"Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən..." - NARAZILIQ!
“İlham Əliyevdən razıyam. Bilirəm ki, onun bölgələrdə məmurların “baş kəsməsi”ndən xəbəri yoxdur. Faktiki birinci qrup əliləm, yataq xəstəsiyəm, amma mənə ikinci qrupun müavinəti verilir. Birinci qrupa dəyişmək üçünsə süründürürlər. Yerimdən qalxacaq durumda deyiləm, onlarsa 50 yerə getməmi tələb edirlər. Bu ölkədə yataq xəstəsinə əlillik təyin etmək üçün bir sistem yoxdur? Gərək onu ora-bura sürüyələr?”
Qobustanın Nərimankənd kəndinin sakini 59 yaşlı Əzizağa Qurbanov belə deyir. O, Çernobıl əlilidir. Başına gələn xəstəliklərin hamısının Çernobılın fəsadları olduğunu söyləyir. Həmin günləri xatırlayir, ömründəki gözəl günlərin 24 yaşında bitdiyini deyir, gözləri dolur:
“1986-cı ildə 24 yaşım var idi. Səfərbərliklə çağırdılar, dedilər, “Çernobıla getməlisən”. Uşağım körpə idi, 6 aylıq. Onu, ailəmi qoyub getdim. Mən gedəndə 3 ay idi hadisənin baş verdiyi. Ərazi çox təhlükəliydi. Əsgərlikdə də beton tökən olmuşdum, elə ona görə ərazinin betonlanması işinə verildim. 180 gün xidmət edəcəkdim, ancaq 48 günə qayıtdım. Radiasiya öz “işini” görmüşdü, məni məhv etmişdi”.
Əzizağa Qurbanov deyir ki, həmin 48 gündən sonra həyatında heç nə əvvəlki kimi olmur:
“Cavan idim, birinci çox hiss etmədim, yavaş-yavaş anladım ki, əvvəlki adam deyiləm. Yay gəlirdi, kəskin başağrılarım başlayırdı. Dərmanla, iynəylə dolanırdım. Ən pisi gələndən sonra dünyaya gələn iki övladımın da qanında problem çıxdı, onlar da mənimlə eyni dərdi bölüşür. Uzun illər, daha doğrusu, 5 il özhesabıma müalicə aldım. 1991-ci ildə bizə pensiya təyin etdilər. Onunla da iynə-dərmanımı güclə qarşılayırdım. Əvvəlki kimi işləyə bilmədiyim üçün demək olar ki, pensiyayla dolanırdım”.
Əzizağa Qurbanov deyir ki, 2016-cı ilədək birtəhər dolanıb. Ancaq həmin il ciyərində şiş aşkarlanıb. Həkimlər təcili əməliyyat olmasa, həyatını itirə biləcəyini söyləyiblər:
“Odur ki, borc-xərc əməliyyata getdim. Ciyərimin sol payını götürdülər. Bir neçə il sonra isə sağda da şiş əmələ gəldi. Hazırda 5 şiş var, yanında da törəmələri. Bilirəm ki, mənə belə durumda 1-ci qrup əlillik düşür. Ancaq heç kim vermir. Getmədiyim yer qalmayıb, süründürürlər. Yerimdən qalxa bilmirəm. Şərt qoyurlar ki, filan yerə get, ordan da sənəd gətir. Bu yerlər də bir-iki deyil, çoxdur. Mən yataq xəstəsiyəm, ciyərimin yarısı yoxdur, güclə danışıram, o deyilən yerlərə getməyim mümkün deyil”.
Şikayətçi gücünü toplayıb, ötən ay Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) gedib. Deyir, əvvəl pensiyanı ömürlük alırmış, indi müddətli yazıblar:
“Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən. 10 nəfər komissiya üzvü var, burdan göndərilən xəstəlik kağızına heç baxmadılar da. Elə “get Ağciyər Xəstəlikləri İnstitutundan sənəd gətir”, “Onkologiyada bir də yoxlan, onunla bağlı da sənəd lazımdır” deyib, yola saldılar. 1 il əvvəl 72 kiloqram idim, indi 52 kiloqram qalmışam. Daha gücüm yoxdur, nəfəsim çatmır qapı-qapı gəzməyə. Komissiyalar, məmurların işi isə süründürməçilikdir, bacara bilmirəm”.
