“Polimer Sənaye Parkı” MMC-də ÖZBAŞINALIQ - NARAZILIQ VAR!
Azərbaycan Respublikası Baş Prokuroru və Sumqayıt Şəhər Prokuroru MüqəddəsSultanova, “Polimer Sənaye Parkı” MMC-nin İdarə Heyətinin Sədri Maqsudov Rahim Maqsudəli oğlunun və adı göstərilən müəssisənin Maliyyə və Kadrlar Departamentinin qanunsuz əməlləri ilə bağlı, Tahirov Fuad, Məmmədov Müşfiq, Qəniyev İqbal, Hüseynli Orxan, Məsimov Fərid, Nuriyev Akif, Səlimov Xəyal, Xəlilbəyli Kamil, Nəcəfov Ceyhun, Qənbərov Elnur tərəflərindən müraciət olunub.
GUNinfo.az “Polimer Sənaye Parkı” MMC-nin İdarə Heyətinin Sədri Maqsudov Rahim Maqsudəli oğlunun həmin müəssisənin Maliyyə və Kadrlar Departamentinin qanunsuz əməlləri” ilə bağlı şikayət ərizəsini olduğu kimi təqdim edir:
“01 May 2020-ci il tarixindən etibarən müxtəlif zamanlarda hər birimiz Sumqayıt Polimer Sənaye Parkı MMC müəssisəsində əmək faəliyyəti ilə məşğul olmuşuq. Əmək fəaliyyətimiz dövründə işimizdə hər hansı bir nöqsan olmamışdır və aşkarlanmamışdır. Lakin 01 Sentyabr 2020-ci il tarixindən etibarən satış bonuslarımız və xərclərimiz, 01 Yanvar 2021-ci il tarixindən etibarən isə əmək haqqımız ödənilməməyə başlamışdır. Dəfələrlə şifahi xəbərdarlıqlar etməyimizə baxmayaraq, heç bir ödəniş olmamışdır. Bununlada Əmək Məcəlləsinin 172.-ci maddəsinin 1-ci hissəinin tələbləri
pozulmuşdur “Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.” Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəinin tələbləri ilə “İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.”
01 Mart 2021-ci il tarixində Kadrlar Şöbəsindən tərəfimizə heç bir əmək haqqı, bonus və xərclərin ödənilməyəcəyi, bunun MMC rəhbəri Maqsudov Rahim Maqsudəli oğlunun təlimatı olduğu bildirildi. Onunla o tarixlərdə görüş tələb etsək də bundan imtina edərək bizi qəbul etmədi. Əmək haqqı işəgötürənin təqsiri üzündən ödənilmədiyinə görə işə çıxmaqdan imtina etdik.
Bu səbəblə satış ərazilərinin təhvil-təslim edilməsi prosesinin yalnız əmək haqqları, bonuslar və xərclər hesablandıqdan və təsdiq edildikdən sonra həyata keçiriləcəyini bildirdiyimiz zaman rəhbərlik və ayrı-ayrı şöbələrin (maliyyə, hüquq və kadrlar) rəhbərləri tərəfindən həyatımızın qaraldılacağı, bir daha heç bir yerdə işləyə bilməyəcəyimiz, hətta hüquq-mühafizə
orqanlarında olan tanışları vasitəsi ilə əlimizdə olanları itirəcəyimiz haqqında təhdidlərə, şantajlara məruz qaldıq. Bütün bu təhdidlərə, hədələrə və şantajlara baxmayaraq tələblərimiz yerinə yetirilməzsə işə çıxmaqdan imtina etdik.
Rəhbərlik özlüyündə bunu əsas götürərək, 09 Mart 2021-ci il tarixindən başlayaraq hər birimizin əmək müqaviləsinə tərəfimizə heç bir xəbərdarlıq edilmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Daha sonra bundan xəbərimiz olduğu zaman müvafiq əmrin tərəfimizdə təqdim edilməsi üçün etdiyimiz tələblərə baxmayaraq bizə təqdim olunmadığından əmrin ləğvini müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Məhkəmələrində və müvafiq orqanlarında mübahisələndirmək hüququmuzdan istifadə edə bilmədik, dəfələrlə müraciət etməyimizə bxamyaraq müvafiq əmr bizə təqdim olunmadı.
