Vahid Ələkbərovun pulları Yelobankda necə talan edilir? - BAŞ OFİSİN TƏMİRİNƏ 20 MİLYON “SİLİNİB”
2015-ci ilin fevralında və dekabrında baş verən iki devalvasiyadan sonra hələ də özünə gələ bilməyən ölkənin bank sektorunda neqativ tendensiya davam etməkdədir. Yaranmış iqtisadi şəraitdə bankların yenidən dirçəlmək imkanlarının xeyli sıxılması bu sektoru ciddi təhdid altında saxlayır. Son dövrlərdə öz öhdəliklərini yerinə yetirə bilməyən çox sayda bankın lisenziyasının ləğv edilməsi ortadakı vəziyyəti əyani şəkildə göstərir.
Mərkəzi Bankın tətbiq etdiyi sərt qaydalara baxmayaraq, bu sahədə vəziyyətin hələ də düzəlməməsi perspektivlə bağlı bədbinliyi daha da artırır. Son dövrlərdə isə başı üzərində “Domokl qılıncı” asılan banklar sırasında ən çox “Yelo Bank”ın adı hallanır. Görünən budur ki, təqribən iki il əvvəl “Nikoilbank”ın rebrendinq nəticəsində fəaliyyətini “Yelo Bank” adı ilə davam etdirməsinə və verilən nikbin bəyanatlara rəğmən, sözügedən bankın toparlanması mümkün olmayıb.
Doğrudur, bank bu ilin ilk iki rübünə dair açıqladığı hesabatlarda artımlı rəqəmlər yer alsa da, açıqlanan göstəricilərin reallığı əks etdirmədiyinə dair əsaslı arqumentlər mövcuddur. Hələlik isə “Yelo Bank”ın təqdim etdiyi rəqəmlərə nəzər salaq.
Azərbaycanın bank sektorunda Nizamnamə kapitalının həcminə görə (378 milyon manat) Beynəlxalq Bankdan sonra ikinci yerdə qərarlaşan “Yelo Bank” 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Bankın yaydığı press-relizdə qeyd edilib ki, ötən bu ilin ilk rübündə olduğu kimi, 2-ci rübdə də Bankın əsas maliyyə göstəriciləri üzrə müsbət dinamika qeydə allınıb.
Bilridirilib ki, Bank hesabat dövrünü 10 milyon manat xalis mənfəətlə başa vurub. Bundan başqa, ümumi aktivlər ötən ilin sonu ilə müqayisədə 47,5 milyon manat artaraq, 438,6 milyon manata çatıb. Bankın kredit portfelində də nəzərəçarpan artım müşahidə olunub. Belə ki, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18,3% artaraq 364,8 milyon manata yüksəlib.
Bu müddət ərzində portfelin böyük hissəsini təşkil edən biznes kreditləri üzrə 96,2 milyon manat, istehlak kreditləri üzrə isə 56,5 milyon manat yeni kredit verilişi olub. Qeyd olunan dövr üzrə Bankın depozit portfeli də 8% artaraq 253,8 milyon manata çatıb.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21,3 milyon manat təşkil edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 20% artım deməkdir. Hazırda Bankın məcmu kapitalı 63,86 milyon manatdır, bu göstərici ilin əvvəlindən 10 milyon manat, requlyativ tələbdən isə 13,86 milyon manat çoxdur.
“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib:
“2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.
Bununla belə, sözügedən bankın nikbin məzmunlu açıqlamasına baxmayaraq, “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun olduğu bildirilən “Yelo Bank”da işlər heç də qaydasında deyil. Bank-maliyyə ekspertləri də bu fikirdədirlər ki, Anar Həsənovun bankın gələcəyinə yönəlik nikbin proqnozları üçün nəinki dayanıqlı əsaslar yoxdur, həmçinin ilin sonuna “Yelo Bank” daha da acınacaqlı vəziyyətə düşəcək.
Ekspert cameəsi “Yelo Bank”ın nizamnamə kapitalına görə banklar arasında ikinci pillədə qərarlaşması faktını oradakı sabitlik faktoru kim qiymətləndirmirlər:
“Yelo Bank”ın nizamnamə kapitalına görə banklar arasında ikinci yerdə olsa da, kapitalın gəlirliliyi yoxdur. Konkret desək, kapitalın gəlirliyi mənfi 85 faiz təşkil edir.
Ötən illərin zərərinə diqqət edin: Bu ilin ilk 6 ayı üzrə hesabatda 10 milyon manat mənfəət görünür. Onun 8 milyon manatdan çoxu ehtiyatdan qayıdan vəsaitlərdir. Deməli, təmtəraqlı bəyanatlara baxmayaraq, bankın əməliyyat gəlirliyi yox səviyyəsindədir”.
Mütəxəssislər “Yelo Bank”da tətbiq olunan maaş siyasətinə diqqəti yönəldərək, rəhbər şəxslərlə sıravi işçilərin gəlirləri arasında uçurum yarandığını vurğulayırlar:
“Diqqət edin, bankın aylıq əmək haqqı büdcəsi 1,7 milyon manatdır. Bankın 1900 işçisinin olduğunu nəzərə alsaq ki, o zaman işçibaşına təqribən 1900 manat əmək haqqı düşür. Amma gəlin, aydınlaşdıraq. Reallıqda işçilərə bu qədər əməkhaqqı verilirmi? Əlbəttə, yox! Adi mütəxəssilərə aylıq 300 manatdan başlayaraq maaş verilir.
