Ziyəddin Əliyevin başı üzərində QARA BULUDLAR... - Həbs olunacağı deyilir...
Bu günlərdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin oğlu Rəşad Əliyevin toy mərasimi və başçının oğlunun dava salması ilə bağlı xəbər yayıldı.
Əlbəttə, hər bir şəxsə xoş günlər, toy mərasimi arzu edirik, o cümlədən icra başçısına və oğluna.
Ancaq yayılan xəbərin ikinci hissəsi, yəni başçısnın oğlu Rəşad Əliyevin cavan xanımlara söz atması qanqaraldıcı məsələdir.
Birincisi, 100-150 minlik rayona rəhbərlik edən şəxsin özü və ailəsi cəmiyyət üçün nümunə olmalıdır. Ancaq bizdə bəzi məmur övladları özlərini xuliqan kimi aparır.
Bunları nəzərə alan ölkə başçısı İlham Əliyev cənabları əbəs yerə deməyib:
“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Ölkə başçısı bundan artıq nə deməlidir, cənab başçı Ziyəddin Əliyev ?
Onu da qeyd edək ki, yayılan informasiyadan bəlli olur ki, icra başçısının oğlu ölkə çapında rəhbər şəxslərdən birinin qohumunun yanındakı xanım qonaqlara sataşıb, yəni dava qadın üstündə olub:
“Rixos” oteldə xanımların yanında olan oğlanların masadan uzağlaşdığını görən Rəşad Əliyev “Bunlar heç, sizin üçün nə qulluq edim?”, deyərək qadınlara söz atıb. Bundan sonra geri qayıdan oğlanlarla Rəşad arasında dava düşüb. Və restorandakı bu davanın videogörüntüsünün silinməsi üçün pul verməyə gələn icra başçısı Ziyəddin Əliyev üzr istəyərək, 3 qız və 3 oğlanın – digər masanın xərclərini də ödəyib. Lakin ödənişlərin “işə yaramadığı”, videogörüntülərin yayıldığı bildirilib”.
Bəli, icra başçısı 6 nəfərin hesabını ödəməklə elə bilib ki, oğlunun xuliqanlıq əməllərini cəmiyyətdən gizləyə bilər.
İkincisi isə icra başçısı rüşvət verməklə videonu sildirmək istəyib.
Bəli, Ziyəddin Əliyev kimi icra başçıları barələrində tənqidi yazıları, övladları ilə bağlı biabırçı görüntüləri sildirməklə canlarını qurtarmaq istəyirlər. Ancaq bilmirlər ki, bir ilahi ədalət deyilən dəyər var. Ondan qaçmaq mümkün deyil.
İlahinin videosunu silmək olmur, cənab Ziyəddin Əliyev.
Xalqdan oğurladığın milyonları necə sildirə bilərsən ?
40 il Azərbaycan yollarına ayrılan vəsaitləri oğurlamaqla milyonçuya çevrilmisən.
Allah qoymasa, sənin tikdiyin yollar 1 ay sonra dağılıb tökülüb. Bəs, dövlətin ayırdığı pullar hara gedib ?
Yadından nə tez çıxıb ki, Ukrayna polisi sənin haram pullarının izinə düşmüşdü...
Bəli, Ukraynadakı 7 milyon dəyəri olan asfalt zavoduna xərclədiyin pulların sənədlərini Ukrayna polisi səndən tələb edirdi.
Azərbaycandan oğurladığın milyonları Ukraynaya yatırırsan. Bilirsən ki, bir gün quyruğun qapı arasında qalacaq. Ona görə izi itirmək üçün biznesini xaricə köçürürsən.
Utanıb-qızarmadan Qubada hər sahibkardan “aylıq” alırsan, “Fayton” restoranı işlədirsən.
İngiltərədə, Türkiyədə, Avropanın böyük şəhərlərində milyonluq mülklərin var, hamısı da haram pulla.
Qubadakı şəhərdaxili yolları sahibkarların hesabına təmir etdirirsən və dövlətin ayırdığı vəsaiti isə mənimsəyirsən.
Oğlun Rəşad Əliyevin xuliqanlığı barədə bəhs etdik.
O biri oğlun Nicat isə Avropadakı biznesini idarə edir.
Biri xuliqan, o biri də biznesmen.
Qardaşın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə məsələləri üzrə müavini, general- mayor Şahvələd Əliyev isə öz sferasında bazar açıb, Xidmətdəki bütün maliyyə maxinasiyalarına baxır və hər tenderdən, təmir işlərindən “otkat”ını alır.
Bütün bunlar azmış kimi Quba rayonundakı 34 bələdiyyə qurumunu hərraca çıxarmısan, birindən 20 min, o birindən 50 min, başqasından 100 min alıb bələdiyyə sədri təyin edirsən.
Sözün qısası, pul, milyonlar səni əndazədən çıxarıb, artıq sən təkcə qanunlara deyil, ölkənin rəhbər şəxslərinə də “ilişirsən”.
Bu günlərdə həbs olunan deputatın qolu qandallı durumunu görmədinmi, cənab başçı..?
Deyəsən, sən də digər həmkarların kimi artıq yetişmisən, vaxtın çatıb.
Həbsin mübarək, cənab başçı...
P.S. Qubada bir yaşlı adam Ziyəddin Əliyevin oğlunun sataşdığı qızın Ziyəddin Əliyevin qızı olsaydı
Ziyəddin Əliyev nə edərdi sualını cavablandırmaq üçün Ziyəddin Əliyevi axtarırıq. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2021, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-08-2021, 08:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11