DÖVLƏTİN 5 MİLYONUNU İŞ ADAMI TALAYIB, YOXSA BANK SƏDRİ? - "Birinci götürdüyü 5 milyonu Türkiyəyə oğluna göndərdi, ikinci 5 milyona isə..."
Bakı Ağır Cinayətlər Məhkəməsində beş il əvvəl fəaliyyəti dayandırılan “Zaminbank” ASC-nin Müdafiə Şurasının dələduzluqda, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan sabiq sədri Nadir İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtulaz.org-un xəbərinə görə, iş üzrə dörd nəfər zərərçəkmiş var. Onlardan biri tikinti maqnatı, “Şərur MTK”-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur.
Belə ki, İ.Axundov 2013-cü ildə Bakıda tikinti dələduzlarının toruna düşən və pul ödədikləri halda mənzillərini ala bilməyən minlərlə sakinin probleminin həlli üçün Mərkəzi Bankdan "Zaminbank" vaitəsilə bankdan güzəştli kredit alıb. Oliqarx həmin pullarla yarımçıq binaların tikintisini tamamlayıb zərərçəkənləri mənzillə təmin etməliydi. Lakin iş elə gətirib ki, indi həmin kreditin mənimsənilməsi işi üzrə məhkəmədə zərərçəkmiş statusundadır.
Prosesdə şərurlu oliqarxın dindirilməsi davam etdirilib. İ.Axundov tərəflərin suallarını cavablandırarkən təqsirləndirilən şəxslə əvvəllər dostluq münasibətləri olduğunu, sonuncunun onu aldatmasını bağışlaya bilmədiyini məhkəmənin diqqətinə çatdırıb.
Ona ayrılan 10 milyon kreditin 5 milyonunu aldığını və ödədiyini deyib, yerdə qalan 5 milyonun isə N.İsmayılovun rəhbərlik etdiyi “Zaminbank”da qaldığını bildirib: “Zəng vurub dedim ki, 5 milyonu götürüm. Dedi ki, bank bağlanır, üç aya verərəm. Dost olmuşuq, çörək kəsmişik, mən də onun sözlərinə inandım”.
Təqsirləndirilən şəxsin vəkili iş adamının adına 2 kredit olduğu bildirib. Vəkilin suallarını cavablandıran zərərçəkmiş “70 yaşım var, çox şey yadımda qalmayıb” deyib.
Vəkil iş adamının istintaqa verdiyi ifadəsinin məhkəmədə elan edilməsini istəyib. İ.Axundov adına 10 milyon kredit yazıldığını, ödəniş qəbzlərin onda olduğunu deyib. Bildirib ki, 10 milyondan artəq pul ödəsə də sonradan öyrənib ki, əmlakları Mərkəzi Banka girob qoyulub, amma pullar ora ödənilməyib.
N.İsmayılovun vəkili zərərçəkmişə “siz ölkədə tanınmış iş adamısınız, krediti götürəndə, sənədə imza atanda heç baxmadınızmı?”deyə soruşub. Zərərçəkmiş cavabında savadsız olduğunu, aralarındakı dostluq, səmimi münasibətə görə İsmayılova inandığını söyləyib. Əlavə olaraq bütün işlərin hamısını N.İsmayılovun gördüyünü diqqətə çatdırıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkili ilə iş adamının arasında qısa dialoq yaranıb.
Vəkil: “Siz çox imkanlı adamsınız, fakt qarşısında qalanda isə deyirsiniz ki, savadsızam”.
İ.Axundov: “Mən ağıllı adamam, ona görə də imkanlıyam. Əgər ağıllı olmasaydım, indi mən də orada (müttəhimlər kürsüsünü göstərib-red.) oturardım”. (Qeyd edək ki, "Şərurlu İsfəndiyar" natamam orta təhsillidir)
Təqsirləndirilən N.İsmayılov iş adamını aldatmadığını, İ.Axundovun məhkəmədə düzgün ifadə vermədiyini deyib:“Ona 10 milyon pul ayrılmışdı ki, get tikintini başa çatdır. Pulları hara xərclədiyini özü yaxşı bilir. Birinci dəfə 5 milyon götürdü, birinci xanımından olan oğlu üçün Türkiyəyə göndərdi. İkinci götürdüyü 5 milyona iki “Lamborgini”, 2”Ferrari” aldı, 300 min manat qudası Məhərrəmə verdi. İndi burada danışır, amma çox şeyləri açıb demir”.
İş adamı təqsirləndirilən şəxsin bu açıqlamasına “məni iki tərəfli oyuna saldınız, mənim borcum yoxdur” cavabı verib.
İş adamı qeyd edilən 10 milyonluq kreditə görə 12 milyon 800 min manat ödəniş etdiyini deyib.
N.İsmayılov isə İ.Axundovun 5 milyon borcu olduğunu ona xatırladıb.
Təqsirləndirilən şəxsin vəkilinin “siz nə zərər çəkmisiniz?” sualına İ.Axundov belə cavab verib: “Mənim mülkümü girov qoyub, Milli Bank məndən pulunu istəyir”.
Onu da qeyd edək ki, iş adamına kredit ayrılan zaman ona məxsus “Flaminqo” restoranı və “Milyonerlər məhəlləsi”ndəki villası girov qoyulub. Məhkəmə prosesi aprelin 2-də davam edəcək.
N.İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Təqsirləndirilən şəxs 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun və ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-03-2021, 08:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-03-2021, 08:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29