Amma rəhbərlikdə olanlar 15-30 min manat civarında maaş alırlar. Bu da sözlə ifadə olunmayacaq sosial ədalətsizlikdir. Bu harada görünüb ki, rəhbər şəxslər işçidən azı 100 dəfə çox maaş alsın, buna bankın sahibi nə deyir?”.
Məlumatda daha sonra qeyd olunur ki, Anar Həsənov “Yelo Bank”a rəhbər gələndən kommersiya təşkilatına kadr axını artıb:
“Yeni rəhbərlik ucdantutma hamını “köhnə kadr” adı ilə işdən qovub, onların əvəzinə bank strukturlarını özünə və ətrafına yaxın savadsız kadrlarla doldurub. Hətta rəhbərlikdə olanların Mərkəzi Bankdan attestasiyadan necə keçdikləri şübhə doğurur. Bunu onların fəaliyyətindən də görmək olar, savadsız, yarıtmaz rəhbər işçilər guya idarəçiliklə məşğul olurlar, əslində, başqa işlərlə məşğuldurlar.
Baş direktorlar Mərkəzi Bankdan atestasiyadan keçmədən hansısa sahəyə kuratorluq edirlər. Heç bir məsuliyyət daşımadıqlarına görə bankı dağıtmaqla məşğuldurlar. Bank rəhbərliyinin yanvar ayından dəyişməsinə baxmayaraq, bu müddətdə heç bir uğura nail olunmayıb.
Xidmətin keyfiyyəti isə daha da bərbad vəziyyətə düşüb, kadr siyasəti ondan da pis gündədir. Uzun müddət bank sektorundan kənarda qalmış adamlar yüksək vəzifələrə təyin edilir. Həmin şəxslərin isə müasir bankçılıqdan xəbərləri yoxdur”.
Mənbə “Yelo Bank”ın ötən ilin yekununda 325 milyon manat zərər etdiyini xatırladır. Qeyd edir ki, buna səbəb verilmiş kreditlərin qeyri-sağlam olmasıdır:
“Problemli kreditlər ümumi kredit portfelinin demək olar ki, hamısını əhatə edir. Bununla bağlı tənzimləyici orqanın tələbi ilə məqsədli ehtiyatlar yaradılıb. Ona görə də hər problemli kredit üzrə ödəniş olunduqda, ehtiyatdan qayıtmalar yaranır, bu da mənfəətdə özünü büruzə verir. Bunu da “uğur” kimi qələmə verirlər. Hansı ki, kapitalın gəlirliyi yoxdur, əksinə, kapitalın daha da əriməsinə gətirib çıxarır”.
Məlumatda o da bildirilir ki, Anar Həsənovun rəhbərlik etdiyi komanda “Yelo Bank”ın bundan əvvəlki rəhbərliyi Nikolos Şurqaya komandasının davranışlarını təkararlayır və onu davam etdirir. Bankı müflisləşdirmə həddinə gətirmiş Şurqaya dövründə müavin olan bütün şəxslər indi də öz postlarındadırlar. Onlar əvvəl necə işləyiblər, indi də həmin qaydada fəaliyyətlərini davam etdirirlər.
Yalnız Günay Cəlilovadan başqa, çünki o, Şurqaya dövründə Bankda baş direktor vəzifəsində çalışırdı. O, Anar Həsənovun Banka rəhbərlik etdiyi dövrdə Mərkəzi Bankda attestasiyadan keçib. Hər yerdə özünü Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun müavini Vadim Xubanovun qohumu kimi təqdim edir, onun üçün Mərkəzi Bankda istənilən məsələni həll etməyin problem olmadığını bildirir”.
“Yelo Bank”da rəhbərliyin ən “gəlirli” işlərindən biri də icarəyə götürülən əmlaklara görə vəsaitlərin silinməsi təşkil edir. Belə ki, Bankın yeni baş idarəsi üçün 2 il əvvəldən boş-boşuna icarəyə götürülmüş əmlaka görə 4 milyon manata yaxın vəsait ödənilib. Həmin əmlakın təmir və kommunikasiya xətlərinin çəkilməsinə nə qədər pul sərf edilsə, yaxşıdır? Nə az, nə çox, təqribən 20 milyon manat!
Bu uğursuz layihənin “memarları” bu gün də “Yelo Bank”ın rəhbərliyində təmsil olunurlar. Hər halda, zəruri intizam tədbirləri və məsuliyyət hissi olsaydı, bankdakı bu özbaşınalıqlar birdəfəlik aradan qaldırılardı. Yeni ofislərin tapılması, onların icarəyə götürülməsi, təmir xərcləri və sair məsələlər əsl yeyinti mənbəyi olaraq, o işləri həyata keçirənlərə böyük həcmdə çirkli pullar qazandırır. Bütün bu neqativ hallar isə əlbəttə ki, bankın çökməsinə birbaşa təsir göstərən məqamlardır.
Göründüyü kimi, ekspertlərin şərhləri və onların “Yelo Bank”ın gerçək vəziyyəti ilə bağlı cızdıqları mənzərə ölkənin “bank qəbiristanlığı”na daha bir bankın gömüləcəyinin sadəcə, zaman məsələsi olduğunu söyləməyə tam əsas verir. Bu isə bank sektorunun sağlamlaşdırılması üçün təxirəsalınmaz və daha optimal qərarların qəbulunu zərurətə çevirir. Əks halda, “Yelo Bank”ın aqibətini yaşayacaq bankların sırası durmadan genişlənəcək…
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
www.yenicag.az
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2021, 09:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-08-2021, 09:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti