Fərhad Əhmədov Tatyananın “rembolarına” qalib gəlir - QADIN BU ÜZÜCÜ ÇƏKİŞMƏDƏN TÜKƏNİB, LAP BAŞINI İTİRİB...
Azərbaycan əsilli rusiyalı iş adamı, messenat Fərhad Əhmədovun boşanma işi üzrə “sabun operası” artıq beş ildən artıqdır ki, davam edir. Bu günlərdə isə “kəskin epizod” baş verib. Britaniyanın sarı mediası, o cümlədən “qızardılmış” faktlara öz sevgisi ilə tanınan “Daili Mail” xəbər yayıb ki, biznesmenin Dubay limanında lövbər salmış “Luna” adlı superyaxtasını Birləşmiş Krallığın SBS (Special Boat Servive) xüsusi təyinatlı dəstəsinin keçmiş döyüşçüləri hücumla ələ keçirməyə hazırlaşırlar.
Virtualaz.org xəbər verir ki, bu haqda versia.ru Rusiya portalı öz məqaləsində yazır.
Nəşr yazır ki, qəzetçilər bu informasiyanı aşkar ironiya ilə yayırlar, “Bloomberg” kimi ciddi nəşrlər isə bu piar-aksiyanı Əhmədovların boşanma işində artıq praktiki olaraq hər şeyini itirən “Burford Capital” məhkəmə-investisiya fondunun aqoniyası kimi qiymətləndirir.
Əhmədovların ailə investisiya fonduna məxsus olan yaxta 2016-cı ildən bəri London Yüksək Məhkəməsində oynanılan tamaşanın əsas dekorasiyasına çevrilib. “Burford Capital” şirkətinin Tatyana Əhmədovanın maraqlarını müdafiə etmək üçün cəlb etdiyi bahalı vəkillərin səyləri ilə məhkəmə oliqarxın keçmiş arvadına rekord məbləğdə-600 milyon dollar boşanma təzminatı ödənilməsi haqda qərar çıxarıb. Əhmədov o zaman bəyan etdi ki, Britaniya məhkəməsinin qərarını icra etməyə hazırlaşmır və Böyük Britaniyada həmin məhkəmə hökmü əsasında dondurla biləcək aktivləri sadəcə olaraq mövcud deyil.
O vaxtdan bəri artıq altıncı ildir ki, “Burford Capital” şirkətinin emissar-kollektorları bütün dünya boyu Fərhad Əhmədovun aktivlərinin ovuna çıxıb. Onların 2019-cu ildə “Luna” yaxtasına həbs qoydurmaq cəhdləri, ingilislər demişkən, “epifeyk”lə nəticələndi. Dubay məhkəməsi yaxtanı həbsdən azad etdi, gəminin sahibi olan ailə investisiya fondu isə “Burford” şirkətinə qarşı yaxtanın məcburən dayanmasına və nəticədə aşınmaya məruz qalmasına görə 100 milyon dollarlıq iddia qaldırdı. Lakin bu əhvalatlarda “Burford Capital”ın səhmləri öz dəyərinin 70 faizinə yaxınını itirdi, səhmdarlar fiaskoya uğrayan məhkəmə investorunun kağızlarından tələm-tələsik yaxa qurtarmağa çalışdılar.
“London məhkəməsinin çıxardığı hökm əgər öz aktivlərinin bütün dünya boyu yerdəyişməsini həyata keçirən və bu hökmü pozmaqda tam qərarlı olan birinə qarşı yönəlibsə heç dərc edildiyi kağız parçasına da dəyməz”,-“Bloomerg”in icmalçısı Conatan Brauninq yazır.
“Bu iş dünyanın varlı adamlarının öz aktivlərini nizamlayıcı arbitrajın köməyi ilə, bir yuridiksiyadan digərinə keçirməklə, şəffaf olmayan investisiya fondları yaratmaqla və mülkiyyət hüquqlarını başqalarına verməklə necə qoruya bildiyinə işıq salır”,-müəllif əlavə edir.
Yəni mahiyyətcə, boşanma mübahisəsi əslində həmişə öz məqsədlərinə çatmağa nail olduğunu sübuta yetirən və həmişə qalib gələn, eləcə də tərifli Britaniya məhkəməsinə yağlı sillə ilişdirən Fərhad Əhmədovun ünvanına sanballı komplimentlə yekunlaşıb.
“Biznesmen nümayiş etdirib ki, bizim oliqarxların pulları uğrunda ov Rusyaya qarşı sanksiyalar kimi iflasa məhkumdur”,-versia.ru qeyd edir.
Portal əlavə edir ki, bu fonda “Daily Mail” nəşrinin bir neçə gün əvvəl yaydığı informasiya xüsusilə ilginc görünür. “Rusiyalı oliqarxın keçmiş arvadı “Luna” yaxtasına hücum üçün elit əsgərlərdən ibarət birinci sinif komanda cəlb edib”,-tabloid mayın 19-da dərc etdiyi məqalənin başlığında yazıb.
“Elit əsgərlər” deyəndə isə xüsusi qayıq xidməti SBS-in veteranları nəzərdə tutulur. Və istisna deyil ki, oxucunun beynində Rembo filmləri ruhunda səhnələr canlanıb: yaraşıqlı “dəniz pişikləri” gecənin qaranlığında yad ölkədə ...mülki gəminin ələ keçirilməsi üzrə xüsusi əməliyyat keçirirlər.
