Qarabağ əlilləriylə bağlı etirazlar böyüyür: - “Prezidentə müraciət etmişik”
Milli Məclisdə əlilliklə bağlı qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılmazdan öncə geniş tərkibdə müzakirə olunacaq.
Dinləmənin keçirilməsi iyunun 18-nə planlaşdırılır. Dinləmədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də iştirakı gözlənilir.
Qeyd edək ki, əlilliyin təyinatı ilə bağlı problemlər hələ də öz həllini tapmayıb. Eyni zamanda bugünlərdə belə bir fakt aşkarlanıb ki, 2 mindən çox xəstəlik siyahıdan çıxarılıb və ona görə insanlar kütləvi surətdə əlillik dərəcəsi ala bilmir.
Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən bu gün əlillik dərəcəsi ala bilməyən qazilərlə bağlı hansı qurum cavabdehdir?
Mövcud vəziyyətlə bağlı millət vəkili Aqil Abbas Cebhe.info-ya bildirib ki, hazırda ölkədə əlilliklə bağlı məsələlərə bir neçə təşkilat baxır və bu, işlərin posulmasına səbəb olur:
“Əvvəllər ƏƏSMN baxırdı, TSEK-lər vardı. Sonra guya mütərəqqi addım kimi Səhiyyə Nazirliyinə verdilər. İndi buna Səhiyyə Nazirliyinin komissiyası baxır və baş həkim plana salır, nəticədə də ara qarışır. Mən parlamentdə də demişəm ki, həmin səlahiyyət ƏƏSMN verilməlidir ki, o da öz işini bilsin. Yoxsa məsələ 3-4 yerdə fırlanır. Digər tərəfdən, hospital da bu işin içindədir. Müdafiə Nazirliyi vaxtında tərxis olunma məsələrini həll edə bilmir. Elə adam var ki, 7 aydır müharibə qurtarıb, güllə dəyib, hələ də onu tərxis etməyiblər ki, görək bəlkə sağaldı, o, hara sağala bilər? Yəni bu da məsələləri uzadır, nəticədə əlillərin problemləri ortaya çıxır, onlar da haqlı etirazlar edirlər. Parlamentdə bu məsələrlə bağlı müzakirələr oldu, deputatlar da öz etirazlarını bildirdilər ki, istərdik bu məsələyə birdəfəlik yekun vurulsun. İndi nazir də Milli Məclisə gələcək, yəqin ki, bu məsələyə münasibətini bildirəcək. Mən parlamentdə sözümü demişəm”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu qazilərdən çoxlu məktub aldığını bildirdi:
“Hətta elə əlillik dərəcəsi alan var ki, ona ömürlük pensiya kəsilib, ancaq onu da vermirlər. Ona görə də biz hüquq müdafiəçiləri Prezidentə məktub yazmışıq, qanunda dəyişikliklərin olmasını istəmişik. Bizə hələ cavab gəlməyib, cavab gələndə mətbuat konfransı keçirəcəyik, qaziləri də dəvət edəcəyik, hamımız öz etirazımızı bildirəcəyik. Bunlar hamısı hüquq müdafiəçilərinin nəzarətindədir. Biz millət vəkillərinə də bildirmişik ki, bu məsələni qaldırsınlar və sabah Milli Məclisdə bu məsələni qaldıracaqlar”.
Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirdi ki, bu mövzu ilə bağlı sualları əslində birbaşa nazirə deyil, başqa ünvanlaradır:
“Sualımız Nazirlər Kabinetinə, Milli Məclisin rəhbərliyinədir ki, 2015-ci ildə 413 saylı qərar gizli, saxta şəkildə qəbul edilib. Bu, dərhal ləğv edilməlidir. 2015-ci ildə əlillik dərəcəsi düşən adamlar indi dərəcə ala bilmir. Çünki həmin qərarla əlilliyə səbəb olan xəstəlikləri siyahıdan çıxarılıb və insanların əlilik dərəcələri dayandırılıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədri də təsdiq edir ki, xəbərimiz olmayıb, bu qərar gizli şəkildə qəbul edilib. Bu qərar ləğv edildikdən sonra təklif edirik ki, bir il müddətinə əlillik müddəti başa çatmış, təkrar müayinəyə dəvət edimiş bütün Qarabağ qazilərinə avtomatik bir illik möhlət verilsin. Onların bir illik pensiyası ödənilsin. Qanun müzakirə olunacaq, biz bilmirik ki, o nə formadadır, müzakirələrdə iştirak etməmişik. Qarabağ qaziləri qapılarda qalıb. Xüsusilə son dövrün qaziləri ilə bağlı özəl yanaşmamız var”.
R.Kərimoğlu deyir ki, ölkədə qazilərlə bağlı bir təşkilat var, ancaq ümumilikdə hazırda müharubə ilə bağlı təşkilat çoxdur ki, onun ikisi ilə müzakirələr gedir:
“Onlardan biri Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi, digəri isə Şəhid Ailələri, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyidir. Çernobıl Əlilləri Cəmiyyəti və 20 Yanvar Cəmiyyəti ilə daim təmasdayıq. Gözləyirik ki, bir qərar qəbul edilsin, olmasa, Prezidentə birgə müraciət qəbul edəcəyik. Ümumiyyətlə, Qarabağ əlillərinə özəl yanaşma tələb edirik. Biz bu məsələlərlə bağlı Novella Cəfəroğlu başda olmaqla hüquq müdafiəçilərinə müraciət qəbul elədik. Müraciətlərimizi davam etdirəcəyik. Çünki həm Birinci, həm də İkinci Qarabağ müharibəsi qazilərinin haqları yeyilir, bu yolverilməzdir, millətə xəyanətdir. Bunu qəbul edənlər başa düşmürlər nə addım atırlar, bəlkə də başa düşürlər, planlı şəkildə edirlər.
Onu deyə bilərəm ki, torpağını işğaldan azad etmiş dövlətə yaraşmayan addımlardır. Biz başa düşürük ki, qanunsuz yollarla əlillik dərəcələri əldə etmiş insanlar var. Onların araşdırılmasının tərəfdarıyıq, ancaq istərdik ki, bizlər də bu prosesdə iştirak edək. Sabah müzakirədir, ancaq bu qədər əlil təşkilatını oraya dəvət etməyiblər. Nazir Sahil Babayevə bunu dəfələrlə çatdırmışıq. Əlillik qrupunun müddəti bitib, yenidən təyin olunmalıdır, ancaq o, bunu saxlaya bilmir, ödəniş eləsə, qanunsuz olacaq. Neynəməlidir, ona görə də təkrar müayinəyə çağırırlar. Ancaq təkrar müayinəyə gələndə də əlillərə dərəcələrin qiymətləndirilməsi 2015-ci ildə Nazirlər Kabinetinin gizli qəbul etdiyi qərara istinad edilir. Bu istinadla da həmin dövrə qədər əlillik dərəcəsi alan şəxsə indi əlillik düşmür. Biz Sosial Tibbi Ekspertiza Komissiyanın həkimləri ilə də söhbət etmişik, onlar da deyir ki, qərar budur və biz ondan kənara çıxa bilmərik, biz cinayət məsuliyyətinə cəlb edilə bilərik. Ona görə də bu qərar dayandırılmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2021, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-06-2021, 16:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11