"Go Europa” firması DƏLƏDUZLUQ EDİR?.. - GİLEY
"Bakıda "Caspian Plaza”da fəaliyyət göstərən "Go Europa” firmasının sahibi Orxan İbrahimov dələduzluq yolu ilə vətəndaşları aldadaraq topladığı pullarla birlikdə ölkədən qaçıb”.
Bunu "Toplum TV”-yə zərərçəkənlərdən biri - Rasim Abıyev deyib.
R. Abıyev iddia edir ki, "Go Europa” firması insanları Polşada işlə təmin edəcəyi vədilə aldadıb, müştərilərin hər birindən 500 manat və daha çox pul toplayaraq məqsədli şəkildə mənimsəyib.
R. Abıyev deyir ki, ölkədə iş tapa bilmədiyi üçün Avropaya getmək istəyirmiş və sosial şəbəkələrdə "Go Europa” firmasının reklamlarını görüb, qiymətlər münasib olduğundan müraciət etmək qərarına gəlib.
"Fevralın sonları idi, bu şirkətin reklamı "Feysbuk”-da qabağıma çıxdı. Səhifədə qeyd olunan nömrə ilə əlaqə saxladım. Mənə xidmətin 500 dollar olduğunu söylədilər. "Caspian Plaza”ya gedib firmanın rəhbəri Orxan İbrahimovla müqavilə imzaladım. Sonra Orxan mənə dedi ki, burda işləri alındıra bilmirəm, Polşaya gedim, aprelin sonunadək qayıdacağam. Amma nə özü qayıtdı, nə də ki işimizi həll etdi”, - deyə o qeyd edib.
Digər zərərçəkən - Səbuhi Quliyev isə deyir ki, o da firmanın reklamı ilə sosial şəbəkədə tanış olub.
Onun sözlərinə görə, firmanın VÖEN hesabı və rəsmi müqaviləsi olduğu üçün aldadılacağını düşünməyib: "Bu adam müqavilədən irəli gələn öhdəliklərini icra etmədi. Buna görə biz – mən və aldadılan bir neçə başqa şəxs Yasamal rayon 27-ci polis bölməsinə şikayət ünvanladıq, həmin məktublar Yasamal Prokurorluğuna göndərildi”.
S. Quliyev istintaqla bağlı Baş Prokurorluğunun fəaliyyətindən narazı olduğunu qeyd edib.
O hesab edir ki, O. İbrahimovun həbs edilməsi, tutularaq ölkəyə gətirilməsi və digər hüquqi qiymətin verilməsi istiqamətində Cinayət Prosessual qanunvericiliyin tələbləri icra edilmir: "Mən anlamıram ki, bu qədər şikayət, rəsmi ərizələr ola-ola niyə cinayət işi açılmır? Biz hansı dövrdə yaşayırıq ki, bu adamlar qanunun gücündən qorxmurlar? Mən Yasamal Rayon Prokurorluğu ilə danışmışam. Bildiriblər ki, bu işə kollegial şəkildə baxılacaq və materiallar araşdırılacaq. Ondan sonra cinayət işinin başlamasıyla bağlı qərar veriləcək. Amma mən görürəm ki, bu iş yubadılır”.
"Toplum TV” Baş Prokurorluqdan münasibət almağa çalışsa da, bu, mümkün olmayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, Baş prokuror rəsmi tədbirdə olduğundan məsələ ilə bağlı məlumat verilmir.
Şikayətçilərin iddialarına görə, O. İbrahimov aldatma yolu ilə ümumilikdə 100-ə yaxın şəxsə maddi ziyan vurub.
Zərərçəkənlər arasında Pakistan sakinləri Asgar Muhamməd və Tanveer Muhammadı adlı şəxslər də var. Deyilənə görə, onların pullarından başqa, pasportları da ələ keçirilib.
"Go Europa” firmasının sahibi Orxan İbrahimovla da əlaqə saxlamaq mümkün olmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2021, 10:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2021, 10:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11