Samuxda dövlət büdcəsinə ŞƏRİK GEDƏNLƏR... - KİMLƏRDİR?
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin və sözügedən qurumda vəzifə tutaraq kapital sahibinə çevrilmiş fərdlərin barəsində dövrü mətbuatda çox sayda məlumatlara rast gəlmək mümkündür. Səhmdar Cəmiyyətə aprel ayında təyin edilmiş yeni sədr Zaur Mikayılovun bu kimi hallardan şübhəsiz ki,xəbəri yoxdu. Biz zaman-zaman “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli idarələrində kök atmış oliqarx məmurları Zaur Mikayılova tanıtmaq qərarına gəldik. Nəticəni yeni sədr hansı formada çıxaracaq,zaman göstərəcək.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xidmət idarələrində uzun müddət çalışan,yaşına baxmayaraq vəzifə kreslosunu buraxmaq istəməyənlər çoxdu. Onlardan biri də Gülağa Bağırovdur ki, artıq 25 ilə yaxındır ki,Samux Suvarma Sistemləri İdarəsinin başında dayanır.Bu nə deməkdir? Bu o demək deyil ki, Gülağa Bağırov 25 ildir Samuxda kənd sakinlərinin xidmətində durur. Bu o deməkdir ki, sözügedən şəxs 25 ildir ki,Samux Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərini müxtəlif yollarla talayır.Burada söhbət Samuxda kanalların lildən təmizlənməsindən tutmuş, subartezian quyularının istismarına,təmir-tikinti və nəqliyyat vasitələrinin ehtiyat hissələri üçün ayrılan dövlət vəsaitlərindən söhbət gedir.Biz onun idarədəki digər gündəlik gəlirlərini hələ demirik.
Aktualinfo.org Gülağa Bağırovun rəisi olduğu Samux Suvarma Sistemləri İdarəsinə ayrılan dövlət vəsaitlərinin 25 ilini deyil,son bir ilini araşdırıb. Qalanını özünüz müqayisə edin. Görün son illər, respublikada korrupsiyyaya qarşı mübarəzinin gücləndirildiyi bir vaxtda Gülağa Bağırov dövlət satınalmalarında nə kimi saxtakarlığa yol veriib və təsəvvür edin ki, Samux Suvarma Sistemləri İdarəsində əvvəlki illərdə nə qədər saxtakarlığa,qanunsuzluqlara əl atıb. İdarənin son bir neçə ayda dövlət satınalmaları yolu ilə müxtəlif xidmətlərin görülməsinə ayırdığı vəsitlər isə bunlardır.
Samux Suvarma Sistemləri İdarəsi tərəfindən 5 ədəd subartezian quyusunun yeni kalonunun qazılması, elektrik təsərrüfatının təmiri və abadlıq işlərinin satınalınması üzrə 123 499.98 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “ŞƏMKİR SU ARTEZİAN – NUR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR SU ARTEZİAN – NUR” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 21.04.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı ŞƏMKİR RAYONU, SƏMƏD VURĞUN, qanuni təmsilçisinin isə Isgəndərov Komissar Fərzəli oğlu olduğu göstərilir.
Samux Suvarma Sistemləri İdarəsinin satınalma müqaviləsi bağladığı gündə “ŞƏMKİR SU ARTEZİAN – NUR” MMC-nin dövlətə olan vergi borcu 5880.87 manat təşkil etmişdir. Bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.
Kanalların lildən təmizlənməsinin satınalınması üzrə 182472.25 manat məbləğində satınalma müqaviləsi 18.06.2021-ci il tarixdə GƏNCƏ İXTİSASLAŞDIRILMIŞ TƏMİR-QURAŞDIRMA VƏ SAZLAMA İDARƏSİ ilə bağlanmışdır.
