Həkim əməliyyat etdiyi gənc ananı hepatitə yoluxdurdu - Azərbaycan səhiyyəsində növbəti rəzalət
Azərbaycan səhiyyəsində növbəti qalmaqallı hadisə ortaya çıxıb. Həkim səhlənkarlığının növbəti qurbanı Qazax rayonu, Aslanbəyli kənd sakini Həsənova Əfsanə Osman qızı olub.
Belə ki, üç uşaq anası olan Əfsanə xanım, bu il yanvarın 22-də adıçəkilən rayonun Müalicə-Diaqnostika Mərkəzində əməliyyat olunub və öd kisəsi götürülüb.
Bundan bir gün əvvəl, yəni yanvar ayının 21-də müayinədən keçirilən xəstənin bu məqsədlə təcili əməliyyat edilməli olduğu bildirilib. Lakin həmin müayinə zaman onda hər hansı başqa bir xəstəliyin və ya infeksiyanın olması aşkar edilməyib. Ertəsi gün baş tutan əməliyyatı xəstəxananın həkimi Cəbrayıl Vəlizadə həyata keçirib.
Ə.Həsənova mətbuata nvanladığı şikayət məktubunda bildirib ki, əməliyyatın üstündən bir qədər keçdikdən sonra onun səhhəti yenidən pisləşib. O, martın 11-də Müalicə-Diaqnostika Xəstəxanasında yenidən müayinə olunub və hepatitə yoluxduğu aşkarlanıb.
Xəstənin yaxınları onu təcili Bakı şəhərinə gətiriblər və martın 12-də Ə.Həsənova paytaxtdakı Mərkəzi Kliniki Xəstəxanada təkrar müayinədən keçirilib. Müayinə zamanı onun hepatitə yoluxduğu təsdiqlənib.
"Bizə bildirildi ki, yoluxma faktı yenidir və böyük ehtimalla Qazaxda Cəbrayıl həkimin həyata keçirdiyi əməliyyat zamanı baş verib. Sonradan bunu əməliyyat edən həkim Cəbrayıl Vəlizadə də özü də bizimlə söhbətində təsdiqlədi. Dedi ki, xəstəxanada cərrahi ləvazimatların təmizliyini təmin etmək üçün vacib olan maddələr yoxdur, həmin maddələrin alınması üçün dəfələrlə baş həkim Kamandar İbrahimova müraciət edib, ancaq heç bir nəticəsi olmayıb. Cəbrayıl həkim hətta onu da dedi ki, "əgər mənə inanmırsınızsa, gedək, Kamandar müəllimin özündən soruşun". Bu biabırçılıqdır" – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, xəstənin vəziyyətinin stabilləşməsi yalnız uzun sürən və kifayət qədər bahalı müalicədən sonra mümkün olub. Nəticədə ailə gənc ananın həyatına yaranmış təhlükəni aradan qaldırmaq üçün bütün maddi imkanlarını səfərbər edib, üstəlik, ağır stress, psixoloji gərginlik yaşamalı olub: "Mənim, yaxınlarımın, balalarımın hansı hisslər keçirdiyimi təsəvvür edə bilməzsiniz. Onlar həyatıma yaranan bu təhlükədən sonra gecə-gündüz yata bilmirdilər, səksəkə içində idilər. İndi biz tələb edirik ki, məni ağır xəstəliyə düçar edənlər, heç olmasa, müalicə xərclərini ödəsinlər, mən heç mənəvi təzminatdan danışmıram. Bu həm bizim haqlı istəyimizdir, kimlərinsə səhlənkarlığına görə niyə indiki çətin iqtisadi şəraitdə bir ailə vardan-yoxdan çıxmalıdır, həm də qoy bu, insanların taleyi ilə, sağlamlığı iləçox rahatlıqla oynayanlara dərs olsun, bilsinlər ki, məsuliyyətdən asanca yayına bilməzlər".
"Həkim Cəbrayıl Vəlizadənin və Kamandar İbrahimovun işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaları ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmaları üçün Səhiyyə Nazirliyinə də, hüquq-mühafizə orqanlarına da, məhkəməyə də müraciət edəcəyəm. Əminəm ki, şikayətim diqqətlə, obyektiv şəkildə araşdırılacaq. Əks halda ölkə rəhbərliyinə üz tutacağam" – deyə şikayətçi əlavə edib.(qaynar.info)
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-06-2019, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-06-2019, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti