Nazir icra başçısının oğlunu niyə təltif edib? – Sensasion ittihamlar və cavablar...
Müdafiə naziri Zakir Həsənov icra başçısının oğlunu Fəxri Fərmanla təltif edib.
Bu faktı bloger Mehman Hüseynov ictimailəşdirib. O, bildirib ki, nazir Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlunu bu fərmana layiq görüb. “Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərvaycan ordusuna maddi və mənəvi dəstək görə təltif olunur Ənvərli Ənvər Adil oğlu. İmza: nazir Zakir Həsənov”.
Blogger iddia edib ki, nazir bir çox məmur balasına öz imzası ilə “Fəxri Fərman” diplomunu verib:
“Təsəvvür edin, döyüşdə can qoyan, qazi olan, yaralanan hərbçilərinin bəziləri medalsız qalıb, bir neçə gündür buna görə nazirliyin qabağına gəlib, haqlarını tələb edirlər, hələ bir qınanılırlar da ki, "medala görə döyüşmüsüz?!" Medal məsələsi deyil, haqq, ədalət məsələsidir. Bir çox hərbçilərimizə haqsızlıq, ədalətsizlik olunub. Amma müharibədə iştirak etməyən məmur balalarına nazir Zakir Həsənov tappa tarap fəxri diplomlar paylayır.
Mudafiə Nazirliyi bu diplomları məmur balalarına verərkən tapşırmışdır ki, qəti heç yerdə bunu paylaşmasınlar, mətbuatın əlinə düşməsin! Möcüzə nəticəsində bizim əlimizə düşdü
Ənvərli Ənvər Adil oğlu bilirsiz kimdir? Bir neçə gün öncə paylaşdığımız, 3-4 milyonluq qaraja sahib olan, korrupsioner, Sabunçu ərazisini öz obyektləri ilə işğal etmiş, Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğludur. Başa düşürsüz indi bu ölkədə kimə dəyər verilir?” – deyə bloger sual edib.
“Vətən müharibəsi zamanı bir çox ictimai fəal, bir çox həqiqi vətənpərvər iş adamları ordumuza dəstək aksiyası keçirdib hər gün cəbhə xəttinə maşın təkərindən tutmuş, isti coraba qədər aparırdılar. Kimsə həmin ictimai fəallardan nazir Zakir Həsənovdan “Fəxri Fərman” alıbmı? Kiməsə təşəkkür diplomu verilibmi? Xeyr!
Maraqlanmışıq həmin ictimai fəallardan, hansılar ki, gecə gündüz dayanmadan ordumuza dəstək olurdular. Onların arasında Bəxtiyar Hacıyev, Elnur Əliyev, Haldun Novruzov və bir neçə digər şəxslər var idi. O adamlar bildiriblər ki, bu kampaniyaları, bu işi diploma görə etmədilər, amma onlara Mudafiə Nazirliyi quru təşəkkür belə deməyib. Dedilər ki, "onlara bizim kimi gənclər yox, məmur balaları lazımdır". Və ya götürək sadə vətəndaşlarımızı, hansılar ki, vətən müharibəsi vaxtı ordumuza maddi və mənəvi dəstək olurdular. Onların nəyi əksikdi məmur balalarından? Nazir ancaq saxta vətənpərvərlər, pullu məmur balalarına Fəxri diplom verib”.
İttihamlara Sabunçu Rayon İcra Hakimiyyəti cavab verməkdən imtina edib. Bildiriblər ki, Ənvər Ənvərli bu işləri iş adamı olaraq görüb və suallar da ona ünvanlanmalıdır. Musavat.com onun rəhbərlik etdiyi “21-ci Əsr” MTK ilə əlaqə saxlayıb.
MTK-dan bildirdilər ki, Ənvər Ənvərli 44 günlük Vətən müharibəsi zamanı orduya, müharibədən sonra isə şəhid və qazi ailələrinə imkanları daxilində kömək edib: “Ənvər Ənvərli bu işlər üçün xərcləməyi planlaşdırdığı məbləğdən daha artıq vəsait xərcləyib və yenə də xərcləməkdədir. Müdafiə Nazirliyinin rəhbərliyi də sağ olsun, onun xidmətlərini nəzərə alıb, təltif edib. Məgər təltif olunan təkcə Ənvər Ənvərlidir? Digər tərəfdən, Ənvər Ənvərli bu işləri təltif olunmaq üçün etməyib axı. Harada yazılıb ki, hər hansı bir iş adamı xalqa, orduya dəstək ola bilməz? Biz də bu müzakirələrlə tanışıq və sual edirik: iş adamı orduya, qazilərə və şəhid ailələrinə dəstək verə bilməz? Bu nə yanaşmadır?”
MTK rəsmisi “təltifdə Ənvər Ənvərlinin orduya dəstək verdiyi qeyd olunub, sirr deyilsə, bu məqsədə nə qədər vəsait ayrılıb” sualına belə cavab verdi: “Ordumuza dəstək verib. Ümumilikdə şəhid ailələri və qazilərə verilən dəstək nəzərdə tutulandan dəfələrlə artıqdır və belə yardımlar davam etdirilməkdədir. Müharibə günlərində Füzuli və digər rayonların ərazisində döyüşən əsgərlərimizə də əlimizdən gələn köməyi əsirgəmədik, yardımlar apardıq. Ənvər Ənvərli müharibədən sonra da şəhid ailələrini, qazilərimizi diqqətdə saxlamaqdadır. Sumqayıtda yaşayan qazi Camal Alxasova maşın bağışlayıb. Bu, onun özünün şəxsi istəyi ilə baş tutub. Kimlər bu məsələləri dərindən öyrənmək istəyirsə, gedib araşdırsınlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 10:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 10:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11