“Üç icra başçısı dəyişib, bina hələ də hazır deyil” - NARAZILIQ!
“Avqustda binamızın söküntüsünün 5 ili tamam olacaq. 92 ailə hələ də kirayələrdədir. İndiyədək üç icra başçısı dəyişib, bina isə hələ də hazır deyil və yaxın vaxtlarda bizim oraya – evlərimizə qayıdacağımıza da ümidimiz yoxdur”.
Bunu Meydan TV-yə tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov deyir.
Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanda yerləşən və “alimlərin binası” kimi tanınan tikilinin söküntüsünə 2016-cı ilin 19 avqustunda gecə saatlarında içərisində yaşayış ola-ola başlanılıb. Bina sakinlərinə əvvəlcədən xəbərdarlıq olunsa da, onlar evlərini tərk etməmişdilər. Çünki hesab edirdilər ki, tikili qəzalı deyil, yerində inşa olunacaq yenisi isə qazanc məqsədi güdür. Həmin vaxt bu məsələ ictimaiyyətdə də səs-küy yaratmışdı. Buna baxmayaraq söküntü altında qalacağından ehtiyatlanan ailələr son anda evlərini tərk etməli olmuşdular. Artıq 5 il ötür və müxtəlif ünvanlarda hələ də kirayələrdə yaşayan ailələrin tezliklə öz evlərinə dönəcəklərinə ümidləri azdır.
“Alimlərin binası” kimi tanınan tikilinin söküntüsünə 2016-cı ilin 19 avqustunda gecə saatlarında içərisində yaşayış ola-ola başlanılıb.
“Başçı söz vermişdi ki, 18 aya evlərimizə qayıdacağıq”
Əzizağa Ələkbərov danışır:
“Guya bina 18 aya təhvil veriləcəkdi. O vaxt Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev qarşımıza çıxıb dedi, bu tikintiyə başımla cavabdehdi. Vəd verdi ki, 18 ayın tamamına qədər bütün ailələr evlərinə dönəcək. O başçıdan sonra iki başçı gəlib-getdi, bina hələ də yarımçıq qalıb. Orda iş getmir. Tez-tez gedirik, görək işlər nə yerdədir, baxırıq ki, o boyda ərazidə cəmi 3-4 fəhlə işləyir. Buna işləmək də demək olmaz, sanki vaxt öldürürlər. Konkret heç bir iş yoxdur ortada... Soruşuruq, sizi burda işlədən hansı şirkətdir, heç özləri də bilmir”.
“Guya bina 18 aya təhvil veriləcəkdi"
“Yaşlı nəsil kirayələrdə dünyasını dəyişir”
Əzizağa Ələkbərov deyir, əvvəllər burada 16 mərtəbəli bina tikiləcəyi deyilsə də, sonradan 2 mərtəbə də artırıblar. Bu isə işlərin daha da uzanmasına səbəb olub:
“Heç bəzi blokların üstü də bağlanmayıb. Kommunikasiya xətləri, başqa işlər... Anladığımız odur ki, bu gedişlə bina heç 2 ildən sonra da təhvil verilməyəcək. Etirazımızı bütün aidiyyəti dövlət qurumlarına bildirmişik. Prezident Administrasiyasına gedirik, deyirlər, gedin, binanın qarşısında çadır qurun, səs-küy salın, bəlkə bir nəticəsi oldu. Yəni bu binanı tikən şirkətin arxasında dayanan kimdirsə, heç Prezident Administrasiyası da müdaxilə edə bilmir. İcra hakimiyyəti də bizi aldatmaqla məşğuldur, qışda gedirik, deyirlər, yayda, yayda gedirik, deyirlər, payızda hazır olacaq. Beləcə, neçə-neçə qış, yay, payız keçir, hələ də kirayələrdəyik. Yaşlı nəsil elə kirayələrdə dünyasını dəyişdi, ev-eşiyini görmədən köçdülər həyatdan...”
“Heç bəzi blokların üstü də bağlanmayıb"
“Bu şirkətdə dələduzluqlar baş alıb gedir”
Binanın inşası “İnşaat Konstruksiyaları” MMC-yə tapşırılıb. Bu şirkətin adı hər il Prezident Administrasiyasının vətəndaşlar tərəfindən ən çox şikayət olunan şirkətlər siyahısında yer alır. Elə sakinləri də ən çox narahat edən budur. Əzizağa Ələkbərov deyir, bina tikintisində indiyədək bir neçə dəfə şirkət dəyişib, xeyli maxinasiyalar baş verib:
“Bizdə olan məlumata görə, dələduzluqlar baş verib, eyni mənzillər saxta yollarla bir neçə şəxsə satılıb və sair. Üstəlik, şirkət mənzil alan sakinlərdən ödənişləri bank hesabı olmadan, əlbəəl qəbul edir, vergidən yayınır və sair. Bir sözlə, o binadan şikayətlər çoxdur”.
Yasamal rayonu, Şərifzadə küçəsi 33
“7 aydır kirayəpulunu da kəsiblər”
Binadan köçürülən və 5 ildir ki, kirayələrdə yaşayan Rəvanə Davudova deyir, artıq yeddinci aydır ki, şirkət kirayəpulunu da ödəmir:
“Çox təəssüf ki, oğlum da həmin binadan mənzil aldı. Sonra gördü ki, tikinti getmir, pulu geri almaq istədi, dava-dalaş düşdü, pulu da qaytarmadılar. İndi oğlumun da ailəsi ayrıca kirayədə qalır, biz də... Hər ay oğlum 400, biz 550 manat kirayə haqqı ödəyirik. Şirkət mənə hər ay 300 manat kirayə haqqı ödəyirdi, 7 aydır ki, onu da kəsib. Bütün ailələrin kirayəpulu kəsilib, hamı öz cibindən ödəyir. Zəng vururuq, telefona cavab vermirlər, ofislərinə nə vaxt gediriksə, qapı bağlıdır, ofisdə də heç kəs olmur. Ötən 5 il ərzində əsəblərim də pozulub, səhhətim korlanıb”.
Yasamal Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, əvvəllər binanın tikintisi sürətlə aparılıb, bina tam tikilib, yalnız fəsad və bəzi kommunikasiya, təmir işləri qalıb. Pandemiya dövrünə düşdüyü üçün işlər ləngiyib. Yaxın vaxtlarda binanın təhvil verilməsi planlaşdırılır. Meydan TV əməkdaşı ərazidə də olub. Hazırda orada heç bir iş aparılmır.
"Hər ay oğlum 400, biz 550 manat kirayə haqqı ödəyirik"
1956-cı ildə istifadəyə verilmiş binada əsasən Milli Elmlər Akademiyasının işçiləri və jurnalistlər yaşayıb. Bina 2000-ci ildə özəlləşdirilib. 2016-cı ildə Fövqəladə Hallar Nazirliyi və Dövlət Layihə İnstitutu birgə qərarla tikilini qəzalı elan edib, sökülməsi barədə qərar qəbul olunub. Həmin vaxt sakinlər köçürülməyə etiraz edərək bildirirdilər ki, bina möhkəmdir, sadəcə, yerli icra hakimiyyəti və digər qurumlar onu qəzalı kimi qələmə veriblər ki, yerində göydələn tikib mənzilləri satışa çıxarıb, pul qazansınlar. Həmin vaxt Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olmuş İbrahim Mehdiyev jurnalistlərə müsahibəsində bildirmişdi ki, pilot layihə çərçivəsində rayon ərazisində 22 binanın söküntüsünə qərar verilib. “Alimlərin binası” da həmin binalardandır: “Binanın söküləcəyi yerdə 16 mərtəbəli bina tikiləcək, sakinlər 18 aydan sonra əvvəlkindən daha geniş və rahat mənzillərə köçürüləcək”, keçmiş icra başçısı demişdi. Ailələrə kirayədə yaşamağa 1 otaqlı ev üçün 200, 2 otaqlı ev üçün 300, 3 otaqlı ev üçün 350 manat kirayəhaqqı ayrılmışdı.
“Bizdə olan məlumata görə, dələduzluqlar baş verib, eyni mənzillər saxta yollarla bir neçə şəxsə satılıb"
Paylaş:
Müəllif : Yazar
Tarix:19-06-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-06-2021, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11