“Qırmızı Körpü” gömrük postunun rəisi işdən qovulub - Nəhayət, gömrükdən şikayətlərə normal reaksiya verildi
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident barədə məlumat yayıb.
regionxeberlericom.az bildirir ki, idarədən Modern.az-a bildirilib ki, Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat araşdırılıb.
“Qeyd edək ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib".
Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirir.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-05-2019, 17:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-05-2019, 17:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti