"Müstəntiq dedi ki, sənin xeyrinə rəy almaq üçün 6-7 min dollar lazımdır" – Baş Prokurorluqdan AÇIQLAMA
Füzuli Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Azad Hüseynzadə iddia edir ki, onu qanunsuz olaraq rüşvət almaqda ittiham edirlər.
Bu barədə həkim özü danışıb. O bildirib ki, əməliyyat etdiyi şəxslər Füzuli Rayon Prokurorluğuna şikayət ediblər:
“Bir neçə ay əvvəl əməliyyat etdiyim iki nəfər mənim haqqımda rayon prokurorluğuna şikayət edib. Guya əməliyyat zamanı sağlamlıqlarına zərər vermişəm. Onlar şikayətlərində bildiriblər ki, mənə pul veriblər. Amma bu yalandır. Prokurorluqdan mənə dedilər ki, bəlkə xəstə ilə razılaşasan, ona pul verəsən, mən də buna tam etirazımı bildirdim. Dedim ki, yüzlərlə əməliyyat eləmişəm. Orada mənə dedilər ki, sən özünə bu qədər əminsənsə, başın dərddədir. Yelmar adlı müstəntiq dedi ki, bu iş ekspertizaya getsə sənin xeyrinə rəy almaq üçün 6-7 min dollar lazımdır. Mən də bilirəm bunlar məndən nə istəyir. Müstəntiq mənə dedi, gəl öz aramızda həll edək. Nə qədər verə bilərsən? Dedim, qardaş, mən sizə uzağı min manat verə bilərəm. Dedi, onda gedim ağsaqqalla danışım gəlim. Ağsaqqal da prokurora deyir. Onun da 32 yaşı var. Getdi, qayıtdı, dedi, bu mümkün deyil, izahatını yazsın. Sonra məni bir də çağırıb dedilər, sən əminsən ekspertizadan sənin xeyirinə rəy gələcək? Mən də dedim bəli. O da dedi ki, sən hələ TƏBİB-i, ekspertizanı yaxşı tanımırsan. Sağollaşdım, çıxdım getdim. Bir həftədən sonra cavab gəldi. Hələ mən belə sürətli ekspertiza cavabı görməmişdim. İşdə olanda Yelmar adlı müstəntiq mənə zəng edib dedi ki, "veş-vüşünü" də yığ, gəl, cavabların ikisi də sənin əleyhinə gəlib. Getdim, rəyə də baxdım. Cavabda yazılmışdı ki, həkimin texniki səhvi olub. Mənə fərqi yoxdur, 64 yaşım var. Lap gedib yatacağam. Yəni, dünya bu qədərmi ədalətsizdir?".
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, artıq bu barədə cinayət işi açılıb:
“Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsində həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.
Qurumdan bildirilib ki, A. Hüseynzadə iddiaları ilə bağlı faktlarla Baş Prokurorluğa müraciət edə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2021, 20:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-10-2021, 20:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01