Təlimdən təlimə qaçanlar: - insan var, oxuduğu üzrə hələ də real iş görməyib
İnternet əvvəllər təhsildə mövcud olan bir çox təsəvvürü demək olar, məhv etdi. Cəmi yarım əsr öncə 10 il orta, 5 il ali təhsil almaqla insan ömrünün sonuna kimi savadlı, bilikli birisi sayılırdı.
Keçmişlərdə fundamental bilik bazası çox zəif bir hərəkətlə dəyişirdi. Yəni tarix elə tarix idi, riyaziyyat da riyaziyyat. Nə dəyişə bilərdi ki? Hətta dünyanın bir hissəsində toplanan bilik heç bir yolla digər ölkələrə paylaşıla bilməzdi, çünki ingilis dilində olan materialları oxumaq üçün ən azı bu dili mənimsəmək, daha sonra isə həmin ölkədə olmaq lazım gəlirdi. Ədəbiyyat nümunələri sərhədi çox ağır bir yolla aşırdı. Hətta hansısa möhtəşəm bir elmi araşdırmanın dünya dönəminə çıxması üçün ən azı onun etibarlı bir elmi jurnalda dərc olunması tələb olunurdu. Dərc olunsa belə, gərək bu jurnal hansısa elmi dairələrə çatdırıla idi. Bir sözlə, bilik axını olduqca ləng bir templə dünyaya yayılırdı.
İnformasiya texnologiyası dövrü birdən-birə məlumat axınını on min dəfələrlə sürətləndirdi. Heç kimin gözləmədiyi halda dünyanın hətta ən ucqar nöqtəsində yaşayan insanlar hər bir yeniliklə tanış olmaq imkanı əldə etdilər. Məktəb proqramı, daha sonra universitet təhsili də sürətlə köhnəlməyə başladı. Buradan oxuyursan, oradan isə qazandığın bilik yararsızlaşır bir növ.
Nəyisə bilmədinsə, onda peşəkar ola bilməzsən
Bu gün istənilən peşədə olan hər bir insan artıq yenidən oxumağa, yeni trendləri araşdırmağa, dünyada baş verən elmi kəşflərlə maraqlanmağa məhkumdur. Nəyisə bilmədinsə, onda peşəkar ola bilməzsən. Min cür imkan yaranıb, yeni texnika növləri peyda olub. Təmir işi görən usta da daha köhnə qayda ilə işləyə bilməz. Əgər 50 il öncə divardan bir kitab rəfi asmaq çox çətin iş idisə, bu gün bacarıqlı birisi problemi 10 dəqiqəyə həll edər. Nə qədər yeni iş, peşə yaranıb. Deyək, bu gün tikintidə istifadə edilən lambir, alçipan vurmaq işi əvvəllər heç yox idi. Yeni texnologiyadır, yeni materiallardır. Gərək işləməyi bacarasan.
Yeni dövr yeni tələbləri irəli sürür. Peşədə qalmaq üçün daim təlimdə, başqa cür desək, treninqdə olmalısan. Jurnalistsənsə, yeni tendensiyalardan baş çıxarmalı, rəqəmsal texnologiyanı mənimsəməlisən. Diş həkimisənsə, deməli yeni yaranan materialları öyrənməli, yeni texnika ilə işləməyi bilməlisən. Bilməsən, peşədən kənarda qalacaqsan. Bəzi stomatoloqlar hətta diş həkimi sözünə də qıcıqla yanaşır, özlərinə estetik cərrah deyirlər.
Necə ki, hamıda mobil telefon var, təlimə qatılmaq da adət halını alıb
Təlim işi günümüzdə böyük bir sahəyə çevrilib. Kimi dindirsən, deyir, filan yerdə təlimdə oldum, filan mövzuda keçirilən seminara qoşuldum. Hər gün sosial şəbəkə istifadəçiləri qoşulduğu təlim fotolarını paylaşır. Özü də bir standart paket var, müasir gəncliyin çox hissəsi bu tip təlimə mütləq getməlidir. Bir növ məcburidir elə bil. Necə ki, hamıda mobil telefon var, təlimə qatılmaq da adət halını alıb. İşə düzəlmək istəyən hər bir gənc təqdim etdiyi iş xülasəsində mütləq iştirak etdiyi 5-10 təlimin adını göstərməlidir. Əgər yoxdursa, bir az xülasə boş görünür elə bil. Hətta işə gedəndə bir irad da tutula bilər, nə əcəb təlimdə filan olmamısan?
Bu, standart paketdə adətən nə təlim olur? Biznes, korporativ, liderlik, motivasiya, işçi heyətin idarə olunması, natiqlik, rəqəmsallaşma, dil bədəni təlimləri artıq heç kimi təəccübləndirmir. Şəxsi inkişaf təlimi, maliyyə savadlılığı, şəxsi brendin yaradılması, sosial media hesablarının idarə olunması kimi də treninqlər daim gündəmdədir. Hara baxsan, 2-3 günlük təlim taparsan. Bəzən qısa olur, bəzən uzun, amma həmişə var. Kimi dindirsən, məsləhət verir: deyir öz üzərində işlə, bilik əldə et, müxtəlif təlim, tədbir və konfranslara qoşul, uğur qazanarsan, həyatda lider mövqe tutarsan. ABŞ-da yaşayan məşhur təlimçi Robert Kiosakinin fikirləri də olduqca populyardır. Hərə bir tərəfdən tirajlayır. "Varlı ata, kasıb ata", "Pul axını kvadratı", "Feyk" kimi əsərləri həm yaxşı oxunur, həm də video halında təqdim edilir.
"Təlim lazımdır ya yox" sualı artıq verilmir
Kimi dindirsən, öz biznesini qurmaq, lider, yəni müdir olmaq arzusu ilə yaşadığını dilə gətirir. Kiminsə üzərində hakimiyyət əldə etmək üçün bu günün gənci hər cür mənasız təlimə, tədbirə qoşulmağa hazırdır. "Təlim lazımdır ya yox" sualı artıq verilmir. Kökündən xəbər yaza bilməyən jurnalistin "Rəqəmsal Jurnalistikaya doğru" təlimində iştirak etməsi bir az gülüş doğurur, amma nə edəsən? Yeni bilik əldə etmək vacibdir, üstəlik ola bilər müsabiqə filan da olsun, yer də qazanmaq şansı var.
İnsan var, həm media, həm siyasət, həm iqtisadiyyat üzrə təlimdə olub, amma oxuduğu üzrə hələ də real iş görməyib. Əgər jurnalistsənsə, deməli nəsə media məhsulu istehsal etməlisən, biznes üzrə təlim keçmisənsə, biznes qurmalısan, əgər xarici dil üzrə illərlə bir kursdan o birisinə keçid etmisənsə, deməli bu dildə pis yaxşı danışmalısan.
Axı liderlik xüsusiyyətdir, ya olar, ya yox. Bunu təlim yolu ilə necə inkişaf etdirmək olar? İnsan var, yaxşı təşkilatçıdır. Çayxana da qurar, kafe də, tikiş sexi də. Başqasına da xeyir verər, özü də qazanar. İnsan da var, olan qalanını satıb işə qoyar, nəticə alınmaz, çünki onun işi deyil, marağı da yoxdur. Rəssam gərək şəkil çəkə, yazıçı kitab yaza, qutab bişirən də qutab bişirə. Əsil harmoniya da onda yaranacaq.
Sonra it də gedir, ip də
İllərlə ömrünü mənasız, şəxsən ona heç nə verməyəcək təlim və tədbirlərdə keçirən şəxs bir gün özünü dünyanın ən lazımsız insanı kimi duyacaq, çünki sistemli bilik əvəzinə ömrünü mozaik biliklərin əldə edilməsinə həsr etdiyini anlayacaq. Özünü yeni bir sahədə yoxlamaq, gələcək məqsədə xidmət edəcək təlimə qoşulmaq, təhsil almaq istədiyin dili mənimsəmək insanı əlbəttə inkişafa aparır. Bu təlimdən o təlimə, o tədbirdən bu tədbirə qoşulanlar isə heç nə əldə etmir. İnsan beyninin xüsusiyyəti belədir: lazımsız və istifadə edilməyən bilik tezliklə unudulur. Həyatı elə bil təlimə qurban vermiş olursan.
Bir çox biznes təlimində çox çalışmaq, qənaət edərək pul toplamaq, sonra da toplanan vəsaiti gəlir gətirəcək sahəyə yönləndirmək barədə çox danışılır. Biznes təlimçiləri belə deyir: vəsaiti itirməkdən qorxmayın, işə yerləşdirin, qoy siz pula yox, pul sizə işləsin. Həmişə Bil Geyts, Mark Zuxerberq, Stiv Cobs kimi insanlarda danışırlar, amma heç bir təlimçi həmin pul sahiblərinin cibinə sizin cibinizdən axan pulların miqdarından danışmaz. Heç kim dünyada pul kütləsinin real aktivdən daha çox olduğunu deməz. Ürəyin istədiyin maşını almaq, haradasa istirahət etmək, teatra və ya muzeyə getmək əvəzinə vəsaiti hansısa şirkətin aksiyasına, fond birjasına yerləşdirməyi təklif edərlər. Sonra it gedir, ip də.
Təlim bəzən onun gözündə heç başa çatmamış mənasını itirir
Təlimə qoşulmaq, maraqlandığın sahə üzrə yeni bilik qazanmaq günün tələbidir. Bunsuz keçinmək olmur, amma getdiyin təlimdə bir maraq olmalıdır. Biznes qurmaq fikrin yoxsa, mənasız təlimdə vaxt öldürməyin də adı yoxdur. Hansı iş görəcəksənsə, onu da önə çəkmək lazımdır.
Təlimdən təlimə qaçanların bir xüsusiyyəti də var. Qapısını bu gün həvəslə döydüyü, xüsusi olaraq iştirak etmək istədiyi təlim bəzən onun gözündə heç başa çatmamış mənasını itirir. Darıxdırıcı bir poza alır. Hər bir təlimin nəzəri hissəsi olur, kofe-breyki var, sonra da praktik iş görmək lazımdır. İş görməyə gələndə ortaya min bəhanə çıxır, baxırsan, həmin adam artıq başqa yerdədir. Başını başqa təlimdə qatmaqla məşğuldur. Ömrünü gününü də belə sərf etmək ona daha xoşdur, buradan ora hoppanır, oradan bura.
İsmayıl Rafiqoğlu //sputnik.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:21-07-2021, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-07-2021, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01