Qohumuna-dostuna vəzifə verən Avropa təhsilli nazir... - Nazir kürsüsü çoxlarını dəyişib...
“Dərviş Parisi partladır” filmində Hətəmxan ağa qardaşı oğlunun Avropa təhsili almasına qarşı çıxmırdı. O, inkişafı, gələcəyi Qərb təhsili almaqda görürdü. Dövrün bir sıra adamları belə fikirləşirdilər ki, nicat xarici təhsildədir.
“Dəli Kür” filmində də tərəqqi cəhalətdən qaçıb Qori seminariyasında oxumaqda görülürdü. Zəmanə dəyişdi, qərinələr ötdü, indi azərbaycanlı gənclərin Avropada təhsil almasında əngəl yoxdur, Qərbdə oxuyub gələnlərimiz də az deyil. Di gəl çi fayda?!
Elə bu Avropa təhsilini alanlardan, Hətəmxan ağanın xəyallarını gerçəkləşdirənlərdən biri bizim 5-ci təhsil nazirimiz Emin Əmrullayevdir.
Lakin gəlin görək Mərkəzi Avropa Universitetində, daha sonra Kolumbiya Universitetində oxumuş gənc nazirimiz Qərb təhsilinin “q” hərfini belə Azərbaycanda tətbiq edə bilibmi? - Birmənalı yox.
O halda soruşmamaq olmur ki, cənab vergilər naziri, təhsilimizə Misir Mərdanovdan keçid dövrü üçün rəhbərlik etmiş Mikayıl Cabbarov E.Əmrullayevi niyə bu xalqına canına urcah edib?!
Rubrika.Az sual edir ki, əgər Azərbaycan məktəblərində Avropa təhsilindən yüzmin kilometrlərlə uzaqda Misir Mərdanovdan qalma ənənələr hökm sürürsə, Hətəmxan ağanın görmək istədiyi Qərb təhsilli kadrlarımız vətənə qayıdışında bəs hansı nailiyyətləri əldə ediblər...
Bu ritorik suallara bir mühüm məlumatı əlavə etsək, Azərbaycan oxucusuna E.Əmrullayevin təhsil siyasəti tam aydın olacaq. Bəli, təhsil nazirimiz Qərb sistemindən kənar, əsl azərbaycanlısayağı üslubda kadr islahatları aparır. Belə ki, vaxtilə rəhbəri olduğu Təhsil İnstitutunda indi öz xalası qızına vəzifə verib. Bu tayfaçılıq, qohumbazlıq təfəkkürü Avropa təhsili alsan belə dəyişmir.
E.Əmrullayevin ikinci təyinatı haqda söz açaq - deyilənə görə Dərnəgül bazarında biznesi olan bir dostunu Təhsil Nazirliyində işə götürüb.
Əvvəllər vergi müfəttişləri ölkə təhsilini idarə edirdilərsə, indi Əmrullayevin təhsildən kənar olan yaxın çevrəsi nazirlikdə toplaşıb.
Əvəzində biz nəyin şahidiyik: təyinatında Mikayıl Cabbarov cənablarının təqdimatı rol oynayan Emin Əmrullayev bu zaman kəsiyində Azərbaycan təhsilində heç bir dəyişiklik edə bilməyib.
Onun yaxşı təhsil mütəxəssisi, bu sahəni nəzəri cəhətdən yüksək səviyyədə bildiyi qeyd olunur, lakin idarəçilik, praktika fərqlidir.
Odur ki, hazırda məktəblərdə ənənəvi bazar qaydaları, ali məktəblərdə “köhnə hamam, köhnə tas” yanaşması davam etməkdədir.
E.Əmirullayev isə yazırdı: “Mən özümü sizdən bilikli hesab edirəm, ən azı Bayıldan o tərəfdə təhsil almışam. Siz biliklərinizi harda və necə əldə etmisiniz?”
Bu suala Hətəmxan ağa sağ olsaydı, daha doğru-dürüst cavab verərdi, biz nə kərayik ki Bayıldan o tərəfdə oxumuş nazirə nəsə deyək?
Baxın, nazir ilk növbədə hansı dəyişiklikləri mütləq etməliydi: çirkaba, rüşvətə bulaşmış, rəhbərləri özlərini oliqarx kimi aparan, yerlərdə icra başçılarının əlaltısına çevrilən təhsil şöbələrinin ləğvi məsələsini qaldırmalıydı. Bu, E.Əmrullayevin təhsildə inqilabı ola bilərdi.
Ardınca, bir nazir kimi orta məktəblərdə tədris proqramlarının səviyyəsi, məktəb direktorlarının bürokratlığı haqda tədbir görməliydi.
Əmrullayev ali məktəblərdə təhsil haqlarının yüksək olması problemini qabartmalıydı. Onu da etməyib. Və pandemiya dövründə imtahandan kəsilən, ayrı-ayrı universitetlərdə rüşvət tələbi ilə üzləşən minlərlə tələbənin səsinə səs verməliydi.
Bunu da görməzdən gəlib. Bəs təhsil nazirinin kabinetində gündəlik məşğuliyyəti nədir? - biz ondan yox, təqdimatında xüsusi rolu olan cənab nazir Mikayıl Cabbarovdan soruşuruq...
Rubrika.Az yazır ki, təhsilin Avropada oxumuş gənclərin idarəçiliyində olmasına görə böyük ümidlər bəslənirdi. Mikayıl Cabbarov, Ceyhun Bayramov və son olaraq Emin Əmrullayev Misir Mərdanovdan fərqli olaraq Qərb görmüş kadrlardır.
Təhsildə reformlar üçün M.Cabbarov böyk bir cığır açmışdı, C.Bayramov isə bu yolu birtəhər baş vurmuşdu, E.Əmrullayev onlardan fərqli olaraq, birbaşa təhsil mütəxəssisidir deyə ondan daha ciddi gözləntilər varıydı.
Ancaq deyəsən yenə təhsildə “görüm-baxım”, “şirinlik”, “şapka” kimi folklorumuza, leksikonumuza, təhsil sektorumuza doğma sözlər qüvvədədir. Varislik ənənəsi davam edir. Kadrlar dəyişir. Amma yanaşma və keyfiyyət dəyişmir. Ona görə də kadr dəyişikliyi hələ islahat deyil. İslahat şüurlarda aparılmalıdır, islahat təfəkkürləri dəyişdirməlidir.
Məsələn, bu ilin martında Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində bir müəllim şagirdi döymüşdü. Əmrullayev isə məsələyə ənənəvi üsullarla yanaşdı. Belə ki, təhsil nazirinin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olundu.
Məktəbin direktoru bir kənarda qalır, müavin cəza alır. Niyə? Axı, hamı bilir ki, bütün strukturlarda müavinlərin “vəzifəsi” rəhbərin kölgəsi olmaq, onun arxasınca gəzməkdir. Deməli, yanaşma dəyişməyib.
Deməli, direktor kiminsə nəyidir. Çünki bizim cəmiyyətdə təsadüfi adamlara vəzifə verilmir. Bəli, bu gün Azərbaycan təhsili reanimasiyadadır. Müalicəsi isə mümkün deyil. Çünki immunitet yoxdur. Son 25 ildə Azərbaycanın təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Dünyada ilk ağla gələn hər ideya Azərbaycan təhsilində sınaqdan keçirilib. Tək bir faktı deyim ki, son 25 ildə ölkəmizdə ən çox beynəlxalq qrant alan sahə təhsil sistemidir.
Bu gün Azərbaycan təhsili son nəfəsini verir. Korrupsiya təhsil sisteminin iliyinə qədər işləyib. Uşaq bağçası-körpələr evindən başlayıb Elmlər Akademiyasına qədər bütün sistem rüşvətin məngənəsində boğulur. Doğrudur, indi rüşvətın adı dəyişdirilib. Uşaq bağçasında ona “şirinlik”, orta məktəbdə “fonda dəstək” deyirlər.
Ali məktəblərdə isə rüşvət leqallaşıb. Adı “təhsil haqqı” olub. İmtahandan kəsildin, əlavə ödəniş etməlisən, dərslərdən yayındın, əlavə pul yatırmalısan. Əmrullayev isə bu problemlərin həllində çox çarəsiz görünür. Onu bizə kim urcah elədi...
Rubrika.Az
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2021, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-06-2021, 11:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |