Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Gəncənin icra başçısı Niyazi Bayramovun tərcümeyi-halına baxanda bir məsələ diqqətimizi cəlb edir. Cənab başçı Qarabağ müharibəsi veteranıdır, hətta polkovnikdir. Sözün düzü, mənim şəxsən tanıdığım neçə vəzifəli şəxs, hətta nazir müavini var ki, cibində Qarabağ müharibəsi veteranı vəsiqəsi gəzdirir, veteranlar üçün nəzərdə tutulan güzəştlərdən istifadə edir. Hətta bir dəfə soruşdum ki, harada vuruşmusan ? Cavabı bu oldu ki, 2 dəfə əsgərlərə dövlət yardımı aparmışam. Axı, Qarabağa yardım aparmağın döyüşə, müharibəyə nə dəxli var ? Hətta adam var ki, heç yardım da aparmayıb, ümumiyyətlə, Qarabağa ayağı dəyməyib, ancaq cibində veteran “knijkası” gəzdirir. Yəqin ki, Gəncənin icra başçısı da Qarabağa yardım aparıbmış. Bəs görəsən, polkovnik rütbəsini necə əldə edib ? Bu adamın rəsmi ömür yoluna nəzər salaq. 1956-cı il martın 26-da Bakıda anadan olmuşdur. 1980-1986-cı illərdə vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. YAP-ın üzvüdür, Qarabağ müharibəsinin iştirakçısıdır. Polkovnikdir. İndi özünüz deyin, bu adam hansı ildə, hansı ayda Qarabağda vuruşub? Hələ üstəlik də polkovnik rütbəsi var. Amma Niyazi Bayramovun ən böyük “zvaniyası” bilirsiniz nədir ? Gənclər və idman naziri Azad Rəhimovla quda olması. Bəli, Azad Rəhimovun oğlu Arif Rəhimov Niyazi müəllimin kürəkənidir. Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Və hazırda ailəsi ilə Londonda yaşayır. Son vaxtlar Azad Rəhimovun Amerikada müalicə olunması, hətta komaya düşməsi ilə bağlı xəbərlər yayılır. Əslində məsələ başqa cürdür. Belə ki, avtomobil idmanı üçün dövlətin ayırdığı milyonları Niyazi Bayramovun kürəkəni Arif Rəhimov mənimsəyib. Hazırda o pulların geri qaytarılması məsələsi gündəmdədir. Azad Rəhimovu da komaya salan odur. Niyazi Bayramovun öz fəaliyyəti isə hazırda dövlət qurumları tərəfindən ciddi yoxlanılır. Gəncə şəhərində tikinti və abadlıq işlərinə son 2 ildə ayrılan külli miqdarda vəsaitin mənimsənilməsi diqqətlə araşdırılır. Dövlət başçısı Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayırıb. Niyazi Bayramov isə bütün tenderləri öz yaxınlarının adına yaratdığı MMC-lərə verib. Hazırda Niyazi Bayramovun həbsi gündəmdədir. Qudaların başının üstündə qara buludlar dolaşır. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2021, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-04-2021, 10:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11