Mehriban xanımın ad günündə açılan parkın zibilləri: İH kimi və necə aldadıb? – Foto
26 avqustda – Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban xanım Əliyevanın ad günündə açılışı olan Xətai rayonundakı “Gənclik” adı verilən parkın yaradılması müsbət təşəbbüsdür.
Bakupost.az xəbər verir ki, şəhərin Dağüstü parkı ilə üzbəüz, Xəzərin bu biri sahilində yerləşən ərazi əslində “İkinci Dağüstü park” adlana bilər. 8 Noyabr prospektində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığından başlayaraq, üzü yamaca doğru qalxan və daha sonra təpənin üstündə böyük bir ərazini əhatə edən parka, 2 gündür açılmasına baxmayaraq, sakinlər axın edirlər. Axşam saatlarında bu ərazidə qurulan attriaksionlarda, idman qurğularında əylənən uşaq və gənclərin, təmiz hava almaq üçün bura üz tutan yaşlıların sayı-hesabı yoxdur.
Bunun isə bir neçə səbəbi var:
1. Xətai rayonu ərazisində vaxtilə mövcud olmuş bütün yaşıllıqlar məhv edilib, bir-birinin içində göydələnlər ucaldılıb və cəmi 10-15 il öncə Bakının ən yaşıl rayonlarından biri olan Xətai faktiki olaraq ən ağacsız əraziyə çevrilib.
2. Xətai rayonunda Ukrayna dairəsində olan kiçicik Heydər Əliyev parkından başqa normal istirahət üçün heç bir ərazi qalmayıb. Hətta məhəllədaxili və binalararası kiçik parklar, yol kənarlarındakı yaşıllıqlar da məhv edilib, yerində binalar, ticarət obyektləri tikilib.
3. Xətai bəlkə də Bakının yeganə rayonudur ki, burda səkilər də çoxdan işğal olunub. Bəzi küçələrdə ümumiyyətlə hərəkət etmək mümkün deyil. 2-3 ildən bir yolun nəqliyyat hərəkət edən hissəsinin hesabına, yəni yolu daraltmaqla yaradılan piyada səkiləri isə qısa müddət sonra obyekt sahibləri tərəfindən mənimsənilir və yol yenidən daraldılır. Bunun nəticəsidir ki, 10-15 il öncə Bakının ən böyük, enli küçələrinə sahib Xətai rayonu indi az qala İçərişəhəri xatırladır: küçələr getdikcə daralır və maşınların, piyadaların hərəkəti mümkünsüz olur.
Bütün deyilənlər bu parka üz tutanların sayını artırıb.
“Gənclik” parkında nələr edilib?
Qeyd etdiyimiz kimi, məhz bu səbəblərdən Xətai rayonunda belə bir parkın qurulması təqdir olunmalıdır. Ancaq park, deyildiyi kimi, yüksək səviyyədədirmi?
Parkın 43 hektar ərazisi olduğu və burada 300 minə yaxın ağac əkildiyi haqda rəsmi informasiya verilib.
Mümkündür ki, sözügedən parkın ərazisi 43 rektar olsun, ancaq orda 300 min ağacın əkildiyini iddia etmək absurddur. Hər şeydən öncə ona görə ki, həmin ərazi sovet vaxtından ta park qurulana qədər şam, zeytun ağacları ilə örtülü olub. Parkda olanlar da təsdiqləyə bilər ki, yeni əkilən kiçik, balaca ağaclar da var əlbəttə, ancaq parkın əzəmətini məhz sovet dövründə əkilən ağaclar təşkil edir.
Əksinə, bu ərazisinin – yəni yaşıllığın, mövcud olmuş ağacların bir hissəsi hazırda işğal altındadır.
Belə ki, parkın prospekt tərəfdən deyil, digər tərəfdən girişi dəmir konstruksiyalarla və dəmir torlarla hasara alınıb. Parkın prospektin əks tərəfində olan hissəsi də dəmirlərlə sərhədlənib və orda yalnız kiçik bir qapı saxlanılıb (Foto təqdim edilir). Bu qapıdan keçməklə insanlar parka daxil ola bilir.
Maraqlıdır, bəs, bu dəmir konstruksiyalar və dəmir torlar nədir?
Belə aydın olur ki, dəmir konstruksiyalar vaxtilə yaşıllıq ərazisinə daxil olan torpaqların bir hissəsinin sahibkara satılmasının nəticəsidir. Belə ki, parkın yuxarı tərəfdən olan giriş hissəsi vaxtilə göydələnlər və yeni yaşayış kompleksləri tikmək üçün sahibkarlara satılıbmış və hazırda da bu proses davam edir. İndinin özündə ağaclığın aşağı hissəsi dəmir konstruksiyalarla ayrılıb və orda tikinti gedir. Çox güman ki, digər dəmir torlarla ayrılan hissələr də başqa sahibkarlara satılıb və oralarda hansı işlərin gedəcəyi hələ bilinmir.
Başqa sözlə, “Gənclik” parkı yeni yaradılmayıb, mövcud yaşıllığın bir hissəsi abadlaşdırılıb, müxtəlif qurğular qoyulub və istirahət üçün şərait yaradılıb. Digər hissələri isə dəmir apakəsmələrlə kəsilərək satılıb.
“Gənclik” parkının qüsurları
2019-cu ildən abadlaşmasına başlandığı deyilən parkda işlər bitməyib. Dəmir konstruksiyaların əks tərəfinə tikinti zibilləri qalaqlanıb və onu daşımağa deyəsən, tələsmirlər.
Digər tərəfdən, parkın yaşıl örtüyünün qısa müddətdə sıradan çıxma ehtimalı çox yüksəkdir. Çünki attraksionlar və idman qurğuları üçün ayrılan guşələrə yalnız bir dar giriş qoyulub. Bu guşələrə bir neçə piyada girişləri qoymaq “yaddan çıxıb”. Nəticədə həddən artıq sıxlıq zamanı insanlar öt örtüyünün üstü ilə hərəkət etməyə məcbur olur.
Yəni insanların öt örtüyünü tapdalamaması və ümumiyyətlə, ot örtüyünün (qazon) üstü ilə hərəkət etməməsi üçün heç bir imkan yaradılmayıb. Buna görə də əksəriyyət məcburi qaydada qazonların üstü ilə yeriməyə məcburdur və cəmi 3 gündür açılan parkda artıq bəzi ot örtüyünün tədricən sıradan çıxdığını görmək olar...
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2021, 13:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-08-2021, 13:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11