Maliyyə Nazirliyində də yoxlamalar gündəmə gəlib - İDDİA
"Milli Məclisdə büdcə oğurluqları və mənimsənilən vəsaitlər ətrafında müzakirələr, eyni zamanda rəqəmlərin açıqlanması Maliyyə Nazirliyində yoxlamaların aparılmasını gündəmə gətirib".
regionxeberlericom.az bildirir ki, bu barədə Arqument.Az-a iqtisadçı ekspertlərdən biri məlumat verib.
O qeyd edib ki, aldığı məlumata görə, Samir Şərifovun fəaliyyəti təftiş ediləcək: "Milli Məclisdə deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının hesabatına əsasən, büdcədən 23 milyon oğurlandığını, Ziyad Səmədzadə büdcədən 90 milyon manatın səmərəsiz xərcləndiyini deyib. Bunlar təsadüfi deyil. Nazirliklə, bağlı ciddi addımlar atılacaq".
"Məndə olan məlumata görə, Samir Şərifov hətta vəzifəsini də itirə bilər, onun yerinə isə müavini Azər Bayramov iddialıdır. Amma nazirlikdə yoxlama aparılsa, Azər Bayramov da çıxılmaz duruma düşəcək. Çünki adı mənimsəmələrdə hallanan şəxslərdə biri də özüdür. Həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Hər halda hakimiyyətdaxili söhbətlərdə pul mövzusu ciddi məsələdir və mənimsəmələrin demək olar ki, az qismi açıqlanır. Böyük mənada yeyintiərin olduğu deyilir. Bunu da, yəqin, heç kəsə bağışlamayacaqlar", - o bildirib.
Mənbə deyib ki, Azər Bayramov faktiki özünü qorumaqla məşğuldur: "Fərhad Əliyev-Kərəm Həsənov nümunəsi var da. Biri özünü qorumaq üçün digərini qurban verir. İdarəetmə bu şəkildə qurulub".
Azər Bayramov 2004-cü ilin fevral ayından Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsində çalışır.
Arqument.Az gün ərzində Maliyyə Nazirliyindən məsələ ilə bağlı münasibət öyrənməyə cəhd etsə də, sözügedən qurumdan açıqlama almaq mümkün olmayıb
Paylaş:
Müəllif : Yazar
Tarix:31-05-2019, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-05-2019, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26