“Azəraqrar”dakı təyinata qarşı etiraz - Ziya Məmmədovun qohumu indi də dövlətin torpaqlarını satır
Beyləqanda qalmaqal yaşanır.
HİT.Az xəbər verir ki, yerli sakinlər “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən və Beyləqan rayonunda yerləşən Mərkəzi Aran Regional İdarəsinə gözlənilən yeni təyinata qarşıdırlar.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, “Azəraqrar”ın direktoru Fəda Abbasov bu vəzifəyə Zamin Məmmədovu təyin etmək istəyir.
Zamin Məmmədovun keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qohumu olduğu bildirilir. Onun həm də Fəda Abbasovla qohumluq əlaqələri var.
Məlumatlardan aydın olur ki, yerli sakinlərin bu təyinata qarşı çıxması Zamin Məmmədovun mənfi reputasiyası ilə bağlıdır. Yerli sakinlər onu dələduz kimi xarakterizə edir. Bu da səbəbsiz deyil. Ötən il mətbuatda 23 nəfər usta və fəhlənin adından Zamin Məmmədovla bağlı ölkə başçısına və Daxili İşlər naziri Vilayət Eyvazova şikayət ünvanlanıb.
Həmin şikayətdə bildirilir: “Məmmədov Zamin Fərhad oğlunun Nərimanov rayonunun Maqsud Əlizadə küçəsi 68 ünvanındakı 4 mərtəbəli evini və həyətini ötən ilin may ayından dekabr ayının sonuna qədər Avropa standartlarına uyğun yüksək səviyyədə təmir etmişik, qara qul kimi gecə-gündüz fəhləlik etmişik. Onun yağlı vədlərinə inanaraq bizə etibar edən ticarət şöbələrindən on min manatlarla nisyə material alıb işlətmişik. Son nəticədə 37 min 716 manat yığılıb qalmış pulumuzu istədikdə isə onun təhqirlərinə məruz qalmışıq”.
Şikayətçilər qeyd ediblər ki, Zamin Məmmədov təkcə onları aldatmayıb: “Biz onun qapısında işləyəndə hər gün onlarla insan borc pul dalınca onun ünvanına gəlir, onu evdə tapa bilmirdilər... Biz artıq hiss edirdik ki, haqqımızı ala bilməyəcəyik və bizi də eyni aqibət gözləyir. Lakin işimizi də yarımçıq qoymaq istəmirdik, vəziyyətdən çıxış yolu axtarırdıq. Neçə müddətdir Zamin Məmmədovun ətrafında apardığımız müşahidələr göstərir ki, onun hiylə yolu ilə aldadıb malını, pulunu varidatını ələ keçirdiyi insanların sayı yüzlərlədir”.
Bundan başqa, məlumatlarda qeyd edilir ki, Zamin Məmmədov Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işlədiyi dövrdə "Şərq Bazarı" Ticarət Kompleksinin rəhbərliyindən və bazarın satıcılarından hiylə yolu ilə üst-üstə külli miqdarda pullarını alaraq onları aldadıb. Həmin vaxt Zamin Məmmədov satıcılara söz verib ki, “Şərq Bazarı”nda alış-verişin canlanması məqsədilə həmin əraziyə əlavə avtobus marşrutları açdıracaq. Zamin Məmmədovun Nəqliyyat Departamentində rəis müavini işlədiyi dövrdə xeyri sayda sahibkarı aldatdığı və hələ də onlardan mənimsədiyi pulları geri qaytarmadığı bildirilir.
Sakinlər hesab edir ki, belə bir adamın Mərkəzi Aran Regional İdarəsinin rəhbərliyinə gətirilməsi qurumun balansında olan torpaqların satılması ilə nəticələnəcək. Onların sözlərinə görə, artıq Zamin Məmmədovun adamları Beyləqan rayonunda yerləşən Mərkəzi Aran Regional İdarəsinin torpaqlarını satışa çıxarmağa başlayıb. Bildirilir ki, özünü Zamin Məmmədovun adamı kimi təqdim edən Vaqif İsmayılov adlı şəxsin 2 gündür müxtəlif şəxslərlə toplantı keçirərək, sovxozun torpaqlarını necə ələ keçirilməsi planlarını muzakirə edir.
“Azəraqrar" Dövlət İstehsalat və Emal Birliyi Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumdur. Lakin sakinlər bildirir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimovun baş verənlər barədə məlumatı yoxdur. Zamin Məmmədovun təyinatı “Azəraqrar”ın direktoru Fəda Abbasovun özfəaliyyətidir. Sakinlər məsələ ilə bağlı şəxsən İnam Kərimova da müraciət etməyi düşünürlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 12:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26