günü burdaydıq, heç uşağın üzünü görə bilmirdim. İşlədikcə əlavə məsələləri də öyrənirdik, canımızı qoyurduq və nəticəsi də olurdu. Amma sonra pandemiya gəldi, hamıda işlər dayandı, problemlər də elə buradan başladı. Restoran və kafelərə yerində xidmət qadağan edildi, müştərilər içəri buraxılmırdılar, ancaq pəncərədən xidmət göstərirdik. Biz işimizi canlandırmaq üçün kampaniyalar keçirirdik. Məsələn, 1+1 kampaniyası, yəni birin alırsan o biri hədiyyə. Balaca bir lövhəmiz var, onu da obyektin qarşısına vururduq ki, müştərilər görsünlər, heç olmasa pəncərədən alver edə bilək. Vəziyyətdən çıxmaq üçün edirdik də bunu.
- Aha, bəs nə oldu?
- Görün nə oldu, icra hakimiyyətindən gəldilər, Səbail icra hakimiyyətindən ki, bunu yığışdırın, icazəsi alınmayıb. Onlara başa sala bilimədik ki, pandemiyadır, sahibkar batır, indi hər kəs bir yolla vəziyyətdən çıxır, müştəri içəriyə buraxılmırsa, heç olmasa obyektdən kənarda xidmət göstərməkdir bu.
Cavabında «dostlarımız» - JEK, polis, yenidən gəldilər. Gəldilər ki, «icazə yoxdur, bunu yığışdırın», nə edirdik, nə addım atırdıq, olmaz, icazə yoxlur və sair.
- Başqa yolla həll eləmək olur məsələni?
- Əlbəttə, pul verəndə lap 5 dənə lövhə qoymaq olar. İstəyirsən, bütün obyektin qabağını lövhə eləmək olar. Doğrudur, mən vermədim, amma edənlər oldu.
- Bəs icra hakimiyyətinə yazılı müraciət edib icazə almaq olmur?
- Elə müraciət edəndə rədd cavabı gəlir. Məsələ belədir, əgər sən yazırsansa, bu o deməkdir ki, işi rəsmi surətdə həll etmək istəyirsən. Bu da onlara sərf eləmir. Ona görə də bir dəyişiklik olan kimi «onu yığışdır, bunu yığışdır, belə eləmə, elə eləmə» kimi qadağalar başlayır.
Ümumiyyətlə bizdə icra hakimiyyətləri hesab edir ki, onlar yalnız «hə» və ya «yox» deyə bilərlər. Halbuki yerli icra hakimiyyəti sahibkara dəstək olmalıdır, məsələn hansısa qaydanı bilmirsə, izah etməli, çıxış yolunu gösğərməlidir. Bu əraziyə hansı idarə baxırsa, deməli, bu ərazidə bizim işimizi asanlaşdırmalıdır, bizə xidmət etməlidir, bu xidmət də əlçatan olmalıdır.
- İcra hakimiyyəti başqa hansı problem yaradır sizə?
- Növbəti problem stolları (masaları) bayıra çıxarmaqla bağlıdır. Stolları çölə çıxarmağa icazə yoxdur. Baxmayaraq ki, bütün Avropa və Amerikada stollar bayırdadır. Digər ölkələrdə icra hakimiyətləri özləri sahibkarlara təklif edirdilər ki, müştəriləri restorandan kənarda, açıq havada qəbul etsinlər. Bizdə də pandemiya başlayanda deyirdilər ki, sahibkarlara içəridə oturmağa icazə yoxdur, problem deyil, stolları çıxardın, biz icazə veririk. Yəni təki iş getsin, sahibkar batmasın, iş yeri bağlanmasın. İstənilən halda, yəni sahibkarın işi gedirsə, alveri var, alverdən də ki, vergi ödəyir, o da büdcəyə gedir.
- Stolları bayıra çıxara bilmədiniz?
- Bizim obyektin qarşısnıda ümumiyyətlə icazə vermədilər ki, işıq dirəkləri qoyacaqlar. O 10 dənə dirəyi 13 aya qoya bildilər – 2020-ci ilin martında başladılar, 2021-ci ilin aprelində bitirdilər, onun da 2-3-ü yanır, biri bankın qarşısında («Paşa bank»ın baş ofisi) qalanları əhval-ruhiyyədən asılıdır, nə vaxt yanıb-yanmayacağı bilinmir. Yəni nəinki bizə kömək etmirlər, heç öz işini də görə bilmirlər. Bunların iş görmə prinsipi budur.