Belə xəbərlərin sərsəmliyi , böyük hesabla, şərh tələb etmir, amma onlar hər halda bunu ediblər. Belə ki, Fərhad Əhmədovun nümayəndəsi “Daily Mail” jurnalistlərinə deyib: “Britaniya xüsusi xidmət orqanlarının Rusiyaya məxsus olan, kapitanı, heyəti rusiyalılardan ibarət, göyərtəsində tam təchizatlı təhlükəsizlik dəstəsi olan yaxtanı ələ keçirmək üçün Dubaya uçacaqları ideyası fantastikadır. Bu, onu göstərir ki, Tatyananın boşanma prosesini aparan və maliyyələşdirən “Burford Capital” çarəsizlikdən çaşqınlığa keçib”.
Versiya.ru qeyd edir ki, mahiyyətcə, məşhur Britaniya qəzetinin şərhçisi bu gülməli, birbaşa desək, piarın sifarişçisinin “Burford Capital” olduğunu bildirib.
“Və bu fondun sahiblərinin çarəsiz cəhdlərini, prinsipcə, başa düşmək olar. Thee Guardian” qəzetinin yazdığı kimi, prosesə 30 milyon funt sterlinqdən çox yatırım edən şirkət məhkəmənin hökmü ilə Tatyana Əhmədovaya çatmalı olan “piroqun” ən azı üçdə birini almalıdır. Rusiyalı milyarderin əmlakını aşkara çıxarıb ələ keçirmək üçün ifrat bahalı hüquq xidmətlərindən istifadə effektiv olmayıb. “Burfod Capital”da başa düşüblər ki, sonda onlar öz səhmdarlarına dividendlər ödəmək üçün Fərhad Əhmədovun pullarının üzünü görə bilməyəcəklər. Və istisna deyil ki, yaxtanın dəniz xüsusi təyinatlılarının köməyi ilə, zorla ələ keçiriləcəyinə dair dezinformasiya sponsorlardan yeni daxilolmalar cəlb etmək üçün ortaya atılıb. Yaranmış situasiyada nə edəcəyini bilməyən şirkət isterikaya düşüb”,-məqalədə bildirilir.
Versia.ru daha sonra yazır ki, elə Tatyananın özü də uzunsürən yorucu boşanma prosesindən sözün əsl mənasında ağlını itirib. Əgər onun yaxın çevrəsindəki adamların dediklərinə inansaq, çoxsaylı məhkəmə iclaslarından sonra o, hazırda psixoloji baxımdan güclü sarsıntı keçirmiş vəziyyətdədir, faktiki olaraq fiziki baxımdan tükənmiş vəziyyətdədir.
Nəşr qeyd edir ki, “Burford Capital” bu məhkəmə prosesində az qala 75 milyon funt sterlinq itirib. Hərçənd “The Guardian” qəzetinin yazdığı kimi, real xərclər 20 milyon funt sterlinqdən o yana keçməz. Şirkətin hüquqşünasları dörd ildir ki, rusiyalı biznesmenin aktivlərinin uğursuz ovunu davam etdirirlər. Və tunelin sonunda işıq görünmür. Görünür Tatyana özü də onun boğazına keçirilmiş borc ilgəyini sıxan bu məhkəmə investorlarından narazıdır. Əgər onun ətrafındakıların informasiyalarına inansaq Tatyana əslində öz himayəçilərindən çoxdan yaxa qurtarmaq istərdi, amma həmişə bundan qorxur ki, belə olsa məhkəmə investorları bu dəfə onun özünü prosesə yatırılmış pulları geri almaq üçün növbəti dəfə hansı addım atacaqlar. Onların, necə deyərlər, sayğacı işləyir, başlarında ancaq rəqəmlər var, qadının isə sonu görünməyən məhkəmə çəkişmələri içərisində həyatı gedir.
Mətbuatda yazıblar ki, Fərhad Əhmədov guya mübahisəni bitirmək üçün Tatyana Əhmədovaya 100 milyon dollar, “Burford Capital” şirkətinə isə 30 milyon dollar təklif edib. Lakin oliqarx “Burford”la hər hansı sövdələşməyə, danışıqlara getdiyini qəti təkzib edir. Onun sözlərinə görə, lap hüquqi də olsa, terrorçularla heç vaxt danışıqlara girməyib və bundan sonra da girməyəcək.
Nyusmeyker habelə maraqlı detalı qeyd edir: “Luna” Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Məktumun “MV Dubai” adlı nəhəng yaxtası ilə yan-yana lövbər salıb. Britniya yüksək məhkəməsi hazırda şeyx Məhəmmədə qarşı boşanma işində iştirak etməyə hazırlaşdığı üçün SBS veteranlarının həmin çılğın batalyonu ola bilsin "Luna” ilə eyni vaxtda şeyxin yaxtasına da hücuma hazırlaşır. “Bloomberg” bu cümlələrlə bütün Britaniya məhkəmə sisteminin biznes-maraqlarına eyham vurur. Hərçənd burada eyhamlıq da bir şey yoxdur: London Yüksək Məhkəməsində bəyəm bu ə ya digər hökmlərə görə qiymət siyahısı asılmayıbmı. Və üstəlik ona görə ki, bu siyahıda yer alan rəqəmlər hədsiz yüksəkdir.
“Fantom xüsusi təyinatlılar”la bağlı əhvalat “Burford Capital” şirkətinin məhkəmə investorlarının obrazını çox yaxşı tamamlayır- indiki halda daha çox həyət xuliqanlarına oxşayan bu britaniyalı piratlar dünyanın istənilən nöqtəsində istənilən aktivi abordaja götürməyə hazırdırlar. Lakin Britaniyanın dünya okeanında şəriksiz hökmranlığı çoxdan, hələ ötən əsrdə sona yetib və pirat sxemləri daha işləmir. Ən azından Fərhad Əhmədov olduqca inamlı şəkildə bunu sübuta yetirib, onun öz sözləri ilə desək, piratların dişlərini sındırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |