reklam
Regionxeberlericom.az » Gündəm » “Neftqaztikinti” Tresti DÖVLƏTİ NECƏ ZİYANA SALIR... - İLGİNC FAKT

reklam

“Neftqaztikinti” Tresti DÖVLƏTİ NECƏ ZİYANA SALIR... - İLGİNC FAKT


“Neftçilərin Hüquqlarını Müdafiə” İB-nin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün facebook səhifəsində maraqlı paylaşım edib. Əslində, bu paylaşım həyəcan təbilidir.
Dia.az "Təzadlar” qəzetinin dərc etdiyi məqaləni olduğu kimi təqdim edir:

“Mənə yazıblar, mən də yazmasam olmaz! Ona görə yazırlar ki, bu işçilər həmin təhlükəli özüllərdə çalışırlar, öz həyatları üçün narahatdırlar. Siz də cənab vəzifəlilər, susmasanız olmur. Ona görə ki, güclü qohumluq çetesi mane olur, çete. Amma yoxlasanız yaxşı olar. İşçi yazır ki, 1624 saylı DSÖ özülün uçması nəticəsində dənizə axan neft sızmasının qarşısı tam alınmayıb. Yəni, xam neft dənizə axır. İşçi onu da yazır ki, “Neft Daşları” NQÇİ-nin 1 saylı NQÇİ-nin 1624 saylı DSÖ (Dəniz Statisionar Özülü) 06.05.2021-ci il tarixindəki küləkdən uçub dənizə düşdü. Özüldə hər biri sutkada 80-90 ton neft verən quyu var idi. Özül 2018-ci ildə SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən əsaslı təmir olunmuşdu. Təmir zamanı köhnə estakada və meydançalardan çıxarılmış, istismar müddətini bitirmiş köhnə fermalar və rigerlər, boru, balka və digər metalkonstruksiyalar rənglənərək təzə adı ilə sənədləşdirilib, əsaslı və cari təmir olunan estakada və meydançalarda istifadə olunub. Bu təmirlər üçün isə milyonlarla pul silinib. Təmirlərin sifarişçisi “Azneft” İB, təmir edən “Neftqaztikinti” Tresti, təmiri qəbul edən isə “Neft Daşları” NQÇİ-dir. Bu qurumların direktor və rəisləri isə qudalardır, yaxın qohumlardır. Görəsən, ölkə prezidentinə bu barədə məlumat verilirmi?

Belə təmirlər nəticəsində:

- 2014-cü ilin mart ayında Neft Daşlarında (Çvonovo-203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü xilas edilib, 1-i həlak olub.

- 04.12.2015-ci ildə “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində istirahət üçün nəzərdə tutulmuş budkanın bərkidilməsi tam həyata keçirilmədiyindən, bərkidici hissələr normal olmadığından (balkalar köhnə və çürük olduğundan qaynaq tutmayıb) və s. dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Burdan aydın olur ki, təmir olunan estakadanın “Neft Daşları” NQÇİ-yə “Neftqaztikinti” Tresti təhvil verərkən, səhlənkarlıq nəticəsində təmir işləri standarta uyğun aparılmamışdı, bu da 3 nəfərin ölümünə səbəb olmuşdu.

- 2019-cu ilin yanvar ayında “Neft Daşları”nın 2 saylı mədəninin yeni təmir olunmuş 1926 saylı meydançasında yeni istifadəyə verilmiş 50 atmosferlik yüksək təzyiqli qaz xətti partlamış, yanğın baş vermişdir. Yanğının səbəbi isə “Neftqaztikinti” Tresti tərəfindən qaz xəttinin çəkilişində təzə boru əvəzinə işlənmiş boruların istifadə olunması olmuşdu.

- 2019-cu il yanvar 18-də isə SOCAR strukturuna daxil olan “Neft Daşları” NQÇİ-nin 2-ci mədəninin 1645 saylı meydançasına gedən yol uçub dənizə düşdü. Belə ki, meydança 4-5 il əvvəl yenə də “Neftqaztikinti” Tresti tərəfindən təmir olunsa da, meydançaya gedən yol təmir olunmamışdı. Estakada uçanda təzə çəkilmiş (köhnə borudan) xətləri də qırıb özü ilə dənizə apardığı üçün 7 quyu bağlanmışdı. Nəticədə, gündəlik 40-70 ton neft itkisi oldu. Dənizə ekoloji ziyan da dəydi. Borularda olan təqribən 80 tona yaxın neft dənizə axdı...

- 1922 saylı meydançada isə “Neftqaztikinti” Tresti tərəfindən yeni çəkilmiş qaz xətti fırtına zamanı qırılaraq yanğın baş vermişdi. 3 saylı mədənin özülü tam uçaraq dənizə getmişdi. O da “Neftqaztikinti” Tresti tərəfindən yeni əsaslı təmir olunmuşdu. Və onlarla belə faktlar göstərə bilərəm.

Lakin baş vermiş qəzaların törənməsində məsuliyyət daşıyan şəxslər barədə heç bir cəza tədbiri görülmədi! Niyə? Kim və nə mane oldu? Əksinə, o dövrdə “Azneft”in baş direktoru işləyən Daşqın İsgəndərov SOCAR-ın vitse prezidenti təyin olundu... “Neft Daşları”-nın rəisi Qoçəli Mahmudova “Əməkdar mühəndis” adı verildi... N.Nərimanov adına NQÇİ-nin rəisi, tikintiyə məsul şəxs olan Baxış Ağayev isə müxtəlif mükafatlara layiq görüldü. İndi də çətənin hansısa MMC-sində rəisdir.

Xüsusi qeyd: Qoçəli Mahmudov Daşqın İsgəndərovun yeznəsidir (Bacısının həyat yoldaşı), Baxış Ağayev isə Daşqın İsgəndərovun qudasıdır.

Bax belə! İndi deyin: kim kimi və niyə cəzalandıra bilmir???”.



Paylaş:


Müəllif : Tarix:
20-05-2021, 09:48
Sikayət   


loading...
Загрузка...