"Hətta buna görə qardaşım da maşınını satmaq məcburiyyətində qaldı..." - GİLEY
Bakı şəhəri, Xətai rayon sakini Ramin Əsədzadə "Hürriyyət"ə müraciət edərək özünü “Paşa Holding”in baş hüquqşünası adlandıran Mobil Həsənzadə tərəfindən ona qarşı dələduzluq edildiyini deyib. Dediyinə görə, M.Həsənzadə Ramin Əsədzadədən ümumilikdə 20000 manat məbləğində pul vəsaiti alıb. O, bununla yanaşı, Ramin Əsədzadənin işlədiyi şirkətin direktoruna yalan məlumat verərək, Bəylər Əyyubovun qardaşı oğlunun Ramanıda yerləşən torpağını göstərərək, ona məxsus olduğunu deyib. Mobil Həsənzadə bu şəxsdən də dələduzluq yolu ilə 130 000 manat pul vəsaiti alıb.
Xətai rayon Məhkəməsi Mobil Həsənzadə barəsində 2 ay 20 gün müddətinə həbs qəti-imkan tədbiri seçir. Hazırda polis tərəfindən axtarışda olan bu şəxs 10 aydır ki, həbs edilmir: "Təxminən bir il əvvəl dostlarımın vasitəsilə Həsənzadə Mobil İsmiyəli oğlu ilə tanış oldum. Bu şəxs özünü “Paşa Holding”in baş hüquqşünası kimi təqdim edib. Həmin ərəflərdə evimlə bağlı məhkəmə prosesi keçirilməli və plenuma çıxmalı idi. Bildirdi ki, bu işi həll edəcəm. Məndən 20000 AZN pul istədi. O, əminliklə plenum məhkəməsində işin həll olacağını deyirdi. Atamdan və dostlarımdan borc pul alıb Mobil Həsənzadəyə təqdim etdim. Hətta buna görə qardaşım da maşınını satmaq məcburiyyətində qaldı. Pulu verən anda yanımda şahidlərim də olub.
Tikinti şirkətində işlədiyimə görə, şirkətin direktoru ilə də tanış olur. Bu şəxs işlədiyim şirkətin direktoruyla yaxınlıq etməyə başlayır. Daha sonra Mobil Həsənzadə yalan məlumat verərək, Bəylər Əyyubovun qardaşı oğlunun Ramanıda yerləşən torpağını göstərərək, ona məxsus olduğunu deyir. Bu torpağı satacağını deyir. İşlədiyim şirkətin direktorundan 100 000 manat istəyir. Ümumilikdə ondan 130 000 manat pul alır. Mən bundan şübhələndikdən sonra Ramanı bələdiyyəsinə üz tutdum. Ordan bildirdilər ki, bizim balansımızda belə bir torpaq sahəsi yoxdur. Daha sonra plenumla maraqlandım. Məlum oldu ki, mənim işim də plenuma çıxarılmayıb. “Paşa Holding” də bu şəxsi tanımadığını dedi. Baş verənlərdən agah olduqdan sonra Xətai rayon Polis İdarəsinə müraciət etdim. Müraciətimdən sonra Mobil Həsənzadə həbs edildi. Xətai rayon məhkəməsi ona 2 ay 20 gün həbs qəti-imkan tədbiri seçdi. Daha sonra ailəsi evimizə gəlib xahiş etdilər ki, şikayətimi geri götürüm. Onun torpaq sahəsinin olduğunu və satıb pulumu geri qaytaracaqlarını dedilər. Mobil Həsənzadənin bacısının Əşrəf adlı yoldaşı keçmiş DTX işçisi olub. Eyni zamanda qardaşı Habil Həsənzadə Pedoqoji Universitetin Tarix fakültəsinin dekanıdır. Ona da demişəm. Lakin bu şəx ailəsi tərəfindən gizlədilir. Üstündən 10 ay keçməsinə baxmayaraq, bu şəxs həbs edilmir. Hər gün "102 zəng" xidmətinə müraciət edirəm. Axtarışda olduqlarını deyib, ört-bastır etməyə çalışırlar. Xətai Rayon Polis İdarəsi 10 aydır ki, bu şəxsi həbs edə bilmir".
QEYD: Mövzunu davam etdirəcəyik. //hurriyyet.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2021, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2021, 11:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11