Saleh Məmmədovdan prezidentə 3.5 milyon manatlıq yalan – Göyçayda körpü uçmaq üzrədir…
Hal-hazırda Göyçay çayı üzərindəki alternativ körpü uçmaq təhlükəsilə üzləşib. Buna səbəb isə 3 il əvvəl prezidentin ehtiyat fondundan ayrılmış 3.5 milyon manat vəsaitin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov tərəfindən mənimsənilməsidir.
Heç də əbəs yerə “AAYDA sədri prezidentə atdı” demirəm, elə həqiqət də belədir. Ayrılmış vəsaitlə Göyçay çayı üzərində 2018-ci ilin sonunadək yeni körpü inşa edilməli idi. İndiki körpü isə yüngül xərclə salınmış qəzalı vəziyyətdə olan alternativ körpüdür. Bəs hanı yeni inşa ediləcək körpü, niyə inşa edilmədi? Həmin vaxtdan 3 il keçməsinə baxmayaraq nə yeni körpü inşa edilib, nə də ki, 3.5 milyon manat pulun yeri tapılır. Tapılır demişkən, pul itəcək də deyil. Əgər prezidentin sərəncamına uyğun olaraq Maliyyə Nazirliyi həmin vəsaiti aidiyyatı üzrə ayırıbsa, deməli həmin vəsait mənimsənilib. Bunu kim edib və kim edə bilər sualina cavab isə, yekdir. Təbii ki, talançı Saleh Məmmədov!
Talançı və gözu qanlı məmur…
Görəsən, adını çəkdiyim şəxs anlayırmı ki, 100 minlərlə vətəndaşın ehtiyacları ücün istifadə edilən körpü dövlət və xalq üçün nə dərəcədə əhəmiyyətlidir? Görəsən, o, anlayırmı ki, körpü yenidən uçarsa insanların həyatı ücun hansı təhlükə yaranacaq? Hesab edirəm ki, anlamaz! Əgər anlayışı olsaydı, ona həvale edilmiş məsul işi vaxtında tamamlayaradı. Məsul demişkən, görəsən, Saleh Məmmədovun heç məsuliyyət hissi və ya qorxusu da yoxdurmu…? Fikrimcə onda hiss və qorxu da yoxdur, olsaydı, prezident İlham Əliyevə və ya dövlətə niyə bu qədər pul atmış olurdu ki…?!
Havadan asılan sərəncam…
2018-ci tarixdə Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpü ucduqdan sonra Prezident İlham Əliyevin 2018-ci il tarixli sərəncamı ilə Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.
Göyçayda baş verən körpü uçqunu…
2018-ci ilin iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilmişdi. Sonradan təqsirləndirilən şəxslər barədə məhkəmə ittiham hökmü çıxarmış oldu.
Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub.
Dövlətə vurulmuş ziyan və ödənilmiş məbləğlər…
Araşdirmalar zamani müəyyən olmusdur ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat” MMC tərəfindən 191440 manat, “Elnicat” MMC tərəfindən 356400 manat, “Azpod” MMC tərəfindən 950400 manat, “Attinak” MMC tərəfindən 1372800 manat, “ATF” MMC tərəfindən 316800 manat, “Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110880 manat təbiətə ziyan vurulmuşdur. Sözugedən zərələ bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcuddur və ziyanın böyuk hissəsi dövlət nəfinə ödətdirilib.
Yuxarida qeyd olunan nəticələr Ağsu və Göyçay rayonlarını birləşdirən körpünün uçmasından sonra ortaya çıxmışdı. Əgər müvvəqəti istifadə edilən qəzalı vəziyyətdə olan körpü uçarsa, bu dəfə hansı fəsadlarla qarşılaşacağıq?
Doğrusu, ola biləcək fəsadlar barədə əvvəlcədən hansısa fikir söyləmək mümkün deyil, amma bir şeyi yəqinliklə bilirəm ki, növbəti fəsadın ardinca gedəcək ilk baş Saleh Məmmədovun başı olacaq. Elə boş baş vaxtında getsə yaxşıdır!
RealMedia.az
Paylaş:
Müəllif : Fuad
Tarix:7-08-2021, 23:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-08-2021, 23:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11