Qayıdaq stollara, qonşuda başqa obyekt vardı, düz Fəvvarələr bağına baxır, müraciət etdilər qanuni şəkildə stollar üçün icazə vermədilər. Baxmayaraq ki, bunun solunda və sağında bütün obyektlərə icazə veriblər, ümumiyyətlə, Fəvvarələr Meydanının cərgəsində hamısı çöl stollarıdır. Bu obyektə icazə vermədilər. Müraciət eləmişdilər rəsmi şəkildə, rədd cavabı gəldi ki, ümumiyyətlə, pandemiya qayıdır, nəyəsə görə icazə olmaz.
- Həmin vaxt başqa obyektlərin stolları bayırda idi?
- Əlbəttə, orada ümumiyyətlə, yəni dədə-babadan hamının stolları çöldədir. Bu dəqiqə də stolları çöldədir. Bu dəqiqə də getsək, hər yer stoldur, ümumiyyətlə bütün «Torqovıy»da stollar çöldədir. Bir dənə ora icazə vermədilər.
- Başqa yollarla həll etmək olardı?
- Əlbəttə. Torqovıda stolların bayıra qoyulmasının “qiyməti” 7-10 min manatdır, bu məbləği verirsən, vəssalam, stolları çıxart. Ondan qabaq da həmin o sahibkarlarla gəldilər danışdılar ki, bəs 10 min manat pul verəcəksən, stollara icazə verəcəyik, çıxardacaqsan, hər şey bizlikdir. Amma xəbərdarlıq edib ki, mənim başımın üstündən etsən, sizə problem yaradacağıq. Bu 10 min manat qeyri-rəsmi ödənişdir.
- Bu pulu kim istəyir, məbləği kim deyir?
- Pulu bilinmir kimə verirsən, adam gəlir yəni, «Torqovı»nın qeyri-rəsmi dəllallarıdır bunlar, alverə baxan adamlardır. Amma rəsmi icazəni icra hakimiyyəti verir, yəni onun səlahiyyətindədir.
Bəlkə də mənim dediklərim sizə inandırıcı gəlməz, amma burada işləyən istənilən sahibkardan soruşsanız, bunu təsdiqləyər. Sadəcə ona görə bu barədə danışmırlar ki, onlar burada hələ işləyirlər, deyib özlərinə problem yaratmaq istəmirlər. Mən artıq işimi bitirirəm, mənim biznesimi bitiriblər deyə, rahat danışıram. İstədiyim odur ki, burada baş verənlər yuxarıya çatsın, cənab prezident bilsin ki, burada nə iş görürlər.
- Stollar üçün həmin pulu bir dəfə ödəyirsən, vəssalam, yəni həmişəlik stolları bayırda saxlamaq olar?
- Bəli olar, amma bir məsələ var. Tutaq ki, «icazəni» almısınız, stollar bayırdadır, qış gəlsə, obyekt stolları yığışdırsa, yayda və yaxud elə növbəti ay, bayıra çıxarmaq üçün yenidən 10 min manat verməlidir. Gəlirlər ki, sən pulu keçən dəfə üçün vermisən, indiki dəfə üçün təzədən pul ver.
Ona görə də obyekt sahibləri stolları yay-qış bayırda saxlayırlar. Mən də deyirdim ki, bu obyektlər niyə belə edir, sən demə əlavə pul verməmək üçün edirlər. Qış gələn kimi obyektin qabağı şüşələnir, içinə peçkalar qoyurlar ki, içəridə camaat otura bilsin. Çünki bunu yığışdırsa, sabah yenə 5-10 manat pul verəcək. Ondansa, deyirlər 1000 manat xərcləyim, qabağını bəzəyim, bağlayım, nəinki əlavə 5-10 min pul verim.
- Bayıra stolları çıxarmağın aylıq xərci də var?
- Bəli aylıq xərc də var, səhv etmirəmsə, hər masaya görə 60-70 manatdır, bir stolun puludur. Bu deyəsən rəsmidir.
- Siz bu məsələlərlə bağlı İcra Hakimiyyətinə müraciət etmisiniz? Çünki indiki icra başçısı müasir adamdır.
- Getmədim, bilirsiniz niyə?! O qədər iş, problem çıxarırlar ki, inanmırsan həll olunar. Həm də bir neçə yerə onsuz da getmişəm, həmişəki kimi mən günahkar çıxmışam, «sən qanunsuz işləyirsən, sən belə edirsən, elə edirsən» kimi cavablar almışam. Ona görə də inanmıram və vaxt itirmək istəmirəm, indi onsuz da mənası yoxdur, artıq obyekti bağlayırıq.
Amma məsələ təkcə icra hakimiyyətində və JEK-lərdə deyil, başqa qurumlarla da problemlərimiz oldu.FED.az
Paylaş:
Müəllif : Fuad
Tarix:13-10-2021, 00:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-10-2021, 00:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11