Heydər Əsədovdan miras qalmış ənənə... - Hesablama Palatasında "hesablama xətası" varmı
Bir neçə gün öncə Hesablama Palatasının 5 auditorundan üçü vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur. Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. Eyni zamanda Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu.
Heç şübhəsiz ki, yaşananların gerçək səbəbi Palatanın fəaliyyətinin ölkədə prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlarla cavab verəcək səviyyədə olmamasıdır. Son zamanlar ölkənin Kənd Təssərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi sistemində və digər sahələrdə aşkar edilmiş büdcə vəsaitlərinin talanması, yaxud yumşaq desək, səmərəli xərclənməməsi faktları cəmiyyətdə haqlı olaraq bir sual yaratdı. Bu təşkilatların fəaliyyətinə zamanında hansı orqan nəzarət etməyə borclu idi? Təbii ki, bu vəzifə adları çəkilən nazirliklərdə və onların ayrı - ayrı qurumlarında son illər ərzində davamlı şəkildə yoxlamalar aparmış Hesablama Palatasına aiddir. Bəs nə üçün Hesablama Palatasının bu təşkilatlarda və onların tabeliyində olan qurumlarda apardığı yoxlamalar bu faktları aşkara çıxarmayıb? Dövlət başçısı tərəfindən ölkədə rüşvət və korrupsiyaya qarşı bu qədər amansız mübarizə aparıldığı və onlarla yüksək rütbəli məmurun məhz bu faktlara görə həbs olunduğu bir dönəmdə, Hesablama Palatası nədən öz vəzifə borcunu layiqincə icra etməyib? Palatanın fəaliyyətindəki bu durumun kökündə bu Palataya Heydər Əsədov rəhbərlik etdiyi dövrdən təməli qoyulmuş və yoxlamalar zamanı "xoşagəlməz situasiya"larla müşayət olunan çeşidli səbəblər dayanır. Bunu sübut etmək üçün yetərlidir ki, son illər ərzində Hesablama Palatasının büdcə təşkilatlarında (təhsil, səhiyyə, mədəniyyət və s) apardığı yoxlamalar barəsində yoxlama aparılmış təşkilatların işçiləri arasında bir sorğu keçirilsin. O zaman həmin işçilər onların onsuz da çox olmayan əmək haqlarından Hesablama Palatasına verilmək adı ilə nə qədər pul yığıldığını məmnuniyyətlə söyləyəcəklər.
Palata yoxlamaları bir qayda olaraq, hər il demək olar ki, eyni təşkilatlarda aparır. İstənilən yoxlama ən sadə məntiqlə qəfil xaraktyer daşımalı olsa da Hesablama Palatası yoxlayacağı təşkilatların rəhbərliyi ilə aparacağı yoxlamanı əvvəlcədən “razılaşdırır”.
Son 8-10 il ərzində Hesablama Palatası bir qayda olaraq Azərbaycan Tibb Universitetində, Bakı Slavyan Universitetində, Lənkəran, Bərdə, Cəlilabad, Sabirabad Mərkəzi Rayon Xəstəxanalarında, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində, Sumqayıt Səhiyyə şöbəsində, Mədəniyyət Nazirliyi sistemində, Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Uşaq Müəssisələrində, İdman və Gənclər Nazirliyində, Elmlər Akademiyası və onun müəssisələrində, Neft və Kimya Prosesləri İnstitutunda, Bakı şəhər Yaşıllaşdırma İdarəsində, Azəravtoyol və Bakı şəhər Kommunal Təsərrüfat Birliyində demək olar ki, hər il yoxlama aparıb. Aparılan yoxlamaların bir böyük qəribəliyi isə ondan ibarətdir ki, yoxlamanın gedişində yoxlanılan təşkilatın rəhbəri bir neçə dəfə Hesablama Palatasına “dəvət olunur” və onunla yoxlama gerişində aşkara çıxarılmış faktlarla bağlı “söhbət” aparılır. Məsələn, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar ayı ərzində Gənclər və İdman Nazirliyi sistemində aparılan yoxlama zamanı nazir A.Rəhimov 5-6 dəfə Palata Sədrinin qəbuluna “dəvət olunub”. Sual olunur, dünyanın hansı bir ölkəsində Hesablama Palatası kimi nüfuzlu bir təşkilat, yoxlamnın gedişində yoxlanılan müəssisənin rəhbərini “xalça üzərinə” çağırır?
Çöx təəssüf ki, bu gün Azərbaycanda dövlət vəsaitlərinin düzgün və səmərəli istifadəsinə nəzarət etməyə borclu olan bir qurum özü müəmmalar burulğanına qərq olub. Bir neçə ay öncə Hesablama Palatasının yüksək vəzifəli şəxsi - Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhrəm Abbasov Palatanın sədri Vüqar Gülməmmədov tərəfindən vəzifəsindən azad olunub. Bəs V. Gülmmədov rəhbərlik etdiyi kollektivdə ona hər kəsdən daha yaxın olan və apardığı yoxlamalarla palataya bütün digər əməkdaşlardan dəfələrlə çox fayda verən bu adamı vəzifəsindən nə üçün azad edib? Bilinən budur ki, B.Abbasov V.Gülməmmədovun yalnız etibar etdiyi işçisi deyilmiş, onların həm də biznes şəriklikləri var imiş. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, bu şərikli fəaliyyətin təyinatı B.Abbasovun rəhbərlik etdiyi Dövlət investisiyalarının auditi şöbəsinin fəaliyyətinə “tam uyğun gələn” tikinti biznesidir. Bu biznesdə B. Abbasovla yanaşı Hesablama Palatasının sədri V. Gülməmmədovun və onun vaxtılə bu vəzifəyə təyin olunmasında yetərincə xidmətləri olmuş keçmiş Kənd Təsərrüfatı naziri H.Əsədovun və Kənd Təsərrüfatı Nazirliyinin daha bir məmurunun şərikliyi olub. Bax, Kənd Təsərrüfatı nazirliyindən olan həmin bu şərikin oğlu ortaqların tikinti şirkətinin inşa etdiyi evlərdəki mənzillərin ikinci şəxslərə satılmasından yığılmış pulları və digər pul vəsaitlərini götürüb aradan çıxıb.
Bir neçə ay öncə Hesablama Palatasının qarşısına yüzlərlə insan gələrək, əllərində şüarlarla V. Gülməmmədovdan və B.Abbasovdan öz haqlarını tələb ediblər. Onlar ya dəyərini ödədikləri mənzillərin, ya da ödədikləri pulların geri qaytarılmasını tələb ediblər. Vəziyyətin ciddi xarakter aldığını görən B.Abbasov da V.Gülməmmədova deyib ki, bəs bu ziyanı qarşılamaq üçün biznes şəriki kimi Heydər Əsədovun da sizin də ortaya pul qoymağınız lazımdır. Yəni baş vermis ziyan üç şərik arasında bölüşdürülməlidir. Ancaq görünən budur ki, B.Abbasovun V.Gülməmmədov və H.Əsədov cütlüyünə gücü yetməyib və sonda onun özünü vəzifədən yola salıblar.
Beş auditordan üçünün vəzifədən kənarlaşdırılması ilə Hesablama Palatası öz işində dönüş yarada biləcəkmi?
Bu barədə növbəti yazımızda... //moderator.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2021, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-03-2021, 10:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01