Keçmiş başçı ilə bağlı ilginc iddialar... - HƏBS OLUNA BİLƏR...
Azərbaycan doğrudan da absurdlar ölkəsidir.
Bir də görürsən qum-çınqıl karxanasında işləyənin birisini Prezident Administrasiyasına ( PA ) baş məsləhətçi apardılar.
Qalırsan mat-məəttəl.
Doğrudanmı, bu adam getdiyi yerdə baş məsləhətçi olub, məsləhətlər verəcək ?
Bunun özünə məsləhət verən lazımdır, axı…
Lətifəsi Razim Məmmədovdan iraq olsun. Amma eşitdiyimizə görə, Razim Məmmədov hazırda PA-da 5 kişidən biridir, daha doğrusu, 5 rayona ağsaqqallıq-kuratorluq edir.
Belə yerdə deyirlər, dağıl , a dünya.
Nə isə, yəqin diqqətli oxucular bildi ki, söhbət Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədovdan gedir. Eeee Sevda xanımın yaxın qohumu Razim Məmmədovdan
Yorucu olsa da Razim Məmmədovun ömür yoluna bir nəzər salaq.
İxtisasca əmttə-şünas olan ( tovaraved) olan Razim müəllim ömrü boyu hər şeyə əmtəə kimi baxıb.
Sonralar firma sahibi olub, Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub. Və 2006-cı ildə gecənin birində bu adamı çağırıb Xətaiyə icra başçısı qoyublar. Və o gündən rayonun başına yekə bir daş düşüb.
Rayonda yaşıllıq qalmayıb, satılmayan torpaq, hətta səki qalmayıb. Deyilənə görə, Xətai sakinləri Razim Məmmədovun icra başçısı vəzifəsindən çıxarılmasını “toy-bayramla”, zurna-qavalla qeyd ediblər.
Çünki icra başçısı olduğu dövrlərdə Razim Məmmədov daim sakinlərin böyük narazılıqları ilə tez-tez gündəmə gəlib. Hətta, onun adı bir çox biznes məsələlərində də hallanır.
Onun Xətaidə icra başçısı olduğu zamanlarda ciddi korrupsiya və rüşvət hallarına yol verdiyi baradə mediada kifayət qədər yazılar var.
Hətta Razim Məmmədov 250 min manat alıb bina tikmək üçün icazə verdiyi sahibkarın binasını sonra söküb. Sahibkar isə ziyana düşdüyü üçün Razim Məmmədovu məhkəməyə vermişdi.
Çünki sahibkar Xətai Rayon İcra Hakimiyyətindən aldığı icazəyə əsasən sözügedən ərazidə 5 mərtəbəli obyekt inşa etməli idi. Lakin 4-cü mərtəbə tamamlandıqda İcra Hakimiyyəti binanın sökülməsi haqda qərar qəbul etmişdi.
Ona görə deyilir ki, Xətai sanki başdan-başa absurdlar rayonudur. Necə yəni 250 min rüşvət al, sonra da binanı sökdür.
Bundan başqa Razim Məmmədov bir çox ticarət obyektlərinin tikilməsinə icazə verməsə də, gözünü yumub və deyib ki, gedin tikin.
Amma, bilin ki, Razim Məmmədov heç gecə yatanda da pulsuz gözünü yummur.
Razim Məmmədovun rayon ərazisində nə qədər yaşıllıqları məhv etməsi isə başqa fəlakətdir.
Razim Məmmədovun dövründə Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xaliq Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edildi. Məgər Xaliq Məmmədov başçının icazəsi olmadan nəsə edə bilərdi ?
Sabiq icra başçısının sahib olduğu evlərin sayı bilinmir, Bakı kəndlərindəki mülkləri, biznes fəaliyyətinin olması isə sirr deyil.
Razim Məmmədovun Novxanıdakı klinikasının, Marina restoranının dəyəri yüz milyonlarla ölçülür.
Razim Məmmədovun yalnız Bakının mərkəzi hissəsində 75 mənzili var ki, ən ucuzunun qiymətinin 400 min manat olduğu söylənilir.
Bəli, Razim Məmmədov Şahənşah Rza Pəhləvidən də varlıdır.
Amma sonuncu həbslərdən sonra Razim Məmmədovun canına titrətmə, üşütmə düşüb. Yayın cırhacırında üşüyür.
Deyilənlərə görə, sabiq icra başçısı, hazırda PA-da kurator olan Razim Məmmədov son vaxtlar güşənişin həyatı yaşayır, tək olur və nədənsə “Sevda dayıqızı, naynay” mahnısının melodiyaları altında xəyallara gedir.
Darıxma, Razim müəllim, az qalıb. Səni deyirlər... //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2021, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-08-2021, 08:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti