"Möcüzəli Naftalan"ın KORRUPSİYA MÖCÜZƏSİ... - İLGİNC İDDİALAR...
Azərbaycanı vaxtilə keçmiş SSRİ-də və şərqi Avropada tanıdan turizm zonalarından biri də Naftalan olub. Naftalan neftinin sehrli şəfası və bu şəhərin kurort sahəsində formalaşan keyfiyyətli xidmət hər il dünyanın müxtəlif ölkələrindən bura minlərlə insanın axın etməsinə səbəb olurdu. Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm yer tutan sahələrdən biri də turizm, daha dəqiqi tibbi turizmdir. Lakin bu sahədə də öz şəxsi mənafelərini üstün tutan işbazlar ölkədə ən perspektivli sahələrdən olan, yüzlərlə insanın çalışdığı tibbi turizmi məhv etməkdədirlər.
CivilAzerbaijan.com-a ünvanlanan şikayət məktubunda qeyd edilir ki, 50 ildən artıq kurort tarixi olan Naftalan şəhərində bütün mənalarda iyrəncliyin hökm sürdüyü bir məkan var. "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzi kimi gurultulu adı olan bu sanatoriyaya reabilitasiyaya gələn insanlar, sözün əsl mənasında, təhqir olunur desək, heç də yanılmarıq.
"Möcüzəli Naftalan"da Nazirlər Kabinetinin Qərarı pozulur
"Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzinin əsas məqsədi bura böyük ümidlərlə üz tutan insanların sağlamlığının bərpasına çalışmaq yox, onları ciblərindəki ən son manata qədər soymaqdır. Mərkəzdə demək olar ki, tibbi personala nəzarət yoxdur. Tibbi personalın böyük əksəriyyəti savadsız adamlardır. "Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci ildə qəbul edilmiş Qərarının bütün bəndləri "Möcüzəli Naftalan"da pozulur.
Məsələn, həmin Qərarda əlilliyi olan şəxslərin reabilitasiya potensialını müəyyən etmək, tibbi baxışdan keçən sağlamlığı məhdud insanların uyğun kateqoriyalara bölünməsi, eyni zamanda aldığı müayinə və müailəcələrə görə qida rasionunun müəyyənləşdirilməsi qeyd edilir. Ancaq bu qərara baxmayaraq, "Möcüzəli Naftalan" Sağlamlıq və İstirahət Mərkəzində sağlamlığı məhdud insanlar nəinki kateqoriyalara bölünür, əksinə burada sağlamlığını itirmiş şəxslərə heç bir əhəmiyyət verilmir.
Dövlət hesabına ödənişlərlə gələn əlillərin əksəriyyəti ixtisaslı tibbi kadrlar olmadığına görə formal olaraq fizioterapiya olunurlar. Tibbi personala ümumi ödənişdən əlavə ödəniş olunmadıqda çox vaxt fizioterapiya da edilmirlər. İnanılmaz dəhşətli məqamlardan biri isə burada olan tibbi avadanlıqların 90-cı illərdən qalmasıdır. Daha acınacaqlı isə müasir dövrdə ən ucqar apteklərdə tapıla bilən tonometrlərin "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzində olmamasıdır.
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri baş verən iyrənclikləri niyə görmür?
"Möcüzəli Naftalan" Sağlamlıq və İstirahət Mərkəzində sanatoriyaya gələn insanlara təqdim olunan yeməklərin keyfiyyətindən danışmağa dəyməz. Tərəvəzdən tutmuş ətə qədər burada ən keyfiyyətsiz məhsullardan istifadə edilir. Yeməklərin bişirilməsində istifadə olunan yağlar bazarlarda 1 kq-ı 2.5 manata satılan palma tərkibli yağlardır. Bu cür yağlardan xarici ölkələrdə quşçuluq fermalarında istifadə olunur. "Möcüzəli Naftalan"da mənşəyi bilinməyən, heç bir həkim müayinəsindən keçməyən, brüsellyoz, vərəm kimi təhlükəli xəstəliklərin çöpləri olduğu ətlər insanlara yedirdilir.
Qeyd edək ki, 2017-ci ildə bu sanatoriya mərkəzində leş ətlərin xəstələrə verilməsi barədə mediada süjet yayımlanmışdı. O zamandan 4 il keçsə də hələ də burada həmin vəziyyət qalmaqdadır. Əhalinin sağlamlığını qorumağa borclu olan Qida Təhlükəsizliyi Agentliyi isə "Möcüzəli Naftalan"da baş verən birabırçı durumu görməzdən gəlirlər. Ən ucqar kafelərdə reydlər keçirən, qarşılaşdıqları qanunsuzluqları protokollaşdıran, bunu rəsmi hesabatlara salan, tv-lərdə nümayiş etdirən Qida Təhlükəsizliyi Agentliyi nədənsə "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzində baş verən antisanitariyaya göz yumur.
