İnam Kərimovun batırdığı KTN sistemi... - Əgər belə davam edərsə...
“Saqqallı uşaqlar batırıblar, üstündə də oturublar”.
Ovqat.com xəbər verir ki, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli (Kınık) Dövlət Gömrük Komitəsinin ərzaq məhsullarının idxalı ilə bağlı yayınladığı statistik məlumatları şərh edərkən belə yazıb.
O, bu gün paylaşdığı facebook statusunda bildirib ki, bu ilin birinci rübündə yeyinti məhsullarının idxalı 27,3 faiz artıb və Azərbaycan tarixində qida məhsullarının idxalında heç zaman bu qədər artım olmayıb:
“Buğda, düyü, meyvə, tərəvəz, yağların və sair məhsulların idxalında ciddi artım var. Hər il Azərbaycandan çıxarılan 1,5 milyard dollardan çox vəsait digər ölkələrin fermerlərinin biznesini genişləndirir, onların sosial durumunu daha da yaxşılaşdırır. K/t naziri isə özünü reklam etdirməklə məşğuldur”.
Vahid Məhərrəmlinin “saqqallı uşaqların altını batırmaq” kimi səciyyələndirdiyi məlumatlara gəlincə, "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin ilk üç ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 27,3% artıb.
Ayrı-ayrı sahələrə gəlincə, DGK-nın məlumatından belə anlaşılır ki, idxalı artmayan yeyinti məhsulu demək olar yoxdur. Ümumilikdə, bu sektor nəqliyyat vasitələrindən sonra həcminə görə idxalatımızda ikinci yeri tutur.
İdxalın azaldığı yeganə yeyinti (bu söz çoxanlamlı olsa da, biz burada onun yalnız müstəqim mənasını nəzərdə tuturuq- xüsusi qeyd) sahəsi heyvandarlıq olub. Hesabat dövründə ölkəyə 14 947,02 min dollar dəyərində 8 794,07 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 26,1%, həcm göstəricisi üzrə isə 20,2% azdır.
Cari ilin yanvar-mart ayları ərzində ölkəyə 2 808,60 min dollar dəyərində (azalma 17,3%) 1 918,80 ton (azalma 8,6%) süd idxal olunub.
Ölkəyə həmçinin, 20 081,92 min dollar dəyərində 4 158,04 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 1,6% və 5% çoxdur.
Çayçılıqda idxal ixracı 1200% üstələyib
İdxal-ixrac nisbətlərində ən acınacaqlı sahə isə çayçılıqda qeydə alınıb. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumi dəyəri 2 019,81 min ABŞ dolları dəyərində 265,68 ton çay ixrac edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan ixrac edilən çayın dəyəri 9,2%, həcmi isə 18,3% azalması deməkdir.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,40%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 12 659,40 min dollar dəyərində 3 213,62 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1%, həcmi isə 5,2% azalıb.
Göründüyü kimi, cari ilin yanvar-mart aylarında ölkənin çay idxalı ixracı 12 dəfədən çox üstələyib.
Acınacaqlı vəziyyət düyü idxalında da özünü göstərib. Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk üç ayında Azərbaycana idxal edilən düyünün dəyəri 17,3%, həcmi isə 8% artıb.
“Altını batıran” KTN-nin ən “üfunətli” fəaliyyəti
Vahid Məhərrəmlinin təbirincə desək, “altını batıran saqqallı uşaqlar”ın ən “üfunətli” fəaliyyəti taxılçılıq sahəsində qeydə alınıb. Zira Azərbaycan 2015-ci ildən bəri qida təhlükəsizliyini təminat altına almaq üçün taxılçılığın inkişafına xüsusi diqqət yetirmiş, bu məqsədlə 10 milyonlarla, bəlkə də yüzmilyonlarla dollar vəsait ayırmışdı. Kənd Təsərrüfatı Nazirliyi isə alınan kombaynların dalına GPS (bizim məşhur ifadəmizlə “zınqrov”) taxmaqla kifayətlənmişdi. Ən dəhşətlisi isə odur ki, KT naziri İnam Kərimov 2019-cu il İyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə birbaşa ölkə başçısının qarşısında öz anlamsız “islahatları”nı onun adına çıxaraq demişdi: “Sizin tərəfinizdən həyata keçirilən aqrar islahatlar üzrə tədbirlər davam etdirilir”. Sanki demək istəmişdi ki, bu islahatların məsuliyyətinin mənə o qədər də dəxli yoxdur.
Prezidentin Azərbaycan dilində iradları
Prezident isə elə həmin müşavirədəki çıxışında nazirin diqqətinə çatdırmışdı ki, taxılçılığın inkişafı onun birbaşa diqqət mərkəzindədir və KTN-nin bu sahədə apardığı işlər qənaətbəxş deyil:
“Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik”, - Prezidentin bu haqlı sualından guya müvafiq nəticələr çıxaran İnam Kərimov isə qollarını sırmalayıb işə girişmişdi.
Di gəl ki, Prezidentin növbəti toplantılarında da əsas üzərində dayandığı sahələrdən biri yenə taxılçılıq sahəsindəki problemlər olmuşdu. Bu isə onu deməyə əsas verir ki, Kənd Təsərrüfatı naziri incə üslubla deyilmiş iradlardan düzgün nəticə çıxarmayıb. Görünür, bu anlaşılmazlıq onun təhsil aldığı ölkədən qaynaqlanır. Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, daha sonra Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb, elə həmin ali məktəbdə hüquq üzrə doktorluq (docteur en droit) elmi dərəcəsinə yiyələnən İnam müəllimə yəqin ki, iradları fransız dilində çatdırmaq lazım imiş. Prezident isə ona Azərbaycan dilində nələrisə izah etməyə çalışırdı.
Bəlkə də elə bu səbəbdən, üzərindən bir neçə ay keçəndən sonra – ötən ilin 3 fevral tarixində 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da prezident İlham Əliyev İnam müəllimə yenidən iradlarını çatdırmalı olmuşdu, amma yenə öz dilimizdə:
“Ancaq mənə məlumat verildi ki, bir neçə yerdə nəzərdə tutulmuş aqroparkların yaradılması yubanır, yaxud da ki, işlər ümumiyyətlə getmir. Ona görə mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, bu məsələ araşdırılsın. Təqribən 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulurdu. Araşdırılsın, təhlil aparılsın və mənə məlumat verilsin, əgər o yerlər, sadəcə olaraq, sahibkarlar tərəfindən götürülüb və istifadə olunmur, o yerlər geri qaytarılmalıdır və iş görən sahibkara verilməlidir”.
İnam Kərimovun “zinqrovlu” islahatları
Prezidentin öz dilimizdə səsləndirdiyi bu iradından nəticə çıxaran nazirin budəfəki “zınqrovlu islahatları” isə sadəcə əkin sahələrini artırmaq olmuşdu. Halbuki, Azərbaycanda taxılçılıq sahəsində ən ciddi problem kəmiyyətdə deyil, keyfiyyətdə idi. Çünki bir çox fermerlərimizin istehsal etdiyi məhsullar ərzaq buğdası kimi yararsız olduğundan biz öz taxıl ehtiyaclarımızı idxal hesabına təmin edirik. Hər halda bu, bizim havadan götürdüyümüz məlumat deyil. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bu cür düşünür:
“Azərbaycanda ildə 3,5 milyon ton taxıl istehsal edilir ki, bunun təxminən iki milyon tonunu buğda istehsalı təşkil edir. Deməli bizim yerli buğdadan un və çörək istehsal etmək üçün çox böyük imkanlarımız var. Amma biz bunu etmirik. Azərbaycana Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdən böyük miqdarda taxıl idxal edilir. Həmin buğda adətən yumşaq buğda olur. Bizim ölkənin əsas böyük dəyirmanları yerli istehsalçıların istehsal etdiyi buğdanı üyütmür. Çünki həmin buğda bu dəyirmanların mexanizlərinə zərər verir”, - mütəxəssis “Report”-a açıqlamasında belə deyib.
Nəzərə alsaq ki, Azərbaycanın ildə təxminən 3 milyon 400 min ton civarında taxıl tələbatı var və bunun hardasa 1 milyon 500 min tonunu isə ərzaq buğdası təşkil edir, ortaya maraqlı nəticələr çıxır. Zira Qadir Bayramlının sözləri doğrudursa, yəni ildə 2 milyon ton taxıl idxal ediriksə, deməli, biz hətta heyvandarlıq üçün nəzərdə tutulan yemlik buğdanın belə 25%-ni xaricdən alırıq. KTN isə hələ də taxılbiçən kombaynlara “zinqrov” qoşmaqla məşğuldur. Bu da nazir İnam Kərimovun dəfələrlə keçirilən müşavirələrdə Prezidentin tapşırıqlarını səhv anladığından xəbər verir.
KTN-nin “fransız” naziri
Zənnimizcə, uğursuzluğun digər səbəbi kənd təsərrüfatına “fransız” (Türkiyədə naşı adama da “fransız” deyilir) nazirin keyfiyyəti artırmaq əvəzinə kəmiyyətə üstünlük verməsindən, konkret desək, daha çox sahədə taxıl əkməsindən qaynaqlanır. Bunu Taxılçılıq Assosiasiyasının sədri Taleh Qasımovun 2019-cu il müşavirəsindən bir neçə ay sonra jurnalistlərə açıqlaması da sübut edir.
O, “Report”a açıqlamasında vurğulamışdı ki, bu il (2019) ölkədə əvvəlki illərlə müqayisədə daha çox taxıl əkilib: “Bu isə əvvəlki illərlə müqayisədə taxıl istehsalında artım deməkdir. Eyni zamanda, ölkənin taxıla olan özünütəminat sahəsində göstəricisi daha da artacaq”. Görünür, İnam Kərimov komandası anlamaq istəmir ki, zay məhsul istehsalı ilə Azərbaycanın taxıl problemini həll etmək mümkün deyil.
Və... və üzərindən il yarım keçəndən sonra Dövlət Gömrük Komitəsinin yayıdığı məlumatdan aydın olur ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk rübündə Azərbaycana idxal edilən buğdanın dəyəri 32%, həcmi isə 13,5% artıb. Bu da sizə İnam Kərimov “fransızlığının” nəticəsi.
Maraqlıdır ki, DGK-nin hesabatından fərqli olaraq, KTN-nin ötən il nə qədər taxıl istehsal etdiklərinə dair hesabatları hələ də açıqlanmayıb. Görünür, bu da 2020-ci ildə qəbul olunmuş dövlət büdcəsinin zərfindəki proqnozlarla real göstəricilərin uyğun gəlməməsindən qaynaqlanır.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi zərfinə əsasən, 2020-ci ildə Azərbaycanda 2 210,9 min ton, 2021-ci ildə – 2 218,8 min ton, 2022-ci ildə isə 2 070 min ton buğdanın istehsalı gözlənilirdi və bu da idxaldan asılılığımızı xeyli ölçüdə azaldacaqdı. Bugünkü nəticələrə baxanda isə Vahid Məhərrəmlinin təsbitləri ilə razılaşmamaq mümkün deyil.
Heydər Oğuz,
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:19-04-2021, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-04-2021, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01