Hazırlığa gedən yolda müəmma və niyə o bina - Məktəblilərin intiharı beyinləri qarışdırıb
Martın 9-da Bakıda dörd intihar hadisəsi baş verdi. Bahar aylarında intihar saylarının artdığı hamıya məlumdur. Faciə ondadır ki, intihar edənlərin ikisi 16 yaşında yeniyetmələrdir. Əlbəttə ki, hər insanın həyatı əvəzsizdir. Lakin baş verənlər, ən azı, müvafiq strukturların ölkə gəncliyini öz həyatları ilə vidalaşmağa məcbur edən səbəblərin dərin təhlilinə başlaması üçün bir siqnal olmalıdır. Üstəlik, son vaxtlar Azərbaycanda yeniyetmələr arasında intiharlar daha tez-tez baş verir.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində, saat 16:30-da, yerli sakin Mətanət Quliyeva və Abşeron rayon sakini Əfruz Səmədova, özlərini 28 May küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının damından atıblar. Bu barədə AYNA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Həmin gün Yasamal rayonunda, 1976-cı il təvəllüdlü Kəmalə Həsənova özünü yaylıqla asıb. İskəndər İskəndərov (1973-cü il təvəllüdlü), eyni adlı rayonun Binəqədi kəndində özünü toyuq damında asaraq intihar edib.
Yuxarıda göstərilən faktların hamısı hazırda araşdırılır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Yeniyetmələrin işinin istintaqı Respublika Baş Prokurorluğunun xüsusi nəzarətinə götürülüb.
Yeniyetmələrin intiharının müxtəlif versiyaları irəli sürülür. Onlardan birinə görə, yaxınlaşan qəbul imtahanları ilə bağlı qızlar depressiyaya düşüblər. Digər tərəfdən, onlar sosial şəbəkələrdə yayılmış və son hədəfi intihar etmək olan “Mavi Balina” kimi bir oyunda da iştirak edə bilərdilər.
Tanınmış psixiatr, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılovun AYNA-ya dediyinə görə, ən vacib məqam yeniyetmələrin niyə intihar etməsi barədə məlumatlarının olmamasıdır: “Fakt budur ki, hər insan depressiyaya düşə bilər. Əlbəttə ki, bu, intihar riskini artırır. Amma, məhz depressiyanın iki gənci intihara sövq etdiyi versiyası mənim üçün çox ağlabatan deyil”.
“Təəssüf ki, bu məlumatlar intihar hallarının araşdırılması ilə məşğul olan ekspertlərə çatmır. Statistikamız var, amma analizimiz yoxdur. Analiz olmadığı zaman diaqnoz qoymaq və ya bəlanın ocağını tapmaq çətindir”, - mütəxəssis bildirib.
O xatırladıb ki, 2019-cu ilin sonunda, nəhayət Azərbaycanda “Psixoloji xidmət haqqında” Qanun qəbul edilib: “Lakin pandemiya səbəbindən icrası bir qədər çətin oldu. Psixoloji xidmətlərin fəaliyyəti poliklinikalar və ya mərkəzlər səviyyəsində təmin edilsə, bir şey etmək, meylləri görmək, profilaktik tədbirlərə əl atmaq mümkün olar. Təəssüf ki, yalnız indi - müharibədən sonra bu məsələni həll etməyə başlamışıq”.
“Hazırda yeddi şəhərdə hərbçilər və ailələri üçün psixoloji yardım xidmətlərinin açılması məsələsi həll olunur. Bu, indi çox vacibdir, çünki insanlar müharibədən travmatik təcrübələrlə qayıdırlar. Burada ölkədə kəskin psixoloq çatışmazlığı problemi ilə qarşılaşırıq. İnanın, Ağdamda və ya Şirvanda bir psixoloq tapmaq çox çətin idi. Ancaq uzun bir axtarışdan sonra yenə də tapdıq və indi onlar üçün mərkəzimizdə psixoloji travma ilə əlaqədar beş günlük bir təlim təşkil edilib. Bu işin böyük kömək olacağını düşünürəm”, - deyə İsmayılov vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adambaşına lazım olan psixiatr və klinik psixoloqların təxmini sayını açıqladı. Azərbaycanda psixiatrlarla bağlı vəziyyətin az-çox normal olduğu ortaya çıxdı - rəqəmlər standartlara uyğundur - 100 min nəfərə 0,5 ilə 1 psixiatr arasında.
