Səfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi - RƏSMİ
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə səfirliyin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər.
regionxeberlericom.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, Rusiyadakı səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində Fuad Abbasovla bağlı bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Qeyd edək ki, tanınmış jurnalist və bloger Fuad Abbasov mayın 16-da Moskvada saxlanılıb. Jurnalist Moskvanın Azərbaycan icmasının nümayəndələrinin şikayəti üzrə aparılan məhkəmənin qərarı ilə deportasiya ediləcək. Belə ki, Rusiyada Azərbaycan icmasının bir neçə nümayəndəsi Fuad Abbasovun deportasiya tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Rusiya Federasiyası ərazisinə xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin girişinə qadağa” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də başa çatıb. Hazırda jurnalistin Azərbaycana deportasiya proseduru aparılır.
F.Abbasov saxlanılarkən fiziki təzyiqə məruz qalıb. Onun 28 mayda Azərbaycana deportasiya olunacağı bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-05-2019, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-05-2019, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti