“Jurnalistlər binası”nın saxlanılan komendantından XƏBƏR VAR
KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı bir müddət əvvəl saxlanılan "Jurnalistlər binası"nın komendantı Binyamin İsmayılovun istintaqı davam edir.
Qeyd edək ki, Binyamin İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Hələki Binyamin İsmayılovun nədə ittiham olunduğu, hansı səbəbdən polis nəzarətinə götürüldüyü açıqlanmır.
Bu barədə Bizim.Media-ya danışan “Jurnalistlər binası”nın sakini, “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı komendantı sakit və öz işində məsuliyyətli bir şəxs kimi tanıdıqlarını qeyd edib:
“Çox rahat və mülayim biri idi. Həyətdə tez-tez görüşürdük. İnanmıram ki, o, ciddi maliyyə yeyintisinə yol versin. Çünki orada elə də böyük maliyyə imkanları yox idi. Çüzi, para xərclərlə bağlı nəsə olması mümkündür. Yaxud ona nə tapşırılıbsa, edib. Amma dünya malında gözü olmayan biridir. Vüqar Səfərli onu 8 il əvvəl “Jurnalist Evi” MMC-nin komendantı təyin etmişdi. Elə bir səlahiyyəti də yox idi. Pul yığılanda ona verilirdi, o da “Jurnalist Evi” MMC”-yə göndərirdi, oradan isə xərclər-filan ödənilirdi. Ola bilsin ki, Binyamin İsmayılovla bağlı müəyyən şübhələr var, amma təsdiqini tapmasın. Hər halda istintaqın gedişindən asılıdır”.
Elçin Bayramlı Binaymin İsmayılovun komendant olduğu dövrdə binanın idarəetməsi, təmiri və digər xərcləri ilə bağlı çox sayda narazılıqların olduğunu da vurğulayıb:
“Nə qədər pul yığılırdı və hara xərclənirdi məlum deyildi. Elektrik lampalarından tutmuş, təmir-tikinti, işçilərin maaşı, həyətin suvarılmasına qədər olan xərclərin şəffaf olmaması narazılıq yaradırdı. Bina sakinlərinin, jurnalistlərin dilindən bu barədə eşidirdik. Biz nə qədər pul yığıldığını və hara xərcləndiyini bilmirdik. Hər halda müəyyən qanunsuzluq var ki, saxlanılıb”.
Xatırladaq ki, Binyamin İsmayılov 8 il idi ki, “Jurnalist Evi” MMC-nin komendantı kimi çalışırdı. Bir aya yaxındır ki, onun əvəzinə “Jurnalistlər binası”na yeni komendant təyin olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2021, 16:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2021, 16:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26