"Bu məmurlar bizim məsələlərə baxan deyil" - GİLEY
44 günlük Vətən Müharibəsi zamanı xalqla dövlət birlik və vəhdət göstərək birlikdə qalibiyyətin əsasını qoydu. Müharibə bitdikdən sonra Dövlətin, xüsusilə ölkə rəhbərinin şəhid ailələrinə,qazilərə diqqəti danılmaz faktdır. Amma təəssüflər olsun ki, bəzi qurumlar,yaxud məmurlar ölkə rəhbərinin başçılığı ilə aparılan işlərə kölgə salmaqdadır.
Müharibədən sonra qazilərə diqqətin artırılması üçün bir çox işlər görülüb. Maddi yardımların verilməsi, Yaşat Fondunun təsis edilməsi və s. kimi işlərin Dövlətin həyata keçirdiyi müsbət işlər kimi təqdirəlayiq haldır.
Amma bu yetərlidirmi? Bütün qazilərə diqqət eynidirmi? Əlbəttə yox! Sosial şəbəkələrdə və yerli mətbuatda zaman-zaman qazilərin şikayətinə rast gəlinir. Maraqlısı budur ki, əksər qazilərin şikayəti sosial təminatla yanaşı onların adının qazilər siyahısına salınmaması və onların qazi kimi qeydiyyata alınmaması məsələsidir. Sual yaranır: Müharibədə yaralanan əsgər necə olur ki, qazi statusunu ala bilmir? Bu problemi süni şəkilıdə yaradanlar kimdir,onlar kimə qulluq edir?
Elə dediklərimizin əyani sübutu kimi bu günlərdə Oxu24.com saytına müraciət edərək kömək istəyən Ucar rayonu,Qarabörk kənd sakini Əliyev Əlislam onun adının qazilər sırasında olmamsınadan və diqqətsizlikdən şikayətlənib.
Vətən Müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılan Əlislam Əliyev Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəlpə yarası və ağır travma alıb. 10 gün müddətində Naftalanda müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. 44 günlük vətən müharibəsi bitdikdən sonra ordudan təxris olunaraq doğulduğu Ucar rayonuan qayıdıb.
Qazinin başına gələnləri özünün dilindən eşidək:Qazinin problemi bununla bitmir. Əlislam Əliyev bildirir ki, müalicə almaq üçün Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına getsə də, onu qəbul edən olmayıb.
“Yaramla bağlı Papanindəı yerləşən hospitala getdim.Orda mənim üzümə baxıb dedilər ki, sənə heç nə olmayıb,sağlamsan.Üstəlik bildirdilər ki, sənin adın qazilər siyahıısnda yoxdur.Bu günə kimi çıxılmaz vəziyyətdə qalmışam. Yazdığım məktublara da cavab verən yoxdur.”
Əlacsız qazi köməyi ölkə rəhbərliyindən istəyib.
“Mən görürəm ki, bu məmurlar bizim məsələlərə baxan deyil. Ona görə də mən Ali Baş Komandan, cənab İlham Əliyevdən kömək istəyirəm. Müharibəyə mən Ali Baş Komandanın çağırışı ilə könüllü qatılmışam. Bu gün də onun ətrafında bir qazi olaraq varam. Xahiş edirəm ki, mənim bu problemlərimin həllində kömək edəsiniz.”
Biz media qurumu olaraq bir köməksiz qazinin səsini sizə çatdırdıq. Ümid edirik ki, aidiyyatı qurumlar tezliklə bu qazinin səsinə səs verəcək. //hurriyyet.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:26-04-2021, 10:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
44 günlük Vətən Müharibəsi zamanı xalqla dövlət birlik və vəhdət göstərək birlikdə qalibiyyətin əsasını qoydu. Müharibə bitdikdən sonra Dövlətin, xüsusilə ölkə rəhbərinin şəhid ailələrinə,qazilərə diqqəti danılmaz faktdır. Amma təəssüflər olsun ki, bəzi qurumlar,yaxud məmurlar ölkə rəhbərinin başçılığı ilə aparılan işlərə kölgə salmaqdadır.
Vətən Müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılan Əlislam Əliyev Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəlpə yarası və ağır travma alıb. 10 gün müddətində Naftalanda müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. 44 günlük vətən müharibəsi bitdikdən sonra ordudan təxris olunaraq doğulduğu Ucar rayonuan qayıdıb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:26-04-2021, 10:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26