İnam Kərimovun daha bir fırıldağı İFŞA OLUNDU - FAKTLAR...
Aprelin 5-də kənd təsərrüfatı naziri İnam Kərimov Şəkidə yeni salınmış fındıq bağlarını ziyarət edib.
O, ziyarəti zamanı regional laboratoriyaların fəaliyyəti ilə tanış olub.
Şəkinin Bideyiz kəndində və Qaxda fındıq bağlarının salınmasına son 2 ildə başlanıb. Hətta buna görə həmin ərazilərdə meşə örtüyü də kürünüb. Bir müddət öncə sosial şəbəkələrdə həmin ərazilərdə ağacların kəsilməsinin fotoları da yayılmışdı.
Məsələni gündəmə ekoaktivist Cavid Qara gətirmişdi. O bildirirdi ki, ərazidə fındıq bağı salınacaq deyə, kollar, böyük ağaclar bulduzerlə kürünür, təbiət məhv edilir.
Nazir məhz həmin meşə örtüyünün üzərində salınmış fındıq bağları ilə tanış olub.
İnam Kərimov Şəkinin Biləcik kəndində keçmiş çay yatağında yeni salınmış fındıq bağında da olub. Eyni zamanda, Qax rayonunun Qaşqaçay kəndində daşdan təmizlənmiş sahədə salınmış intensiv fındıq bağlarına da baxış keçirib.
O həmçinin Şəki Regional Aqrokimya Laboratoriyasının və yeni fəaliyyətə başlayan baytarlıq laboratoriyasının fəaliyyəti ilə də tanış olub.
DİA.AZ-ın məlumatına görə, Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, nazirin baxış keçirdiyi Şəkinin Biləcik kəndində yerləşən ərazi qurumuş çay yatağıdır. Burada torpaq deyilən bir şey yoxdur:
"Yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, orda olsa-olsa kol-kos bitər. Bəs, o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var? Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var".
İqtisadçı deyir ki, Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsdiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı susbsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir:
"Meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi, 2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, fındıq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək".
Qubad İbadoğlu Şəkinin Bideyiz kəndində 320 hektar ərazidə salınan fındıq bağına veriləcək subsidiyanı hesablayıb:
Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat;
4 ildən sonrakı illər üzrə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat
İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manat
"Gördüyünüz kimi kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq" - iqtisadçı belə deyir.
2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-04-2021, 10:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-04-2021, 10:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11