Ramiz Mehdiyevin gizli planı üzə çıxdı
"Boz kardinal" kimi ad çıxarmış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev keçmişdə olduğu kimi indi də AMEA prezidenti postunda ölkənin siyasi gündəmini müəyyənləşdirməyə cəhdlər edir. Belə ki, elm məbədində "islahat” adı altında etdiyi yerdəyişmələrlə medianın diqqətini özünə çəkən Mehdiyev hələ də ölkə siyasətində önəmli rola sahib olduğunu sübut etməyə çalışır.
"Beşinci kalon”un rəhbəri kimi tanınan və ölkədəki məlum eybəcər siyasi düzənin müəllifi olan Mehdiyev hakimiyyətdən uzaqlaşdırılmış məmur oliqarxları da ətrafına cəmləşdirir. Bu xüsusda əsas diqqət sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova yönəlir. Çünki hakimiyyətdə olduqları zaman Mehdiyevlə Məmmədovlar klanı arasında ziddiyyətlərin olması ilə bağlı geniş əksəriyyətdə ustalıqla yanlış təəssürat yaradılmışdı. Halbuki Mehdiyevin hazırda Elton Məmmədov timsalında sərgilədiyi münasibət bunun tam əksini ortaya qoyur. Sən demə nəinki ölkənin siyasi düzəni, eləcədə 10 milyard manatdan çox büdcə vəsaitinin ayrıldığı nəqliyyat infrastrukturunun bərbad hala salınmasında da Mehdiyevin rolu olub. Həmçinin, bu sahədə baş verən cinayətlərin zamanında ifşa olunmamasının əsas günahkarının Ramiz Mehdiyev olduğu da indi kimsədə şübhə doğurmur.
Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən təxminən 1 ay sonra, konkret 27 noyabr 2019-cu ildə Elton Məmmədovu AMEA Yüksək Texnologiyalar Parkının direktoru təyin etdi. Bununla kifayətlənməyən Mehdiyev daha sonra elmi dairələrdə alimliyi şübhəli sayılan Elton Məmmədovu AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri təyin etdi. Hazırda akademiyadan məqsədli və ya məqsədsiz sızdırılan informasiyalarda Elton Məmmədov AMEA-da Ramiz Mehdiyevin "sağ əli”, "qara kassası” kimi xarakterizə olunur.
Mehdiyevin Elton Məmmədova AMEA-da vəzifə verməsi həm də Məmmədovlar klanının Rusiyaya bağlı olduğunu da əyani nümayiş etdirir. Bu baxımdan Məmmədovlar klanının Kremlin dəstəklədiyi ABŞ-ın sabiq və qalmaqallı prezidenti Trampın seçki kampaniyasına maliyyə dəstəyi verməsini də təsadüf saymaq olmaz. Daim Kremlin Cənubi Qafqazda maraqlarını qorumağa və bunun əksinə baş verən proseslərə müqavimət göstərməyə çalışan Mehdiyevin yanında duran Elton Məmmədovun hərəkətləri də bunu göstərir. Həmçinin sabiq deputata məxsus şirkətlərin Rusiyanın postsovet məkanını nəzarətdə saxlamaq üçün yaratdığı separatçı bölgələrdə fəaliyyət göstərməsi ilə bağlı mediada yayılan məlumatlara sıradan bir xəbər kimi baxmaq olmur.
Elton Məmmədov həm də siyasi iddialarını həyata keçirmək üçün AMEA prezidentinə lazımlı fiqur hesab edilir.
Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə siyasi proseslərin yönəticisi kimi tanınıb. İndi elm ocağının rəhbəri olmasına baxmayaraq, daha çox siyasətlə məşğul olur. Bu barədə hakimiyyətə yaxın ictimai-siyasi fiqurlar da açıq şəkildə danışırlar. Hətta Ramiz Mehdiyevin adı ehtimal edilən "dövlət çevrilişi”ndə də hallandırılır. Elton Məmmədovun isə bu gizli planda əlaqələndirici rol aldığı iddia edilir. Onun əsasən sabiq məmurlarla görüşlər keçirdiyi, onları Ramiz Mehdiyevin ətrafına toplamağa cəhd etdiyi bildirilir. Təsadüfi deyil ki, Milli Məclisin eks-spikeri Rəsul Quliyev bu günlərdə ölkədə xaos yaratmaq istəyən qüvvələrdən bəhs edib. Eks-spikerin sözlərinə görə, sabiq məmurlar həbs olunacaqlarından ehtiyat edərək ölkədə xaos yaratmaq və hakimiyyəti devirmək niyyətindədirlər. Rəsul Quliyev iddia edir ki, onlar artıq özlərinə lider də seçiblər.
Həbs təhlükəsi ilə üzləşən məmurlardan biri də Məmmədovlardır. Keçmiş nazir Səlim Müslümovun həbsindən sonra Ziya Məmmədovun da istintaqa cəlb edildiyi barədə məlumatlar yayıldı. Bu xəbər tirajlanan kimi Ziya Məmmədov Ucarda fermer təsərrüfatı ilə məşğul olması barədə ictimayyətin də inanmadığı açıqlama ilə çıxış etdi. Ziya Məmmədovun açıqlamasında açıq-aydın sezilirdi ki, o, həbs olunacağından ehtiyat edir və özünü bu sayaq qorumağa çalışır.
Bu arada yada salaq ki, bir müddət əvvəl Ziya Məmmədovla Ramiz Mehdiyevin karantini birgə keçirdiyi barədə məlumat yayılmışdı. Keçmi nazir və AMEA prezidenti bu xəbəri sükutla qarşılasa da, Elton Məmmədovun cavabı dolaşıq olmuşdu. "Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır”, - deyə o bildirmişdi.
Hər halda deputatlar başda olmaqla iqtidara yaxın ictimai-siyasi fiqurların AMEA prezidentini tənqid atəşinə tutduğu, hətta onu çevrilişə cəhddə ittiham etdiyi bir vaxtda Məmmədovların nümayişkəranə şəkildə Mehdiyevin yanında olması hansısa mübhəm planların olmasından xəbər verir.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-02-2021, 20:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-02-2021, 20:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01