İki gənc qızın öldüyü hostel “İST” şirkətinə məxsus imiş – KRİMİNAL ALƏMLƏ BAĞLILIQ VƏ ŞÜBHƏLƏR
Ötən həftənin qalmaqallı olaylarından biri olan iki gənc qızın hosteldə ölməsi məsələsi gündəmi qısa müddətlik zəbt etsə də, sonradan unuduldu. JAMAZ.İNFO xəbər verir ki, Səbayel rayonunda yerləşən “İST Hostel”də iki qadının müəmmalı ölümləri ilə bağlı rəsmi qurumlar da geniş açıqlama vermədilər.
Qeyd edək ki, rəsmi məlumatlara görə, “İST Hostel”də dünyasını dəyişənlərdən biri Dadaşova Ləman Əhməd qızı olub. Digəri isə onun rəfiqəsiymiş. Bundan başqa, məlum olan odur ki, hər iki şəxs Tiktok və İnstagram sosial şəbəkələrində məhşur şəxslər hesab olunurmuşlar. Hətta onların yüngül həyat tərzi keçirdiklərinə dair iddialar da mövcuddur. Hərçənd sonuncu məlumatı təsdiqləyən hələlik heç bir fakt ortada yoxdur.
Bu əsnada, “Bakuinfo.com” saytı hadisə ilə bağlı maraqlı araşdırma aparıb. Və sayt hesab edir ki, “İST hostel” və “İST Petrol” yanacaqdoldurma məntəqələrinin sahibləri eyni şəxslərdir. Məlumatda deyilir ki, “İST” şirkəti təsisçilərin baş hərflərinin adlarının – İlqar, Seymur, Teymurun baş hərflərinin adlarına uyğun olaraq adlandırılıb. Ancaq baş verən hadisə ilə bağlı prokurorluq orqanında başlanan cinayət işi üzrə adıçəkilən şəxslərin məsliyyətə cəlb edilib-edilmədiyi də ictimaiyyətə məlum deyil.
JAMAZ.İNFO xəbər verir ki, hadisənin müəmmalı olması şübhəsizdir. Hətta Bakupost-a danışan mənbə də belə bir iddiada olduğunu gizlətməyib. Lakin hadisənin bədbəxt olay olması da mümkün versiyalardan biri sayılmalıdır. Amma şübhə yaradan məqam “İST” şirkətinin təsisçilərinin əlaqələridir. Media bununla bağlı yazır ki, “İST hostel”in sahiblərinin kriminal aləmə yaxın olmasına dair çeşidli məlumatlar var. Və bu əlaqələrin baş verən ölüm hadisəsi ilə düz və ya tərs mütənasiblik təşkil etməsi də müəmma olaraq qalır. Hərçənd bu informasiyadan çıxış edərək, hostel sahibini və ya sahiblərini iki gənc qızın ölümündə günahlandırmaq da olmaz. Ancaq kriminal aləmlə yaxınlıqla yanaşı, qızların da həyatlarını və ya onların əlaqələrini araşdırmaqda fayda olduğunu düşünməyə dəyər. Təbii ki, hüquq mühafizə orqanları baş verən olayı araşdırdığını deyir və ümid edirik ki, onlar məsələni obyektiv araşdıraraq, hadisənin əsl mahiyyətini üzə çıxaracaq.
Yazıda adı keçən şəxslərin və ya şirkətin də mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2021, 16:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-04-2021, 16:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti