Süründürməçiliyə məruz qalmış Zaqatalalı sahibkar prezidentdən və aidiyyatı orqanlardan kömək istəyir
“Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatının direktoru Zakatalski Hacıbəy İsak oğlunun mətbuat vasitəsi ilə prezident İlham Əliyevə, Ədliyyə Naziri Fikrət Məmmədova, Baş Prokuror Kamran Əliyevə və Ombudsman Səbinə Əliyevaya ünvanıadığı müraciəti olduğu kimi dərc edirik.
«Bildirirəm ki, vaxtı ilə “Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatı ilə “Azinterservis” firması arasında 08 iyun 2000-ci il tarixdə və 15 iyun 2000 ci il tarixdə “Mineral içkilərin qablaşdırılması üçün kompleks avadanlığın və köməkçi materialların tədarük edilib fermer təsərrüfatlarının ərazisində quraşdırılması məqsədi ilə “ ümumi dəyəri 49300 ( qırx doqquz min üç yüz ) ABŞ Dollar olan iki müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən , “Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatının təsisçisi olan mən, “Azinterservis” firmasına avans kimi 33000 (otuz üç min) ABŞ Dolları əvvəlcədən ödəmişəm. Həmin müqaviləyə əsasən, 20 ( iyirmi) gün müddətinə müqavilə öhdəlikləri icra olunmalı idi. Lakin həmin müddətin üstündən 2 (iki) ay keçdikdən sonra yəni, 10 dekabr 2000 ci il tarixdə həmin firma məktubla, nəqliyyatda problem yarandığı üçün müqavilə öhdəliklərinin icra edilməsində gecikmə olduğunu və ən qısa zamanda müqavilə üzrə öhdəliklərin icra ediləcəyi bildirilmişdir.
Lakin həmin məktubun da üzərindən uzun müddət keçməsinə baxmayaraq müqavilə öhdəlikləri icra olunmamış və nəticədə təsisçi olduğum “Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatı, “Azinterservis” firmasını dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinə vermişdir.
Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 30 iyun 2003-cü il tarixli 1258/4-242/2003 nömrəli qətnaməsinə əsasən, iddiamız təmin edilərək, iş üzrə cavabdeh “Azinterservis” firmasının h/hesabından ümumilikdə 35700 (otuz beş min yeddi yüz) ABŞ Dolların “Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatının xeyrinə tutulması qət edilmişdir.
1 saylı yerli İqtisad Məhkəməsinin 30 iyun 2003-cü il tarixli 1258/4-242/2003 nömrəli qətnaməsinin qəbul olunmasının üzrəindən 13 (on üç) il keçməsinə baxmayaraq hələ də məhkəmə qərarı icra olunmamış və ya icrası məqsədi ilə heç bir tədbir görülməmişdir. Mənə bir dəfə də olsun həmin məhkəmə qərarını icrası ilə bağlı məktub daxil olmamışdır.
Bundan əvvəldə Ədliyyə Nazirliyinə dəfələrlə şikayət etməyimə baxmayaraq, bu günədək də ərizəmin cavablandırılması və məhkəmə qərarının icra olunması ilə bağlı heç bir hərəkət edilməmişdir.
Bununla belə mən, “Azinterservis” firmasının rəhbərliyinə məhkəmə qərarını icra etməli olduqlarını dəfələrlə bildirmişəm, lakin , hər dəfə yalan vədlərlə işin icrasını uzatmışdırlar. Həmin firmanın direktoru Arif Musayev hazırda ünvanını dəyişib və onunla heç cür əlaqə saxlaya bilmirəm.
AR İXM-nin və AR CM-də məhkəmə qərarının icra edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, məhkəmə qətnaməsini icra etməli olan icra məmurları borclu barəsində heç bir tədbir görmürlər. Mən başa düşə bilmirəm ki, icra məmuralarının nə marağı varki 1 saylı yerli İqtisad Məhkəməsinin 30 iyun 2003-cü il tarixli 1258/4-242/2003 nömrəli qətnaməsini bu günədək icra etmir və şikayətlərimi də cavablandırmır.
Belə olur ki, vətəndaşlar məhkəmələrə və qətnamələrinə etimad etmirlər. Çünki icra məmurları dövlətin adından çıxan məhkəmə qətnamələrinə adi kağız parçası gözünə baxırlar. Mən və mənim kimi adamları da mcbur edirlər ki, Avropa Məhkəməsinə müraciət edək və dövlət hansısa icra məmurunun səhlənkarlığına görə kompensasiya ödəsin.
Bütün bunlar məndə bu şübhənin yaranmasına əsas verir ki, icra məmuru borclu ilə nə isə qeyri prosesual əlaqəyə girmiş və nəticədə hazırki süründürməçilik hərəkətlərinə yol vermişdir.
Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 30 iyun 2003-cü il tarixli, 1258/4-242/2003 nömrəli qətnaməsinin icra olunaraq, 35700 (otuz beş min yeddi yüz) ABŞ Dolları miqdarında vəsaitin “Azinterservis” firmasından (ləğv edilibsə hüquqi varisi və ya təsisçisindən) tutularaq təsisçi olduğum “Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatının hesabına ödənilməsi istiqamətində mənə köməklik göstərilməsini, vəzifəsindən sui istifadə etmiş icra məmurunun məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətə keçməsini Sizdən xahiş edirəm»
Hörmətlə Hacıbəy Zakatalski
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2021, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-06-2021, 16:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti