İnam Kərimovun TAXIL MAXİNASİYASI... - İTTİHAM
Avqust ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 3 milyon 54,4 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox məhsul götürülüb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 31,8 sentner təşkil edib.
Komitə istehsal edilmiş taxıldan nə qədərinin buğda olduğunu açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan həm də bu sahədə idxalçı ölkədir və Rusiya, Qazaxıstandan taxıl idxal edir. Cari ildə istehsal edilən taxıl yerli tələbatı ödəyəcəkmi, yoxsa ölkə hələ də idxaldan asılı olcaqmı?
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, Azərbaycanın illik tələbatı 1 milyon 800 min, 2 milyon tondur:
“Ancaq buna rəğmən Azərbaycan 1 milyon 200 min ton taxıl idxal edir. Statistik rəqəmlərə görə, təxminən 1 milyon 800 min tondan artıq yerli istehsal var. Yəni yerli istehsalla idxal birlikdə 3 milyon ton edir. Ümumilikdə taxıl dedikdə buğda, çovdar, arpa və digər növlər nəzərdə tutulur. Ərzaq buğdası onun içərisində əksəriyyət təşkil edir. Yəni onun tərkibində 2 milyon ton ərzaq buğdası nəzərdə tutulub. Ancaq o da şişirdilmiş rəqəmdir. Hesab edirəm ki, təxminən real olaraq 1,6 milyon ton ərzaq buğdası ancaq istehsal edilə bilər.
Bəlkə də işğaldan azad edilmiş ərazilərdə biçilən taxıl hesabına 100-150 min ton arta bilər. Sadəcə olaraq, statistik rəqəmlərdə taxıl istehsalının artırılması üçün maraq var. Taxıl subsidiyasını əldə etmək üçün hökumətə yaxın fermerlər “pripiska” aparır. Yəni əkmədikləri əraziləri taxıl zəmiləri kimi qeydiyyatdan keçirirlər. Məsələn, 100-150 hektar, bəlkə də 100 hektar ərazilər var ki, boşdur, rəqəmlərdə guya oradan taxıl biçilib. Statistikada dəqiq rəqəmlər gəlmir. Azərbaycanda bir tərəfdən guya taxıl, ərzaq buğdasının istehsalı çoxalır, yerli tələbatı tam ödəyir, ancaq yerli tələbatın yarısı qədər də idxal olunur. Bu absurddur, deməli iki rəqəmdən biri qeyri-dəqiqdir. Yəni burada şişirtmə var”.
Ekspertin sözlərinə görə, bəzi hallarda idxalın 1 milyon 200 min, 1 milyon 300 min ton olduğu illər olub:
“Təxminən 50-60 faiz yerli istehsal olur, 40-50 faiz idxal hesabına ödənilir. Biz pambığa xərclədiyimizin yarısını taxıla xərcləsək yerli tələbatı 100 faiz ödəyən taxılçılıq sahəsi yarada bilərdik. İdxaldan asılılıq milli təhlükəsizliyi təhdid edən məsələdir. Bu gün BMT-nin Ərzaq Proqramı bəyanat verir ki, bütün dünyada taxıl qıtlığı müşahidə olunur və taxılın qiyməti növbəti mövsümdə bahalaşacaq. Bu halda Azərbaycan daxili tələbatın böyük hissəsini ödəsə də, daxildə çörəyin, taxılın qiymətinə o qədər də təsiri olmaz. Ancaq indiki halda idxaldan 40-50 faiz asılı olsaq, dünya bazarında qiymətin qalxması daxili bazara dərhal təsir edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2021, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2021, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01