Əzizağa Qurbanov deyir ki, bir neçə gün öncə də zəng edib soruşublar ki, necə oldu, sənədləri toplaya bilibmi:
“İzah edə bilmirəm ki, yoğan-döşəkdəyəm, gedəsi durumda deyiləm. İnanın imkanım olsa, ömrümün son günlərində bu işin arxasınca düşmərəm. Ağrılarım olur, dözə bilmirəm. Dərmanlar, iynələr də baha. Ayda 200-300 manatlıq iynə-dərman alıram. Ağrıkəsicilərlə yaşayıram. Təqaüdüm isə 246 manatdır. İstəyirəm son günlərimi ağrısız yaşayım”.
Qurbanovlar ailəsi 7 nəfərdən ibarətdir. Əzizağa Qurbanovun oğlunun 5 nəfərlik ailəsi, özü və həyat yoldaşı. Deyir, oğlu fəhləlik edir, ailəsini güclə dolandırır, yoldaşı isə işsizdir:
“Mən onlara yük ola bilmərəm, mümkün deyil. Oğlum günəmuzd qapılarda işləyir. Günü 10-15 manat qazanır. O da ayda 100-150 manat edir. Bizim rayon da kasıb, iş-güc yoxdur. Taxıl biçini vaxtı çox qazananda ayda 200 manatı olur. Çətindir, dolana bilmirik. Bir tərəfdən də bu ağrılar, həyatımı zülmə çevirir”.
Əzizağa Qurbanov məhz ağciyərində yaranan şişlərin Çernobılın fəsadları olduğunu düşünür. Deyir, əvvəlcə ona diaqnoz qoymaq çətin olub. Axırda sənədlərini Moskvaya göndərib. Ordan aldığı cavabda C4 xəstəliyi olduğu yazılıb. Bu, nadir tapılan xəstəlikdir və tam müalicəsi yoxdur:
“Deyilənə görə, 4-5 milyon adamdan birində olur. Bəlkə də Azərbaycanda yoxdur, varsa da 1-2 nəfərdir. Dərmanı, müalicəsi yoxdur. Ancaq ağrıkəsicilərlə yaşayıram. İynə vurdurmasam, danışa bilmirəm. Heyvanlarım var idi, qoyunum, malım. Hamısını satıb müalicəyə, iynə-dərmana xərcləmişəm. Yenə dolanırdıq birtəhər”.
Şikayətçi deyir ki, yoldaşı adi süpürgəçilik işini tapa bilmir. Hara yazırlar, cavab gəlir ki, COVID-19 problemi bitsin, sonra baxarıq:
“Bəlkə heç bu xəstəlik bitməyəcək, biz ölməliyik? Heç kim kömək etmək istəmir. Artıq inamım da qalmayıb. Kim deyirsə sənə kömək edəcəm, boş şeydir. Özünün cibində 5 manatın varsa, yaşadın, yoxsa öldün getdin bu məmləkətdə”.
Əzizağa Qurbanov bu yaxınlarda öyrənib ki, xəstəliyinin Türkiyədə çarəsi var:
“İynədir, qiyməti 40 min avro. Vurdurursan, 3 il nomal yaşayırsan, amma sonra yenə vurdurmalısan. O qədər pulu isə ömrümdə bir arada görməmişəm. Hər şeyimi satsam, heç 10 min etməz. Bir ümidim var, heç bilmirəm, bu dediklərimi görər, görməz. Mübariz Mənsimov bilsə, bəlkə mənə kömək edər. Onu da bilmirəm, görərmi, oxuyarmı, kömək etmək istəyərmi. İnsan öz məmləkətindən, məmurlarından, dövlətindən əlini üzəndə möcüzələr axtarır. Mən də şansımı sınamaq istədim”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2021, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2021, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01