“Azərbaycan Dəmir Yolları”nın adı QALMAQALDA - TƏFƏRRÜAT
"Bombardier Transportation” şirkətinin İsveç filialının keçmiş meneceri rüşvətxorluqda ittiham olunur. Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) bunun İsveçdə ən böyük korrupsiya qalmaqallarından olduğunu yazır.
100 milyon dollar
Tomas Bimer "Bombardier”in 2013-cü ildə Azərbaycanda udduğu, korrupsiya ilə keçdiyi bildirilən tenderdə iddia olunan roluna görə mühakimə olunacaq.
İttihamnaməyə görə, Azərbaycanda dəmiryolunun bir hissəsində siqnal sistemlərinin quraşdırılmasından ötrü 350 milyon dollarlıq kontrakt üçün "Bombardier” azı bir orta vəzifəli dəmiryolu rəsmisinə 100 milyon dollarlıq rüşvət verib.
"Bimer bu layihəyə cavabdeh departamentin başçısı idi. İnanırıq ki, Azərbaycandakı müştəriylə Bombardier-in əlbirliyindən onun xəbəri olub”, – Milli Antikorrupsiya İdarəsindən ittihamçı Stafan Edlund OCCRP-yə deyib.
Azərbaycan şirkəti
Rüşvət verildiyi iddia olunan azərbaycanlı dəmiryolu rəsmisinin isə "Trans-Signal-Rabita” (TSR) adlı yerli şirkəti təmsil etdiyi deyilir. Həmin şirkət tenderi İsveç şirkəti ilə birlikdə udub.
Stokholm Rayon Məhkəməsinə təqdim olunmuş ittihamnaməyə görə, TSR və Bombardier İsveç tenderi elə düzüb-qoşublar ki, onu sonuncu udsun.
İttihamçının sözlərinə görə, Bimer, Bombardier, eləcə də Azərbaycandan dəmiryolu rəsmisi yanlış addım atmadıqlarını deyiblər. Amma isveçli təhqiqatçıların hələlik, azərbaycanlı rəsmini dindirə bilmədiyi vurğulanır.
Məqalədə o da vurğulanır ki, Azərbaycanın dəmiryolu orqanlarının əməkdaşlarından da sözügedən məbləğdən pay düşməmiş deyil.
İttihamçı Edlundun sözlərinə görə, başqalarının da rüşvətxorluqda əli olduğunu demək olar. Amma rüşvətxorluğu sübut eləmək üçün kiminsə bundan faydalandığını göstərmək lazımdır.
Yuxarılara pul çatıbmı?
İttihamçı iddia olunan rüşvətin Azərbaycanda iyerarxiya üzrə yuxarılara nə dərəcədə çatması haqda spekulyasiya etmək istəməyib. Edlundun sözlərinə görə, şübhəliləri dindirmək üçün kömək istəyəndə Azərbaycan hakimiyyəti "o qədər də əhəmiyyətli şeylər” təqdim etməyib. Ancaq ittihamçı Azərbaycandan bəzi sənədləri ala bildiyini deyib.
"Bombardier"n İsveç filialının keçmiş baş direktorunun əvvəllər də rüşvətxorluqda şübhəli bilindiyi qeyd olunur.
Məqalədə deyilir ki, sözügedən layihənin 85 faizini maliyyələşdirmiş Dünya Bankı Bombardier-in 2018-ci ildə Monrealda yerləşən qərargahına yazaraq şirkəti rüşvətxorluqda ittiham edib.
İttihamçı Edlund şirkətin Kanadadakı menecerlərinin yerli tərəfdaşın Azərbaycanla bağlı işindən xəbəri olmasına dəlil görmədiyini deyib. O, sözügedən işin İsveçdə ikinci böyük iddia olunan rüşvət işi hesab edir. Birinci yerdə Telia telekommunikasiya şirkətinin Özbəkistanla bağlı korrupsiya qalmalı gəlir.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-06-2021, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-06-2021, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |