Elçin Quliyevi xilas edən və yüksəldən amillər - İLGİNC
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib. Əsasnaməyə edilən dəyişiklikdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin səlahiyyəti artırılır. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verəcək.
Prezidentin DSX rəisinin səlahiyyətini artırması həm də qurumun rəisi, general-polkovnik Elçin Quliyevə növbəti böyük etimad kimi qiymətləndirilir. Elçin Quliyevin adı ötən il may ayında vurulacaq məmurlardan biri kimi hallanırdı. Həmin vaxt DSX-da keçirilən əməliyyat zamanı qurumun bir neçə yüksək vəzifəli şəxsi həbs edilmişdi.
Lakin general Elçin Quliyevlə bağlı mediada yayılan iddialar reallaşmadı, əksinə, DSX rəisinə ölkə başçısının etimad göstərdiyinin təsdiqi sayılan hadisə baş verdi.
Elçin Quliyevi tanıyanlar deyir ki, o, gerçək bir vətənpərvər, işinə peşəkar və vicdanla yanaşan zabitdir. Prezidentin son sərəncamı da bunun belə olduğunu göstərir.
Məsələ ilə bağlı “Yeni Müsavat”a şərhində hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirdi ki, Dövlət Sərhəd Xidməti öz fəaliyyətini yüksək səviyyədə qurub. Qonşu dövlətlərin sərhəd xidməti ilə düzgün əlaqələr quraraq Azərbaycanın dövlət sərhədini lazım olan səviyyədə qoruyur. Sərhədlə bağlı bütün tələbləri bu struktur layiqincə yerinə yetirir. Azərbaycanın 30 illik müstəqillik dövrünün böyük hissəsində Dövlət Sərhəd Xidmətinə rəhbərlik edən məhz Elçin Quliyevdir: “İstər Ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyev tərəfindən general Elçin Quliyevə peşəkar xidmətlərinə görə böyük etimad göstərilib və göstərilir. Onun xidməti ilə bağlı dəfələrlə xoş sözlər deyilib, qərarlar verilib. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə əsas qiyməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı verir. Biz, sadəcə, bu qurumun və onun rəisinin fəaliyyətinə öz münasibətimizi qeyd edə bilərik. Azərbaycan sərhədçiləri indi hansı dövlətlə sərhəddə olursa-olsun, yaxşı cəhətdən seçilirlər. DSX-nın şəxsi heyəti yüksək peşəkarlıqları ilə seçilirlər. Xidmət etdikləri bütün ərazilərdə Azərbaycanın sərhədlərini tam şəkildə qorumağı bacarırlar, emosiyalara qapılmırlar. Məsələn, Qazax rayonu istiqamətində Ermənistanla sərhəddə qısa zamanda görülən işlər strateji əhəmiyyət daşıyır. Zəngilan istiqamətində Ermənistanla sərhəddə sərhədçilərimiz çox peşəkarlıq göstərirlər. Onların peşəkarlığının bir nümunəsini biz bu yaxınlarda yayılan videomaterialda gördük. Erməni zabitlər Zəngəzur istiqamətində Azərbaycan sərhədçilərinə qarşı silahsız olsa da təxribat həyata keçirməyə cəhd edirlər, lakin sərhədçilərimiz soyuqqanlı davranaraq emosiyalara qapanmadan öz vəzifə borclarını layiqincə yerinə yetiriblər. Azərbaycan sərhədçilərinin yüksək peşəkarlıq səviyyəsinə yüksəlməsi, maddi-texniki bazasının müasir tələblərə cavab verməsi təbii ki, illərdir aparılan işin, çəkilən zəhmətin nəticəsidir. Həm Azərbaycanın ali rəhbərliyi DSX-nın güclənməsi istiqamətində addımlar atıb, həm də DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin peşəkarlığı, işinə çox ciddi yanaşması sözügedən mühüm strukturu bugünkü yüksək səviyyəyə gətirib çıxarıb”.
Ekspert vurğuladı ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra keçən qısa müddət ərzində DSX Ermənistanla sərhəd ərazilərdə zastavalar qurub və bu proses davam edir. 30 ilə yaxın işğalda olan rayonlarımızda Ermənistanla sərhədin bir hissəsində bu gün Azərbaycan sərhədçiləri xidmət edir. 44 günlük Vətən müharibəsində də sərhədçilərimizin əməyi olub: “Onlar ordumuzla birlikdə torpaqlarımızın azad olunması üçün döyüşlərdə iştirak edib qəhrəmanlıq göstəriblər. Onların sıralarından şəhid olanlar var. Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək təltif edilənlər sırasında sərhədçilərimiz də var. Sərhədçilərimizin xidməti dövlət tərəfindən daim qiymətləndirilir, onlar dövlət qayğısı ilə əhatə olunurlar.
Rayonlarımız işğaldan azad edildikdən sonra DSX-nın üzərinə düşən vəzifələrin sayı daha da artıb. Özü də bu vəzifə çox böyük məsuliyyət tələb edir. Ermənistanla mövcud olan sərhədimizin qorunması kimi strateji əhəmiyyətli vəzifədən söhbət gedir. İnanıram ki, DSX bu işin öhdəsindən yüksək səviyyədə gələcək. Müharibədən keçən bu müddətdə yaşanan təcrübə buna əminlik yaradır".
Şair Ramaldanov da hesab edir ki, Prezident İlham Əliyevin DSX rəisinin səlahiyyətini artırması barədə qərarı DSX-ya və onun rəisi Elçin Quliyevə olan böyük etimaddır: “Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının adlarının xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verilməsi çox vacib və təqdir ediləsi işdir. Şəhidlərimizin, qəhrəmanlarımızın adlarının həm də bu formada əbədiləşdirilməsi onlara hörmətin bir əlaməti olmaqla yanaşı, xidmətdə olan sərhədçilərin, hərbçilərin ruh yüksəkliyinin artırılmasında ciddi əhəmiyyət daşıyır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2021, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2021, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01