Müsahibimizin sözlərinə görə, hazırda ölkədə, təxminən 480-500 psixiatr var: “Qeyd etmək lazımdır ki, bir çox Asiya ölkəsində bu qədər mütəxəssis yoxdur. İngiltərə və İsveçrədə isə 100.000 adama 1.3, 1.4 psixiatr düşür. Ancaq Azərbaycanda klinik psixoloqlarla vəziyyət daha pisdir. Respublikadakı universitetləri ildə maksimum 10 klinik psixologiya mütəxəssisi bitirir. ÜST-nin hesablamalarına görə, təxminən minimum 500 mütəxəssisə ehtiyac duyuruq. 700 psixoloqumuz olsa, daha da yaxşı olardı. Ancaq hazırda ölkənin səhiyyə sistemində 100 klinik psixoloq var ki, bunların da 90-ı Bakıdadır”.
Öz növbəsində təhsil ekspert Kamran Əsədov AYNA-ya deyib ki, Təhsil Nazirliyində, onun da daxil olduğu, yeniyetmələrin intiharı faktı ilə bağlı xüsusi komissiya yaradılıb: “Komissiyada “Niyə məktəblilər arasında intihar halları daha da çoxalıb” sualı əsas müzakirə mövzusudur. Vəziyyət çox ciddidir. İnanıram ki, məktəb psixoloqlarının iştirakı ilə bir layihə hazırlamaq mütləq lazımdır. Xüsusilə, bu layihə 8-11-ci sinifləri əhatə etməlidir, çünki orta məktəbin yuxarı sinif şagirdləri çox həssasdırlar. İntihar edən sinif yoldaşlarının yanında dəftərləri olduğu, repetitor yanına getdikləri məlumdur, bu da onların məqsədlərinin universitetə girmək olduğu deməkdir”.
Ekspert hesab edir ki, onlar qəbul imtahanlarının nəticələrindən bərk həyəcanlanmışdılar: “Buna görə sözügedən layihədə müharibədən sonrakı dövrdə ortaya çıxan imtahan yükü, karantin məhdudiyyətləri və çətinliklər kimi məsələlər nəzərə alınmalıdır. Artıq Dövlət İmtaham Mərkəzi uşaqların çətinlik çəkməməsi üçün qəbul imtahanları qaydalarını dəqiq müəyyənləşdirməlidir. Əvvəllər uşaqlar yaşıdları ilə ünsiyyət quraraq məktəbə gedirdilər. Bu seçimlər indi məhduddur”.
“Bu ciddi problemin həlli üçün hərtərəfli bir yanaşma lazımdır. İnşallah, layihə hazırlanması ilə gecikməyəcəyik. Bu uşaqları hansı mərhələdə itirdiyimiz mənə çox maraqlıdır, çünki evlərindən hadisə yerinə və repetitora qədər bir xeyli məsafə var. Niyə məhz bu binaya tərəf yönəldilər? Hazırlığa gedən yolda nə baş verdi? Suallar çoxdur”, - deyə Əsədov fikrini tamamlayıb.
Bu arada, Əfruz Səmədovanın firavan bir ailənin yeganə uşağı olduğu, sənətə həvəs göstərdiyi bilinir. Qızın valideynləri nəyin onu bu qədər radikal bir addım atmağa məcbur edə biləcəyini ehtimal da etmirlər.
Sonda qeyd edirik ki, intiharın səbəbləri barədə bir şey söyləmək hələ tezdir. İstintaq yeni başlayıb və bu işdə həlledici ola biləcək heç bir detal yoxdur. İstintaqın gedişatını izləyəcək və yeni detallar barədə oxucuları məlumatlandıracağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2021, 10:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2021, 10:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11