Halbuki bura gələn insanlar vətən, dövlət uğrunda sağlamlıqlarını itirən aztəminatlı insanlardır. Onların sağlamlıqlarının qayğısına qalmaq isə hər bir dövlət qurumunun ən ümdə vəzifəsidir. Qida Təhlükəsizliyi Agentliyinin hansısa nümayəndələrinin "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzinin rəhbəri ilə "işbirliyinə" gedərək sağlamlığını itirmiş insanlara leş ət yedirtməsinə göz yummaları cinayət olmaqla yanaşı, həm də ən böyük vicdansızlıqdır.
"Möcüzəli Naftalan"ın rəhbəri bütün qanunlara tüpürüb
Həyatda ən ali məqsədi əyri-üyrü, nadürüst yollarla pul qazanmaq olan "Möcüzəli Naftalan"-ın rəhbərliyi, sözün həqiqi mənasında ölkənin heç bir qanununa məhəl qoymur. Əlbəttə ki, bunun əsas səbəblərindən biri də bu adamın hər şeyi pul ilə həll etməyin mümkün olduğu düsturuna əmin olmasıdır. Bütün aidiyyatı qurumları "susdurmağı" bacaran Mərkəz rəhbəri digər qanunlara əməl etmədiyi kimi pandemiyayla bağlı olan qaydalara da riayət etmir, məhəl qoymur.
Bu zat sanki Azərbaycanda yaşamır, sanki ölkəmizdə mövcud olan qanunlar bu adama və onun idarə etdiyi müəssisəyə aid deyil. Elə bil bu adam başqa bir ölkədən, planetdən, qalaktikadan gəlib və Azərbaycan Respublikasının vətəndaşlarından fərqli olaraq xüsusi imtiyazlara malikdir. Təsəvvür edin ki, "Möcüzəli Naftalan"-a ağrılarını müvəqqəti olsa da bir müddətlik unutmaq niyyəti ilə üz tutan insanlar burada onları bütün dünyanın hal-hazırda caynağında çapaladığı, el birliyi ilə mücadilə apardığı koronavirusun gözlədiyindən xəbərsizdirlər.
Bu ilin avqust ayının 31-də "Möcüzəli Naftalan"da Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun və Naftalan şəhər GEM-nin nümayəndələri tərəfindən keçirilən reyd zamanı burada epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin kobud formada pozulduğu aşkarlandı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq olunması barədə müvafiq qərarından irəli gələn tapşırıqlara məhəl qoymayan sanatoriya rəhbərliyi simvolik cərimə ödəməklə canını qurtara bildi.
"Möcüzəli Naftalan"-ın rəhbəri Sahil Babayevin hansı işçisiylə 50/50-yə işləyir?
Sağlamlığa zərərli iyrənc yeməkləri, nimdaş inventarı, biabırçı xidməti ilə "məşhurlaşaraq dillərdə dastan olan" "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzinin əsas kontingenti dövlət büdcəsi hesabına gələn sağlamlığını itirmiş şəxslərdir. "Möcüzəli Naftalan"-ın ən çox əməkdaşlıq etdiyi təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Ölkə əhalisi arasında nüfuzunu itirmiş, korrupsiyanın tüğyan etdiyi nazirliyin məsuliyyətsizliyi, harınlığı o həddədir ki, 44 gün davam edən Vətən müharibəsində sağlamlğını, həyati vacib orqanlarını, əzalarını itirmiş qəhrəman oğullarımızı korrupsiyanın tüğyan etdiyi, sağlam insanların belə qısa müddətdə müxtəlif xəstəliklərə yoluxaraq ölümlə üz-üzə qalma risklərinin, pontensiallarının yüksək olduğu bu iyrənc məkana göndərməkdən çəkinmir.
Dövlətin bu məqsədlə ayırdığı milyonlarla vəsait hesabına vətənin qəhrəman övladlarının sağlamlığı nəinki bərpa olunur, hətta "Möcüzəli Naftalan" kimi heç bir standartlara cavab verməyən məkanda mənən sındırılırlar. Əlbəttə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə daşıyan şəxslərin sağlamlığını itirmiş insanların reabilitasiyası üçün dövlətin ayırdığı böyük məbləğli vəsaitləri "Möcüzəli Naftalan"a yönəltmələrinin arxasında özlərinin də şəxsi maraqları var. Bu barədə əldə etdiyimiz məlumatları növbəti yazımızda diqqətinizə çatdıracağıq.
Mənbə: CivilAzerbaijan.com
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2021, 08:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-09-2021, 08:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01