Təhsil Nazirliyinin partizansayağı kadr dəyişikliyi — BŞTİ-nin «üzqarası» olan FUADLAR
Bu günlərdə Bakı şəhər Təhsil İdarəsində baş tutan kadr dəyişikliyi haqqında eşidəndə nə vaxtdır ki, yazdığım tənqidi məqalələr yadıma düşdü. Doğrudur, Təhsil İdarəsində baş verən qanunsuzluqlar, bir çoxlarının öz kreslosunu gəlir mənbəyinə çevirməsini yazanda bəziləri məni topa tuturdular ki, “nə danışırsan, BŞTİ-də belə şey ola bilməz.” İndi məlum olur ki, BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev vəzifədən kənarlaşdırılıb. Nə sirdirsə adətən belə şeyləri reklam etməkdən zövq alan Təhsil nazirliyi u kadr dəyişikliyini gizli saxlamaq qərarına gəlib. Bəlkə də təzə bəyin daha çox xətrinə dəymək istəməyiblər. Amma hər halda bu məlumatın ictimaiyyətdən az qala gizlin saxlanmasının kimlərinsə maraqlarına xidmət etdiyi şübhəsizdir.
Aldığımız məlumata görə, N.Ağayevin fəaliyyətində ciddi nöqsanlar aşkar olunub, maxinasiyalar üzə çıxarılıb. Xüsusilə dəfələrlə bəhs etdiyimiz birinci siniflərə qəbulla bağlı müdhiş maxinasiyalar aşkarlanıb. Görün vəziyyət nə qədər acınacaqlı olub ki, N.Ağayevin toyuna cəmisi ikicə gün qalmış ərizəsi alınaraq işdən kənarlaşdırıblar. Başı toy tədarükünə qarışan Namiq müəllim bir də xəbər tutub ki, daha sektor müdiri deyil. Onu həyatın etibarsızlığı, insanların vəfasızlığı haqqında bədbin fikirlərə qərq olmağa bir də toyunda qarşılaşdığı mənzərə vadar edib. Belə ki, başqa vaxt kabinetinin qarşısında növbəyə duran məktəb direktorlarının heç biri toya təşrif gətirməyib. Namiq müəllim bu mənzərəni görəndə köks ötürərək deyib ki, “doğrudan da ömür puçdur, Güləndam,”.
Ümumiyyətlə toya BŞTİ rəhbərliyindən də gələn olmayıb. Təkcə N.Ağayevin can dostu və qohumu olan Ümumitəhsil sektorunun müdiri Fuad Babayev məclisdə fəallıq nümayiş etdirib. F.Babayevin kim olduğunu isə paytaxtın pedaqoji ictimaiyyəti 95 saylı məktəbin direktoru olduğu zamandan yaxşı bilirlər.
Onun hələ 95 saylı məktəbin direktoru olduğu zamanlar rəhbərlik etdiyi təhsil ocağında baş verənlər ölkə mediasının gündəmindən düşməyib. İnsafsızlar nələr yazmayıblar-məktəbdə “şirinlik sistemi”nin tətbiqindən tutmuş, şagirdlərin bayramları “xüsusi” qeyd etməsinə , dərs saatlarının satılmasından, “ölü ştatlar”ın saxlanılmasına, müəllimlərin maaş alandan sonra direktorun kabinetinin qarşısında növbəyə düzülməsinə qədər…Verilən bu xəbərlər F.Babayevin direktorluq dönəminin “şanlı səhifələridir.” Hətta rəhbərlik etdiyi məktəbdə şagirdin müəllimi döyməsi kimi bir ilkə də imza atan yoldaş Babayevin məktəbdən necə,hansı “statya” ilə uzaqlaşdırılması barədə də müxtəlif söz-söhbətlər dolaşır.
Zamanında müəllimləri kabinetinin qarşısında növbəyə düzən eks-direktor indi də paytaxt məktəblərinin direktorlarını hər ay sıra təliminə toplayır . Bütün bunlar isə paytaxtın təhsil sistemində dəhşətli xaos yaradıb. Narazılıqlar genişlənir, direktorlar artıq belə işləməyin mümkünsüzlüyünü bildirirlər. Eyni zamanda məktəblərdə şagird yerdəyişmələri də F.Babayevin monopoliyasındadır. Məlumatlı mənbənin bildirdiyinə görə, bu yerdəyişmələrdə valideynlər sektor müdirini yerdən göyə qədər razı salmasalar proses baş tutmur. Elə dostu N.Ağayevlə birlikdə fəaliyyət göstərən F.Babayevin də toyda kefinin kök olmadığı diqqətdən yayınmayıb. Yəqin növbənin artıq ona da çatdığının fərqinə varan F.Babayev BŞTİ-də “toy mövsümü”nün açılmasından pəjmürdə hal olub.
Ümumiyyətlə BŞTİ fuadlardan çox da yarımayıb. Belə ki, idarənin kadrlar şöbəsinin müdir əvəzi olan Fuad öz kadrlarına nümunə olmaq əvəzinə daha çox sosial şəbəkələrdə “bahalı paylaşımları” ilə diqqət çəkir. Aldığı məvaciblə tərs mütənasib olan bu paylaşımlarda Fuad müəllim 150 minlik maşınını, digər dəbdəbəli həyat lövhələrini nümayiş etdirir. Hamı bilir ki, məmur maaşı ilə 150 minlik maşın almağa bir insan ömrü yetməz. Görəsən, BŞTİ-də hansı möcüzələr baş verir ki, Fuad müəllim belə zəngin, dəbdəbəli həyat tərzi keçirə bilir və hətta bunu sosial şəbəkələrdə də paylaşır. Görünür BŞTİ-də Mehriban Vəliyeva hələ çoxlarına “toy tutulmalıdır” ki, digərlərinə də görk olsun.
Mehriban xanım Operativ Qərargah toylarla bağlı qadağanı elan etməmiş tərpənmək gərəkdir!
Rubrika.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2021, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-08-2021, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti