Azərbaycanda bank Qarabağ qazisini məhkəməyə verdi - Video
Həyat yoldaşının adına bankdan aldığı krediti tam ödəyib, ancaq bank həmin şəxsin hələ də kredit borcu olduğunu iddia edərək onu məhkəməyə verib.
Bu iddia ilə paytaxt sakini, Qarabağ qazisi Mansur Bayramov "Xəzər Xəbər"ə müraciət edib. Onun sözlərinə görə, həyat yoldaşı Zeynəb Bayramovanın adına 2014-cü ildə "Unibank''ın Nizami rayon filialından 4600 manat, bir il sonra isə həmin şəxsin adına əlavə 1000 manat kredit alıb.
Kredit götürülən zaman müştəriyə pul manatla ödənilib, amma müqavilədə məbləğ dollarla rəsmiləşdirilib.
Mansur Bayramov iddia edir ki, götürdüyü kreditə görə hər ay vaxtı-vaxtında banka pul ödəyib. Hətta əlində bunu sübut edən müvafiq qəbzlər də var. Bir müddət keçdikdən sonra devalvasiya səbəbindən ödədiyi məbləğə görə 3600 manat kompensasiya kimi ona geri qaytarılıb.
Mansur Bayramov iddia edir ki, bankın filialından onlara kredit borcunun bitdiyi bildirilib. Ancaq bir il keçdikdən sonra məlum olub ki, bank onun həyat yoldaşını, yəni kredit götürən şəxsi Nizami rayon məhkəməsinə verib. Məhkəmə bununla bağlı qərar da çıxarıb.
Nizami rayon məhkəməsi qərar verib ki, borclunun əməkhaqqından borc bitənədək 50 faiz tutulub bankın hesabına köçürülməlidir. Bu qərar isə Mansur Bayramovu çıxılmaz vəziyyətə salıb.
Məsələ ilə bağlı bankdan bildirildi ki, müştəri şəxsən banka yaxınlaşaraq şikayətini bildirməlidir. Məhz bundan sonra müştərinin problemi ətraflı araşdırılacaq və müvafiq qərar qəbul olunacaq.
Vəkil Anar Ramazanov isə deyir ki, şikayətçi Azərbaycan Kredit Bürosuna müraciət edərək kredit öhdəlikləri ilə bağlı məlumat ala bilər. Bu zaman bəlli olacaq ki, həmin kredit dövlət reyestrində açıq kredit kimi göstərilib, ya yox. Bundan başqa, Mansur Bayramov məhkəmənin qərarından apelyasiya şikayəti də verə bilər.
Mansur Bayramov məhkəmə qərarından apelyasiya məhkəməsinə müraciət edəcək. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2021, 15:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-03-2021, 15:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11