Yardımlıda dərd dərd üstündə... - özbaşınalıqlar səngimək bilmir
Yardımlı rayonundakı özbaşınalıqlar səngimək bilmir, bu rayonda rəhbər olanlardan tutmuş, çox çətin gün-güzəranı olan sonuncu fəhləsinədək hamı dərin sosial böhranın içindədir. Rayonu idarə edən başbilənlər istər səhiyyəni, mədəniyyəti, təhsili, istərsə də iqtisadi-sosial inkişaf göstəricilərini qamçılayaraq çökdürüb.
Rayon camaatı əsasən maldarlıq, heyvandarlıq və yüngülvari əkinçiliklə məşğuldur. Yardımlıda başqa qazanc yeri ümumiyyətlə yoxdur. Əkinçiliklə məşğul olmaq üçün gərək normal suvarma sistemi ola, o da yoxdur. Yardımlıda heç bir zavod, fabrik, müəssisə də yoxdur ki, əhalinin müəyyən faizi günəmuzd işləyib ailəsini dolandıra bilsin. Amma, datasiya hesabına yaşayan rayonun bəzi vəzifəli şəxsləri keyf içində yaşayır. Kasıba acımayan varlı məmurlar “at oynadırlar!” Ölkə rəhbərinin tapşırıqlarını öz xeyrinə icra edən rayon rəhbərliyinin əliylə hər şey nataraz idarə olunaraq narazılıqlar yaradır.
Bir-bir xırdalayaq...
Bu rayonda vəzifədə çalışanların, istər İcra hakimiyyətində istər idarələrdə müvafiq qanuna əsasən təqaüd yaşları yetişsə də öz vəzifələrində saxlanılır. Vəzifədən gedənlər isə ya öz övladını, ya yaxın adamını vərəsələri kimi həmin vəzifəyə gətirir. Beləcə rayon camaatı da rəhbərlikdən iyrənməyə başlayır, vəzifə bölgüsü sakinlərdə rəhbərliyə qarşı haqlı ikrah hissləri oyadır. Gənc və savadlı kadrlar da vəziyyətin bu formada olduğunu görüb digər rayonlara və ya paytaxtda işləməyə getmək məcburiyyətində qalırlar. Və beləcə rayondan gənc nəslin axın sürəti artır. Kəndlərdə də iş yerlərini istədikləri adama verirlər, məşgulluqla paylanan işcilərin də nədənsə çoxu ya rayonda yaşamır, ya da kartı qoyub ciblərinə başqa işlə məşguldular.
Rayonda müasir texniki vasitələrindən başı çıxmayan, idarəedici funksiyasının mahiyyətini anlamayan qocalaşma siyasəti rayonumuzun sabahı üçün də real təhlükədir. Ən yüngül dillə desək, vətəndaşlar qalıb bir çeşid "bilici başlar' əlində girinc-giriftar. Süründürməçilik, aravurmalar, intriqalar da o səriştəsizlərin ucbatından əmələ gəlir və sadə əhali də onların fitnələrinə uyaraq qurbanlara çevrilirlər.
Rayonda ac-yalavac qalanların belə haqqı yeyilir. Rayon İcra Hakimiyyəti və maliyyənin əməkdaşları müxtəlif vaxtlarda kasıb və digər ehtiyaclı ailələrə ianələr hesabına toplanan “xeyriyyə fondunu” “ünvansız” adlara yönəltmələr edərək öz ciblərinə doldururlar.
Yardımlı yolsuzluq da yaşayır. Kəndlərə uzanan yollar dağılıb tökülür, maşınla normal gediş-gəlişi mümkünsüz edir. Guya yeni yollar çəkilib, gəlin baxın və görəcəksiniz ki, hamısı korrupsiya ucbatından keyfiyyətsiz çəkilib deyə artıq dağılıb tar-mar olub. Son illərdə rayonun kənd yollarının infrastrukturuna 9-10 milyon manat vəsait ayrılıb, xərclər və smetalarla görülən işlər bir-birini düz demir, araşdırılarsa kimlərisə pul yediyi üçün asanca qandallamaq olar..
Yazıq Yardımlının məktəb-təhsil sistemi də yamanca çökdürülüb Pis gündə olan məktəblərində də yeyinti tuğyan edir. Təhsil və savadıyla ad qazanmış rayonda Savadsızlaşma sürətlənir, digər qonşu rayonlardan fərqli, Yardımlı təhsil üzrə də axsamağa davam edir. Məktəblərimizi cari təmir adı ilə çapıb-talamaqdan təhsil rəhbərliyi doymaq bilmir. Məsələn, təkcə, Yardımlı rayon Ərsilə kənd tam orta məktəbi 2004-cü ildə Yapon səfirliyinin maliyyə dəstəyilə yenidən tikilib şagirdlərin istifadəsinə verilsə də, istismara yararlı ola-ola 2017 cı ildə rayon təhsil şöbəsi tərəfindən 24 min 500 manat təmirpulu yazılaraq ayrılan vəsaiti mənimsəyiblər. Guya məktəbin köhnəlmiş dam örtüyünü müasir (çerepiça) örtüklə əvəz edəcəkdilər, olmadı axı! Guya məktəbin taxta qapı-pəncərələri plastik olmalıydı, olmadı axı ! vəsait ayrıldı, lakin hec bir təmir işi aparılmadı. Həmən məktəbin dam örtüyü indiyə qədər də şifirdir , qapı pəncərəsi də köhnə taxta olaraq da qalır. Belə məktəblərin sayı isə çoxdur.
Rayonda danışırlar ki, bu işlərdə də icra başçısı və komandası günahkardır ki, təhsil şöbəsinin müdiri də özü öz möhürüylə drektorun əvəzinə qol cəkib möhür vura bilib ki, güya təmir işləri baş tutub, nəhayətdə pullar yeyilib.
Həmişə deyildiyi kimi, rayonda işıq xətləri, telefon və kommunikasiya təsərrüfatı da yarıtmazdır. Su, qaz verilişində də nöqsanlar yetərincədir. İnsanlar üçün sosial-məişət problemləri yetərincədir.
Daha nə deyək, nə yazaq? Rayon demək olar ki, başsız, sahibsizdir. Yerli İHB-nin müavinləri Yardımlının öz adamları olsalar da, bütün özbaşınalığa göz yumurlar, sanki dağıdıcılara, talançı məmurlara şəriklik edirlər. Gərək Cənab Prezident də, ağıllı rayon camaatı da, Yardımlının acınacaqlı vəziyyətə düşməsinə imkan verməsinlər, bu boyda bir rayonu dağıdıcı-talançı məmurların qurbanına çevrilməsinə şərait yaratmasınlar...
ƏKBƏR SADİYEV/mənbə - turkazinfo.com
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 11:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 11:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:53
“BU SAXTAKARLIĞA GÖRƏ CƏZALANDIRILAN OLUBMU? “ - Sabiq deputat maraqlı rəqəmlər açıqladı
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32