""Aztelekom" kütləvi qanunsuzluğa başlayıb” - Ekspertdən İTTİHAM
""Aztelekom"da nə baş verir? İnternet istifadəçilərini nə üçün özəl provayderin xəttindən ayırır və dövlət provayderinə qoşur? Bu operatoru HUAWEI-lə hansı maraqlar birləşdirir?”
Bunu Azərbaycan İnternet Forumunun prezidenti ekspert Osman Gündüz feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, internet istifadəçiləri provayderlərdən narazıdırlar: "Abşeron, Gəncə və digər şəhərlərdə və rayon mərkəzində olan internet istifadəçiləri "Aztelekom”un qanunsuzluğu ilə üzləşiblər. İnternet istifadəçilərinin əvvəlki internet provayderindən ayırıb, "Aztelekom” dövlət internet provayderlərinə qoşublar. Bir neçə istifadəçi mənə şəxsən müraciət etsə də, inanmağım gəlmirdi. Bu gün dəqiqləşdirdim ki, həqiqətən də, "Aztelekom" kütləvi olaraq bu cür qanunsuzluğa başlayıb”.
Ekspert yazır ki, problemlər istifadəçilərə xəbərdarlıq edilmədən baş verib: "Regionlarda olan internet provayderlərin isə 1-2 gün qalmış bəyənat verilib ki, ATS-lərdən avadanlıqlarınızı çıxardın. "Aztelekom” bunu yeni ATS şkaflarının quraşdırılması ilə izah edir. Amma yeni rabitə şkaflarında özəl provayderlərə yer ayırlmır”.
"Düşünürəm ki, bu həm vətəndaşların, həm provaydrelərin hüquqlarının pozulması, bütövlükdə özəl sektora qarşı dəhşətli bir zərbədir. Bununla da ən yaxın zamanda 20 provayderin sonunu gözləmək olar”, - deyə bildirib.
Osman Gündüz qeyd edib ki, quraşdırılan yeni avadanlıqlar "Huavei” avadanlıqlarıdır: "Bu, heç də xoşagələn proses deyil. XDMX-nın yeni yaradılan infrasturukturun audit edilməsi və telekommunikasiya sisteminin bir şirkətdən asılı olması araşdırılmalıdır”.
"Dövlət sektorunda "Huavei"n xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Lakin ABŞ və Çin arasında baş verən ticarət problemlərinə görə "Huavei" şirkəti, ABŞ-ın sanksiyaları ilə üzləşib. Bu sanksiyalar mobil telefonlarla bağlıdır, amma gələcəkdə bu sanksiyalar "Huavei" avadanlıqlarına da şamil olsa, ölkənin rabitə sistemi ciddi təhlüklə ilə qarşı-qarşıya qala bilər”, - Osman Gündüz bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-05-2019, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-05-2019, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01