SADIKOVUN “DUBAY GEDİŞİ” - “5-ci kolon”un “gövdə göstərisi”...
Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan, hətta yoxa çıxan Nəcməddin Sadıkovun Dubaydakı çimərlikdə çəkildiyi bildirilən videogörüntüləri gündəmin əsas mövzusuna çevrilib.
Təbii ki, uzun illərdir cəmiyyətin heç də birmənalı münasibət bəsləmədiyi, belə demək mümkünsə, “həzm edə bilmədiyi” Sadıkovun bu videosunun məhz indi üzə çıxması müəmmalı görünür.
İlk olaraq, görüntülərin yeni olduğunu və doğrudan da Dubayda çəkilib-çəkilmədiyini söyləmək çətindir, bunu mütəxəssislər daha yaxşı bilər. Ən azından ona görə ki, hazırda həmin yerdə temperaturun dənizdə çimmək üçün uyğun olub-olmadığı məlum deyil. Videodakı səslərin isə sonradan əlavə edildiyini də istisna etmək olmaz.
Görüntülərdəki şəxsin N.Sadıkov olduğu isə şübhəsizdir. Ancaq hər halda, bu videonun məhz indi ortaya çıxarılmasının hansısa qaranlıq məqsədlərə xidmət etdiyi ehtimalı yüksəkdir.
Videodan N.Sadıkovun çəkilişdən xəbərdar olduğu aşkar görünür və hətta elə təəssürat yaranır ki, sabiq Baş Qərargah rəisi sanki bilərəkdən xüsusi olaraq çəkiliş üçün “poz verir”. Bir çoxları dünəndən sosial şəbəkələrdə yayılan sözügedən görüntüləri hətta N.Sadıkovun özünün barəsində yayılan söz-söhbətlərə cavabı kimi qələmə verir. Ancaq sual yaranır ki, Sadıkov indiki durumda bu qədərmi özündən arxayın və rahatdır?...
Əgər video məqsədli şəkildə yayılıbsa, çəkilişin yeni, yaxud köhnə olmasından asılı olmayaraq, belə çıxır ki, bunu yaymaqla N.Sadıkovun bağlı olduğu iddia edilən “5-ci kolon” cəmiyyətə və hakimiyyətə mesaj vermək istəyir. Demək istəyir ki, biz hələ də güclü və ayaqdayıq.
Bu videonun xüsusilə barəsində xəyanətlə bağlı müxtəlif iddialar, şayiələr dolaşan və “5-ci kolon”a yaxın şəxs kimi təqdim edilən sabiq korpus komandiri, general Rövşən Əkbərovun həbsindən qısa müddət sonra yayılması da yuxarıda qeyd etydiyimiz mesaja uyğun addım kimi görünür. Bu mənada sözügedən video “5-ci kolon”un “gövdə göstərisi” də sayıla bilər...
İkinci variant isə videonun həqiqətən köhnə olması və daha çox “5-ci kolon”un əleyhinə yönəlməsi, məqsədli şəkildə məhz indi üzə çıxarılması, bununla da N.Sadıkova qarşı cəmiyyətdəki onsuz da neqativ olan münasibətin daha da kəskinləşdirilməsi məqsədidir.
Çünki bu video, məsələn, “nədən Əkbərov həbsdə, Sadıkov isə azadlıqda və kefdədir” sualını aktuallaşdırmış olur. Bu baxımdan işin içində anti-Rusiya platformasının, yəni Azərbaycanın Rusiyadan mümkün qədər uzaqlaşdırılmasında maraqlı olan xəttin, hətta Qərb kəşfiyyatının rolu olduğu ehtimalı önə çıxır. Bu, Sadıkovun müharibə ərəfəsində “sıra dışı” edilməsinin də təsadüfi olmadığına, Azərbaycanın müharibədəki qələbəsində bu addımın əhəmiyyətli rol oynadığına dair qənaəti daha da gücləndirmiş olur.
Üçüncü variant isə bu videonun təsadüfən, elə bir ciddi məqsəd güdmədən, sadəcə sensasiya xatirinə yayılmasıdır ki, bu da bir o qədər inandırıcı görünmür...
Məsələnin həm də mənəvi tərəfi var. Ən azından 3 minə yaxın şəhid verən, çoxlu sayda yaralısı, itkisi olan ordunun generalının, sabiq Baş Qərargah rəisinin müharibədən qısa müddət sonra, şəhid analarının gözünün yaşı qurumamış, qazilərin yaraları sağalmamış haradasa “çimərlik kefi” yaşaması, lyuks tətil keçirməsi nifrət, hiddət və qınaqdan başqa heç bir hiss yarada bilməz.
Doğrusu, N.Sadıkovdan bu hərəkət gözləniləndir və cəmiyyətin bu videonu yeni çəkilmiş kimi qəbul etməsi də təbiidir. Çünki N.Sadıkov indiyə qədər qətiyyən şəxsi reputasiyasına, onunla bağlı ictimai rəyə görə narahatçılıq keçirən şəxs təəssüratını bağışlamayıb. Əksinə, sanki hansısa kənar, qaranlıq qüvvəyə güvənən şəxs kimi görünüb...
Ancaq hər halda, son söz mütəxəssislərə və N.Sadıkovun özünə aiddir. Və istənilən halda, bu çəkilişə aydınlıq gətirilməsi zəruridir.
Nəhayət, yuxarıda qeyd etydiyimiz variantların hansının həqiqətə daha uyğun olmasından asılı olmayaraq, bir məsələ dəqiqdir ki, Sadıkovun bu videosu ona qarşı cəmiyyətdə olan mənfi münasibəti daha da kəskinləşdirmiş oldu. Baş Qərargah rəisi olduğu az qala 30 ilə yaxın müddətdə demək olar heç bir əhəmiyyətli hərbi uğura imza atmayan və hər zaman fəaliyyətinə şübhə ilə yanaşılan, orduda Rusiya xəttinin saxlanılmasına çalışdığı və Qərb, NATO, Türkiyə xəttinə qarşı olduğu şübhə doğurmayan bu şəxsin, nə zaman çəkilməsindən asılı olmayaraq, özündənrazı çimərlik görüntüləri gözlənilən neqativ effekti verdi...
Bir də bu məsələdə istər-istəməz müharibə günlərində Azərbaycana qarşı açıq düşmən münasibəti göstərən Rusiya telekanallarının və hərbi şərhçilərin mövqeyi yada düşür.
Belə ki, Rusiya telekanallarındakı hərbi şərhçilər müharibə günlərində N.Sadıkovun Azərbaycan Ordusunun rəhbərliyindən uzaqlaşdırılmasını xüsusi “ürək ağrısı” ilə qeyd edirdilər və bunu Türkiyənin qələbəsi və Rusiyanın prosesdən kənarlaşdırılmasının açıq təzahürü kimi qələmə verirdilər...
“AzPolitika.info”
Paylaş:
Müəllif : Yazar
Tarix:23-03-2021, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-03-2021, 11:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |