Müştərilərin əməkhaqqıları mənimsənilir... - İTTİHAM
"Atəşgah Həyat” Sığorta şirkəti tərəfindən təqdim olunan Həyatın Yığım Sığortası məhsulu minlərlə insanı iflas durumuna sala bilər. Bu durum qarşısında Atəşgah Həyat Sığortası adlı məhsul müqaviləsini imzalayan adi insanlar aciz qala bilər.
Beləki Atəşgah şirkəti öz rəsmi saytında "unikal proqram” adlandırdığı Həyatın Yığım Sığortası adlı məhsul qaranlıq sxemlərin köməyi hesabına şirkətin mənfəətini ilginc yollar ilə artırmaq üçün istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlət kimi elan edilən Vətənimiz üçün Atəşgahın müştərilərə "satdığı” bu məhsul həqiqətəndə "unikaldır”. Unikallığı isə ondan ibarətdir ki qurum bu məhsulun adı ilə müəyyən vətəndaşların əmək haqqlarının mənimsənilməsini həyata keçirir.
Bunun üçün şirkət tərəfindən çox sadə lakin olduqca hiyləgər sxem icad edilib. Sxemi anlamaq üçün ilk olaraq Həyatın Yığım Sığortası anlamını aydınlaşdıraq.
Qanunvericiliyə əsasən şirkətdə çalışan əməkdaşların əmək haqqısı və ya əmək haqqının bir hissəsi sığorta məqsədləri üçün ayrılarsa həmin məbləğ vergi və sosial ödənişlərdən azad olunur. Vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə fəaliyyətinə icazə verilən "Həyatın Yığım Sığortası” məhsulu sosial xidmətdir və bir neçə ildir ki, bir çox şirkətlərin əməkdaşları tərəfindən istifadə edilir.
Bu layihə üzrə əməkdaşların vergi və sosial ödənişlərdən azad olunan və əmək haqqları hesabına toplanmış vəsaiti sığorta şirkətinin müxtəlif banklarda yerləşdirilən hesablarında saxlanılır. Eyni zamanda bu vəsait əsasında vətəndaşların aylıq xərclərini qarşılamaq üçün sığorta şirkətinin partnyor bankı tərəfindən kreditlər ayırır. Sözügedən vətəndaş həlak olduğu halda onun əmək haqqısı hesabına toplanmış və sığorta şirkəti hesabında olan vəsaiti onun ən yaxın ailə üzvünün hesabına köçürülür. Bu vəsait ilə mərhmunun ailəsi və ya həlak olmadığı halda vətəndaşın özü kredit borcunu bağlayaraq qalan vəsaiti yaşayışı və ya sosial durumunun yaxşılaşdırılması üçün yönəldir. Beləliklə vətəndaş dolandırdığı ailəsini, övladlarını və yaxınlarını düşünərək ölümündən sonra yaxınlarını acınacaqlı maddi duruma düşməkdən xilas etməyə çalışır.
Burada isə Atəşgah digər sığorta şirkətlərindən fərqli olaraq düşünülmüş tükürpədici sxemlər işlədir və bu xidməti özü üçün əsil hiper mənfəət üsuluna çevirir. Bu mənfəəti isə müştərilərin əmək haqqlarını mənimsəyərək əldə edir. Beləki məhsul çərçivəsində Atəşgah, kredit ayıran bank və vətəndaş 3 tərəfli müqavilə imzalayır. Həlak olduğu halda ailəsinin maddi vəziyyətini sığortalayan vətəndaş müqaviləyə qol çəkərək Atəşgahın tələsinə düşür, çünki imzalanan müqaviləyə ilginc və absurd səslənən bənd əlavə edilir. Bu bəndin mahiyyəti odur ki, Atəşgahın vəsaiti yerləşdirdiyi hər-hansısa bank iflas elan edilərsə və ya Atəşgah hər hansı səbəbdən öz əmanətini həmin bankdan ala bilməzsə, sığorta şirkəti vətəndaşa pulunu qaytarmayacaq və vətəndaşın əmək haqqlarını sadəcə özündə gəlir kimi saxlayacaq. Daha dəqiq desək əməkdaşların əmək haqqları hesabına formalaşan vəsaiti Atəşgah digər sığorta şirkətləri kimi hər-hansısa bir banka yerləşdirir. Lakin Atəşgahın sxeminin ilginc özəlliyi odur ki, Atəşgahın özü tərəfindən seçdiyi və vəsait yerləşdirdiyi bank iflas elan edilsə… Riski vətəndaşlar daşıyacaq. Bəli, düz anladız. Yəni sığorta şirkəti vəsaiti yerləşdirmək üçün bank seçir və bankın bağlanma riskini vətəndaş, müştəri daşıyır.
Bu hələ son deyil. Bildiyiniz kimi bank iflas elan edildiyi halda Azərbaycan Respublikasının Banklar haqqında qanununa əsasən bankda vəsaiti olan bütün kreditorlar pullarını gec-tez alacaq. Bunun üçün qanun ilə tənzimlənən növbəlilik prinsipi mövcüddur. Lakin Atəşgahın qaranlıq oyunu nəticəsində maliyyə riski vətəndaşların üzərinə qoyulub və bu halda vətəndaşların öz vəsaitlərini alması praktiki olaraq real deyil. Çünki tələyə düşən vətəndaşın imzaladığı müqavilə bunu nəzərdə tutmur və sığorta şirkətini insanların pulunu qaytarılmasından tamamilə azad edir.
Odur ki Azərbaycan Respublikası ərazisində, Azərbaycan Respublikası vətəndaşları hesabına mənfəət qazanan şirkət bütün dünyada sığorta şirkəti tərəfindən daşınan maliyyə yerləşdirilməsi riskini xalq nümayəndələrinin üzərinə atır və bu azmış kimi yekunda əmək haqqlarını mənimsəyir.
Bu da hələ son deyil. Çünki sığorta müqaviləsi müddəti bitdiyi təqdirdə və ya vətəndaş həlak olduğu halda o və ya onun yaxınları nəyənki mərhumun əmək haqqısı hesabına formalaşan vəsaitini əldə etməyəcək hətda böyük kredit yükü altına düşəcək. Çünki sığorta müqaviləsi müddəti ərzində vətəndaşa üçtərəfli müqavilənin bir üzvü olan Bankdan kredit ayrılır. Aldadılan vətəndaş kredit vəsaitlərini sığorta şirkətinin hesabına yönəltdiyi əmək haqqı əvəzinə hər gün işlədir və böyük kredit borcu içində qalır. Atəşgah şirkəti bank müflis elan ediliyi halda vətəndaş vəsaitini müqavilə müddətinin sonunda qaytarmayacaq. Lakin bank mütləq şəkildə nəhəng krediti faiz və cərimələri ilə birgə müştəridən geri tələb edir və vətəndaş olduqca dəhşətli vəziyyət ilə üzləşir və məhkəmə qarşısında pulu qaytarmaq üçün evindən belə çıxarılma təhlükəsini yaşayır.
Bunun səbəbi isə nəhəng vəsaitlərə sahib olan Atəşgah sığorta şirkətinin sadəcə olaraq maliyyə riskini əhalinin üzərinə atması və bu vəziyyətdən böyük mənfəət əldə etməsi istəyidir. Bu xidmətdən istifadə edən bütün vətəndaşlar öz müqavilələrini və ya müqaviləyə əlavə şəhadətnaməni yenidən və diqqət ilə oxumaqla Atəşgahın oyunu haqda xəbər tutacaqlar.
7News.Az
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-06-2019, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-06-2019, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11