Daha sonra aydın oldu ki, hər birimiz işə qəbul edilərkən Kadrlar Departamenti tərəfindən sənədlər imzalanarkən, qanunsuz olaraq tarix yeri boş buraxılmış “ İşdən çıxma və heç bir haqq iddia etməmə” haqqında sənədi də imzalamışıq. Bunun Əmək Məcəlləsinin hansı maddəsinə uyğun olması haqqında əsaslandırılması tələblərlərimiz də cavabsız qalmış, tərəfimizdə hüquqi olaraq haqqlarını təmin etmək cəhdlərimiz də boşa çıxmışdır.
Bu müddətin üzərindən 8 ay keçdikdən sonra haqqımızda hüquqi əsası olmayan şikayətin olduğu məlum oldu. Əsassız şər və böhtanlarla bizi, prokurorluğu və hüquq mühafizə orqanlarını əsassız məşğul edir.
Beləki, PSP MMC-nin İdarə Heyətinin Sədri Maqsudov Rahim Maqsudəli oğlu özünün maliyyə fırıldaqlarını ört-basdır etmək üçün, müəssisənin Maliyyə Deparətamentindəki sənədləri saxtalaşdıraraq, satış şöbələrində (pvc boru, mebel, qapı) çalışan əməkdaşlarına müxtəlif məbləğləri mənimsənilmiş pul vəsaiti olaraq yükləmək, onları heç bir maliyyə və hüquqi dayanağı olmayan “sənədlərlə”, Microsoft-Office proqramlarında yığılmış “qaimələrlə” şər və böhtan ataraq, məsuliyyətə cəlb etdirmək məqsədiylə hüquq-mühafizə orqanlarının adı ilə təhdid etdirir.
Nəzərinizə çatdırırıq ki, müxtəlif dövrlərdə öz əməkdaşlarına və tərəfdaşlarına qarşı belə əməllərini davam etdirən Maqsudov Rahim Maqsudəli oğlunun hərəkətləri haqqında respublikamızın hüquq mühafizə orqanlarında istintaq araşdırmaları aparılmış və mətbuat orqanlarında dəfələrlə materiallar dərc edilmişdir. Hətta Dəmirbank Sumqayıt Şöbəsinin Müdiri işlədiyi zamanlarda vətəndaşların adına müxtəlif məbləğlərdə pul vəsaitlərini yazmaqla mənimsəmişdir.
Bütün bunları nəzərə alaraq bu suallara cavab araşdırılmasını xahiş edirik:
1. Əməkdaşlarına xəbərdarlıq etmədən müvafiq qanunvericiliyin 70-ç maddəsinə əsasən işdən azad etmiş MMC rəhbərliyi həmin dövrdə
hansı araşdırmanı aparmış və hansı qanuna uyğunsuzluqları aşkar etmişdir?
2. Aşkar etdiyi qanunsuzluqları niyə həmin dövrdə hüquq-mühafizə orqanlarına bildirmək əvəzinə, kimsəyə xəbərdalıq etmədən işdən azad etmişdir?
3. Hansı səbəblə işdən azad olunma ilə bağlı əmrin surətini həmin dövrdə göndərilmiş teleqramlara və şifahi olunan müraciətlərə baxmayaraq əməkdaşlarına verməmişdir?
4. Niyə üzərindən 8 ay keçdikdən sonra əsassız ittihamlarla hüquq-mühafizə orqanlarının vaxtını almağı və keçmiş əməkdaşlarına şər-böhtan atmaq ehtiyacı hiss etmişdir?
Hal-hazırda yuxarıda göstərilmiş hüquqi dayanağı olmayan mövzular Sumqayıt Şəhər Prokrorluğunda araşdırma mərhələsindədir. Verilmiş “sənədlərin” əsassız olduğunu nəzərinizə çatdıraraq, araşdırmanın obyektiv aparılmasını, məsələlərə gerçək maliyyə və hüquqi qiymətin verilməsini xahiş edirik…”
Paylaş:
Müəllif : Fuad
Tarix:30-09-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-09-2021, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11