Tikinti materiallarının satın alınması üzrə 103 707.25 manat məbləğində satınalma müqaviləsi 17.06.2021-ci il tarixdə “XƏZƏR İNŞAAT KO ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması üzrə 76 225.64 manat məbləğində satınalma müqaviləsi 25.06.2021-ci il tarixdə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.06.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100000 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ YAŞAYIŞ MASSİVİ, ev 54, 11-ci küçəsi, Dalan 4,qanuni təmsilçisi kimi isə Məmmədov Xalid Nəriman oğlu qeyd olunub.
Bunu xüsusilə qeyd etmək istərdik ki,”EMV GROUP” MMC ilə bağlanan müqavilə tamamilə formal xarakter daşıyır. Çünki, Samux Suvarma Sistemləri İdarəsində nəqliyyat vasitələrinin ehtiyat hissələrini sürücülər şəxsi vəsaitləri hesabına alır. Yəni idarənin rəisi Gülağa Bağırov tərəfindən sürücülərin nəqliyyat vasitələri ilə gündəlik muzdlu işlərə çıxsına şərait yaradılır. Muzdlu işlərdən əldə olunan gündəlik gəlirin yarısı,yanacağa sərf olunan məbləğ çıxdıqdan sonra Gülağa Bağırova çatdırılır. Qalan hissəsinə isə sürücü ehtiyyat hissələrinin alınmasına xərcləyir. Dövlətin nəqliyyat vasitələrinin ehtiyat hissələrinə ayırdığı vəsait isə qəpiyə-qəpik təyinatından kənarlaşdırılır. Biz hələ həmin nəqliyyat vasitələrinə ayrılan gündəlik yanacağı demirik.
Subartezian nasoslarının ehtiyat hissələrinin satın alınması üzrə 234 726.69 manat məbləğində satınalma müqaviləsi 27.05.2021-ci il tarixdə “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Tikinti materiallarının satınalınması üzrə 126 932 manat məbləğində satınalma müqaviləsi 17.03.2021-ci il tarixdə “VDS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VDS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.09.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, AZƏRBAYCAN , ev 69, m. 0, qanuni təmsilçisi kimi isə Babayev Rüstəm Canbala oğlu qeyd olunub.
Samux Suvarma Sistemləri İdarəsinin satınalma müqaviləsi bağladığı “VDS” MMC-nin dövlətə olan vergi borcu 40932.96 manat təşkil etmişdir. Qeyd etdiyimiz kimi ödənilməmiş vergi öhdəliyi olan podratçı ilə satınalma müqaviləsinin bağlanılması “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.
Satınalmaların vahid elektron portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Samux Suvarma Sistemləri İdarəsi cari ilin mart-iyun aylarında tender yolu ilə müxtəlif mal materialların və xidmətlərin alınması məqsədi ilə ümumi olaraq 1 190 037 manat məbləğində vəsait ayırıb. Portalda yerləşdirdirilmiş məlumatlardan da göründüyü kimi İdarə 2020-ci ildə tikinti materiallarının satın alınması,nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması və subartezian nasoslarının ehtiyat hissələrinin satın alınması üzrə “RUZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 447 360 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.Maraqlıdır ötən il ayrılmış vəsitlər haralarda xərclənib.Samux Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası bunu açıqlaya bilərmi?
Samux Suvarma Sistemləri İdarəsinin satınalma prosedurlarında saxtakarlıqlara da yol verdiyi açıq-aşkar görsənməkdədir. Qeyd edək ki, tender prosedurlarının keçirilməsi zamanı ödənilməmiş vergi öhdəliyi olan podratçı ilə satınalma müqaviləsinin bağlanılması “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.
Bütün bu qeyd etdiklərimiz Samux Suvarma Sistemləri İdarəsinin bir neçə aylıq maliyyə göstəriciləridir. Təbii ki, ayrılmış vəsaitlər il ərzində xərclənir. İndi müqayisə edin, son 25 il ərzində Samux Suvarma Sistemləri İdarəsinə neçə belə milyonlar ayrılıb. Gülağa Bağırov isə necə bəhrələnib.
Aktualinfo.org
Paylaş:
Müəllif : Fuad
Tarix:12-07-2021, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-07-2021, 11:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01